I. Müasir mühəndisə olan tələbat
yeni profilli mütəxəssislərin hazırlanmasına başlanmışdır. Onlar
yeni, son illərdə tətbiq edilmiş, tətbiqi riyaziyyat ixtisası üzrə
təhsil alırlar. Çox ehtimal ki, tətbiqi riyaziyyat fakültələrində tədris
zamanı müasir mühəndisdən tələb edilən (yuxarıda göstərilən)
şərtlər nəzərə alınacaqdır.
İnstitutu bitirdikdən sonra mühəndislərin riyaziyyatı
unutmalarının əsas səbəblərindən biri xüsusi fənlərlə riyaziyyatın
tədrisində əlaqənin olmamasıdır. Nəticə etibarı ilə bu ona gətirib
çıxarır ki, aşağı kurslarda tələbənin qazandığı biliklərdən sonralar
getdikcə daha az istifadə edilir. Maraqlıdır ki, xüsusi fənlərlə
riyaziyyatı məhz sıx qarşılıqlı əlaqədə öyrənən ali məktəblərdə
IV kurs tələbələrindən riyaziyyatdan verilən tapşırığı düzgün
həll edənlərin sayı ikinci kurs tələbələrinin sayından daha çox
olmuşdur.
Riyaziyyat formalaşan gənc mütəxəssisin həyatında çox mühüm
rol oynayıb onun hər tərəfli, mədəni ziyalı kimi yetişməsinə şərait
yaradır. Riyaziyyatçı real aləmin qanunauyğunluqlarında gözəllik
axtarır və incəsənətə böyük məhəbbət ilə yanaşır. Bunu daha əyani
izah etmək məqsədilə gənc mütəxəssis üçün maraqlı olan incəsənət
və simmetriya barədə qısa məlumat verək.
Hələ qədim mütəfəkkirlər göstərmişlər ki, simmetriya
təbiətin qanunauyğunluqlarının xüsusi bir növüdür. Simmetriya
qanunlarının dərk edilməsi təbiətin öyrənilməsinə və inkişafına
əsaslanır. Simmetriyaya təbiətə məxsus bir qanunauyğunluq kimi
də baxmaq olar.
Əgər hər hansı bir sistem müəyyən bir struktura malikdirsə,
deməli həmin sistemin daxilində mütləq simmetriya elementi vardır.
Bu fikri belə də ifadə etmək olar: – simmetriya olan yerdə struktura
da rast gəlmək olur. Simmetriyanın dərk olunması riyaziyyat və
incəsənətlə bağlıdır. Biz qısa qeydlərimizdə poeziyada, musiqidə
və təsviri incəsənətdə rast gələn simmetriya haqqında danışacağıq.
Təbiətin və incəsənətin qanunauyğun hadisələrinin və gözəlliyin
dərk edilməsi haqqında elm olan riyaziyyat, simmetriyaya aid
də elm yaratmışdır. Riyaziyyatçı real dünyanın dəqiq (düzgün)
qanunlarında gözəlliyin sirrini axtararaq, bizə gözəllik haqqında
geniş məlumat verir. Çünki gözəllik hissinin özü riyaziyyatın
qanunauyğunluqlarına tabedir.
Bizi əhatə edən dünyanın bir hissəsini təsvir edən rəssam onu,
yəni təsvir etdiyi obyekti qeyri-estetik təsadüflərdən təmizləyir,
dünyanı ona məxsus gözəllikdə və mürəkkəblikdə göstərir. Məşhur
alim Nils Bor demişdir ki, həddindən artıq təfərrüata varmaq, ən
kiçik detalları verməyə çalışmaq rəssamı fotoqrafa çevirir.
İlk baxışda bir-birinə zidd görünən riyaziyyat və incəsənət heç
də biri digərinin əksi deyildir. Leonardo da Vinçenin yaradıcılığı
bu mənada gözəl nümunə ola bilər, məhz onun yaradıcılığında
dünyanın bədii və elmi surətdə dərk olunmasının mümkünlüyü öz
15
I. Müasir mühəndisə olan tələbat
parlaq ifadəsini tapmışdır.
Gözəlliyi yalnız simmetriyada axtarmaq düz deyildir. Lakin
gözəlliyin dərk olunması bizə incəsənət əsərlərinin gözəllik
qanunauyğunluqlarını axtarmağın və tapmağın zəruriliyini
göstərir. Çox vaxt bu qanunauyğunluqlar incəsənət əsərlərinin
böyük təsir qüvvəsinə malik olmasını təmin edir.
XII əsrdə Fransanın cənubunda saray şairləri – trubadurlar
tərəfindən gözəl poeziya nümunələri yaranmışdır. Bu şairlər
«böyük sekstina» adlanan şeir yazmaq qaydasından istifadə
etmişlər. Böyük sekstina (sekstina – «altı elementdən ibarət»
deməkdir) hərəsi altı sətirdən ibarət altı bəndli şeyrə deyilir.
Bütün bəndlərdə eyni qafiyələr təkrar olunur. Amma hər dəfə
həmin qafiyələrin ardıcıllığı bənddən-bəndə dəyişir. Bu dəyişmə
ilk baxışda anlaşılmaz bir qanuna tabedir. Rus poeziyasında böyük
sekstina özünə yer tapmamışdır. Lakin onun qanunlarını bir qədər
pozaraq L. Mey, V. Bryusov və B. Lifşis gözəl şeirlər yaratmışlar.
Qafiyəli olan böyük sekstina kimi yazılan əsərlər hansı qanunlara
əsaslanır? Bunu təsəvvürümüzdə canlandırmaq üçün L. Meyin
böyük sekstina qanunları əsasında yazdığı bir şeyrinin qafiyələrini
belə nömrələyək.
. . . . . . 1
. . . . . . 2
. . . . . . 3
. . . . . . 4
. . . . . . 5
. . . . . . 6
Həmin qafiyələr şeyrin sonrakı bəndlərində aşağıdakı sxem
üzrə dəyişir:
1 2 3 4 5 6
6 1 5 2 4 3
3 6 4 1 2 5 və s.
Bu sxemə nəzər saldıqda müxtəlif bəndlərdə sətirlərin qafiyəsinin
təkrar olunması nəzərə çarpır. Bunu müxtəlif üsullarla əldə etmək
mümkündür. Başqa sözlə desək, böyük sekstinanın daxilində olan
rəqəmlərin dəyişdirilməsinin mürəkkəb sxemini altıbucaqlının
fırlanması ilə izah etmək olar. Bu dəyişmə cəbr nöqteyi-nəzərinə
görə eyni şeydir. Böyük sekstinanın sətirləri belə bir qanuna tabedir:
əvvəlki bəndin birinci sətri sonrakı bəndin ikinci sətrinə keçir: ikinci
dördüncünün, üçüncü altıncının, dördüncü beşincinin, beşinçi
üçüncünün, altıncı birincinin yerini alır. Poeziyada simmetriyaya
misal olaraq palindromu göstərmək olar. «Palindrom» yunan
dilində geriyə gedən, qayıdan deməkdir. Bu şeirlər soldan sağa və
|