11
I. Müasir mühəndisə olan tələbat
əməkdaşlığı zəruridir. Deməli, mühəndis
riyazi üsullara elə
yiyələnməlidir ki, riyazi dildə danışa bilsin. Engels yazırdı: «...
təbiət, riyaziyyat dilində danışır, onu anlamaq üçün riyazi üsulları
dərindən bilmək lazımdır».
Mühəndisin texniki fəaliyyəti geniş və çoxcəhətlidir. Fiziki
hadisələrin bütün sahələri üçün hazır reseptlər yoxdur. Yaradıcı
yanaşmaq qabiliyyəti tələb olunan yeni şəraitdə, mühəndis
tənliklərin çıxarılması üsullarını bilməklə,
məsələni çətinlik
çəkmədən həll edə bilər. Bu bacarıq yalnız ali riyaziyyatı dərindən
bilməklə mümkün olur. Prosesin optimal riyazi modelini qurmaq
riyaziyyatçının işidir, mühəndisin vəzifəsi isə keyfiyyətcə
qiymətləndirməyi bacarmaqdır. Bundan əlavə mühəndisdən
eksperimentik nəticələrini riyazi modelin nəticələri ilə müqayisə
etmək tələb olunur. Bu da müasir riyaziyyatın üsullarından və
vasitələrindən istifadə etməklə mümkündür.
Bəzi tədqiqatçılar belə hesab edirlər ki,
mühəndis məsələni
qoymağı bacarmalıdır, onu həll etmək isə riyaziyyatçının işidir.
Bu cür «ixtisaslaşma» ona gətirib çıxarır ki, mühəndis məsələyə
riyaziyyatçı kimi yanaşmadığından, məsələnin riyazi yazılışını verə
bilmədiyindən və inkişaf etmiş riyazi təfəkkürə malik olmadığından
məsələni düzgün qoya bilmir. Riyazi ifadə fikrin ən qısa və dəqiq
ifadəsidir. Bu təkcə həcmcə məhdud olan jurnal məqalələrinə
aid deyildir. Misal üçün Nyutonun kəşf etdiyi dinamikanın
əsas qanununu götürək, cəmisi üç hərfdən ibarət olmasına
baxmayaraq nə qədər mənalıdır. Bütün elektrodinamikanın izahı
üçün Maksvellin dörd tənliyi kifayət edir. Fikrin riyazi ifadəsinin
sadəliyi, münasibətliyi və gözəlliyi də bundadır. Bu tərzdə
verilən ifadə ümumi nəticə çıxarmağa imkan verir.
Məşhur fizik
R.Feynman yazırdı: «...insanlar təbiəti çoxlu hissələrə bölüblər və
müxtəlif fakültələrdə bir çox fənləri öyrənməklə bu bölünməni
davam etdirirlər. Belə bölgü sünidir və biz ayrı-ayrı hissələri bir
yerə yığmağa çalışacağıq.
Kibernetikanın və hesablama texnikasının inkişafına uyğun
olaraq mühəndisin riyazi hazırlığına olan tələbat əhəmiyyətli
dərəcədə dəyişilmişdir. İnkişaf
etmiş təfəkkürə malik olan
mühəndis hər hansı prosesi tədqiq edərkən, riyazi obrazlarla,
modellərlə, komplekslərlə əməliyyat aparır. O, prosesdə əsas şeyi
ikinci dərəcəlidən ayıra bilir. Eynşteyn Motsart haqqında demişdir:
«O, hələ yazılmamış simfoniyanı bir anda təsəvvür edə bilirdi».
Mühəndis də tədqiq edilən tam prosesi, onun həllini təsəvvür
etməlidir. Yaxşı
deyiblər ki, ayrı-ayrı ağaclara diqqət vermədən
bütün meşəni qabaqcadan görməyi bacarmaq lazımdır, ağaclarla
sonra da məşğul olmaq mümkündür.
Mühəndisin riyazi təfəkkürü elm və texnikada olan oxşarlığı
dərk edib ondan istifadə etməyə imkan verir. Təbiətin bir çox
müxtəlif hadisələri eyni tənliklərlə ifadə olunur. Məsələn, yükün