9
I. Müasir mühəndisə olan tələbat
Məlumdur ki, tədris prosesində keçilən bütün fənlər eyni dərəcədə
əhəmiyyətli olub, gələcək mühəndisin ümumi və xüsusi hazırlığı
üçün zəruridir. Bir sıra fənlərin yaxşı mənimsənilməsinin tələbənin
fizika və riyaziyyat hazırlığından asılı olmasını
nəzərə alaraq
onların rolu barədə məlumat vermək istəyirik.
Fizika materiyanın əsas hərəkət formalarından birini öyrənir.
Materiya insan şüurundan asılı olmayıb ondan xaricdə mövcud olan
obyektiv həqiqətdir (gerçəklikdir). Fizika fənnində materiyanın
müxtəlif hərəkət formaları, onların quruluşu və başqa xassələri
öyrənilir.
Fizika sahəsindəki böyük kəşflər (klassik mexanika qanunları,
enerjinin saxlanması və çevrilməsi, termodinamikanın
ikinci
qanunu, nisbilik nəzəriyyəsi, kvant mexanikası və s.) materializm
ilə idealizmin kəskin mübarizə sahəsi olmuşdur.
Dialektik materializm bu kəşfləri dünyanın gerçəkliyi kimi
izah etməklə tələbənin elmi dünyagörüşünün formalaşmasına
kömək edir.
Fizika tədrisində tələbərin dünyagörüşünün yaranması planlı
xarakter daşıyır və sistematik olaraq bütün kurs müddətində
davam edir.
Fiziki qanunlar praktiki ümumiləşmə
və yoxlamalarla daha
aydın izah olunur. Bu qanunlar fiziki hadisələr və fiziki ölçülər
arasındakı asılılıqların obyektiv daxili əlaqəsini ifadə edir.
Fiziki kəmiyyətlər arasındakı əlaqəni ifadə edən riyazi
düsturların dəqiqliyi elm və texnikanın inkişaf səviyyəsinə uyğun
olmalıdır.
Müxtəlif
misallarla göstərmək olur ki, nəzəriyyə ilə təcrübi
nəticələr arasındakı ziddiyyətlər fizikada yeni kəşflərə təkan verir.
Nisbilik nəzəriyyəsi, kvant mexanikası və elementar hissəciklər
fizikasının dialektik materialistcəsinə izahının dünyagörüşünün
formalaşmasında əhəmiyyəti böyükdür.
Bizim dövrümüzdə elmi biliklərin inkişafı kəşflərin və onların
tətbiq olunması vaxtının kəskin surətdə azalmasına səbəb olmuşdur.
Bu nöqteyi-nəzərdən fizika kursunun tələbənin dünyagörüşünün
düzgün istiqamətdə formalaşmasında rolu böyükdür.
Fizika texniki fənlərin əsası olub, yuxarı
kurslarda materiallar
müqaviməti, elektrotexnika və başqa texniki fənlərin dərindən
mənimsənilməsi üçün açardır.
Xalq təsərrüfatının bütün sahələri fizika elmi ilə bu və ya digər
formada sıx əlaqədardır. Mühəndis fizika elmini bilməlidir, onu
təcrübədə tətbiq etməyi bacarmalıdır.
Riyaziyyat elminin əsas vəzifələrindən
biri inkişaf etmiş
sosializm şəraitində elmi-texniki tərəqqini sürətləndirməkdir.
Sov.İKP-nin XXVI qurultayının qərarlarında nəzəri və tətbiqi
riyaziyyat sahəsində tədqiqatın genişləndirilməsi məsələsi qarşıya
qoyulmuşdur.
10
I. Müasir mühəndisə olan tələbat
Riyaziyyat elminin sürətli inkişafı
mövcud olan və yeni elmi
istiqamətlərin tərəqqisinə şərait yaradır. Bütün bunlar tələbə
və gələcək mütəxəssislərin dünyagörüşünün formalaşmasında
öz əksini tapmalıdır. Xüsusi bölmədə bu barədə kifayət qədər
məlumat verildiyi üçün bu məsələnin üzərində dayanmırıq.
Dostları ilə paylaş: