18
I. Müasir mühəndisə olan tələbat
s.) instinktlər tədricən əsəb sistemində möhkəmlənir və təcrübə irsi
olaraq ikinci nəslə ötürülür (ikinci birincini inkar edir).
İnsan elə bir inkişaf mərhələsindədir ki, onun irsi vərdişlərə
çox ehtiyacı yoxdur, onlar insanın həyatı boyu yaranır və onunla
birlikdə ölür (yəni üçüncü ikincini inkar edir,
daha yüksək
mərhələdə birincini təkrarlayır).
Buradan aydın olur ki, psixologiyanın təkamülü bəşəri
əlamətlərin irsi olaraq ötürülməsi kimi tam bir xətlə gedir.
İnsanın psixologiyasını yüksək inkişaf mərhələsində olan
heyvanların psixologiyasından fərqləndirən bir xüsusiyyətdən
bəhs etmək maraqlı olardı.
İllər boyu insanlar arasında yaşamasına baxmayaraq it öz itliyini
saxlayır. İnsanlardan uzaq, heyvanat
aləmində böyümüş uşaqlar
insanlıq simasını itirir, iki ayaq əvəzinə dörd əl-ayaqla gəzir və s.
Onların ömrü, tərbiyəçisi olan heyvanınkindən çox olmur.
Heyvanlardan fərqli olaraq insanlarda insanlıq möhkəm olmur.
Uşağın böyüməsi üçün onun gündəlik tərbiyəsi və insan əhatəsi
zəruridir. Cəmiyyətdən kənarda yaşadıqda o heyvana çevrilir.
Deməli, insanlığın insanda möhkəmlənməsi prosesi biliyin irsi
olaraq ötürülməsi qabiliyyətinin artması ilə əlaqədardır.
Elm və istehsal proseslərində qazanılmış vərdişlər ümumi
ictimai əhəmiyyətə malik olub insanın ətraf mühit barədə biliyini
genişləndirir və insanın mahiyyət və mövqeyini müəyyən edir.
Bəzi vərdişlər dərin köklərə malik olub irsi xarakter daşıyır.
Məsələn, heyvanların da qabil olduğu, yamsılamaq, gördüyünü
təkrar etmək və s. bəzi «artistlik» vərdişləri irsi xarakterdədir.
Müasir musiqi sənətinin mürəkkəbliyinə
baxmayaraq o öz
başlanğıcını heyvanlar aləminə xas olan səs yamsılamaq,
təkrarlamaqdan götürür.
«Musiqi» və «artistlik» fəaliyyətilə məşğul olan ailələrin olması
heç də nadir hadisə deyildir.
Çox ehtimal ki, bir çox vərdiş və biliklər insanın əsəb sistemində
möhkəmlənib və irsi olaraq nəsildən-nəslə ötürülür, ancaq biz
bunu çox zaman aşkar etməyi bacarmırıq. O, çox hallarda özbaşına
meydana çıxır.
Belə bir sual meydana çıxır ki, nə səbəbə ayrı-ayrı dövrlərdə
müxtəlif sahələrdə istedadlar meydana çıxır. (Məsələn, bir dövrdə
riyaziyyat, digərində musiqi, başqa dövrdə isə fizika sahəsində və
s. istedadlar). Çox ehtimal ki, buna əsas səbəb cəmiyyətin tələbatına
uyğun sənətlərə olan ictimai hörmətdir.
Burada bu və ya digər sənətə olan ictimai hörmət və qiymətlə
yanaşı, ictimai fikir, mətbuat təbliğatı, maddi amillər, elmin inkişaf
perspektivləri və s. böyük rol oynayır.
Hazırda müharibədən əvvəlki dövrdə olduğu kimi cəmiyyətimiz
neftçi mühəndis sənətini yüksək
qiymətləndirdiyi üçün qaz, neft
ixtisasları üzrə instituta qəbul imtahanlarında müsabiqə təbii
19
I. Müasir mühəndisə olan tələbat
olaraq artmışdır.
Deməli, sənət, həvəs, istedad ictimai anlayış olub tərbiyə
şəraitindən və cəmiyyətin tələbatından əmələ gəlir.
İstedadın yaranıb möhkəmlənməsində yaradıcılıq qabiliyyətini
gücləndirən üsulların əhəmiyyəti çox böyükdür.
Yaradıcılıq qabiliyyətini üç qrupa bölmək olar:
1.
Maraq və meyllə əlaqədar;
2. Emosionallıqla əlaqadar;
3. Əqli qabiliyyətlə əlaqədar.
Özünü qiymətləndirmənin şişirdilməsi ağıl azlığı ilə, öz
imkanlarının qiymətləndirilməməsini isə axmaqlıqla izah etmək
olar.
Axmaqlıq bioloji anlayış olmayıb cəmiyyətlə,
başqa şəxslərlə
qarşılıqlı əlaqənin müxtəlif formalarını xarakterizə edən ictimai-
psixoloji anlayışdır. Bu çox müxtəlif şəkilli olduğu üçün cürbəcür
formalarda təsadüf olunur.
Qabiliyyətin inkişafının başlanğıcına əsasən ev şəraitində
alınmış tərbiyə təsir göstərir. Sonrakı dövrlərdə orta və ali təhsil,
nəhayət yaradıcılıq imkanları mühitin təsirilə müəyyənləşdirilir.
Müxtəlif ailələrdə valideynlərin tutduğu mövqe istedadın
inkişafına həm müsbət, həm də mənfi təsir göstərə bilər.
Əlbəttə məntiq və düşüncə birliyi yaradıcılıq istedadının əsas
şərtlərindəndir. Çin filosofu Konfisiya deyir ki, düşünməyən bilik
zərərli, biliksiz düşüncə isə təhlükəlidir.
İnsan elə tərbiyə olunmalıdır ki, ictimai tərəqqini və yenilikləri
məmnuniyyətlə qəbul edə bilsin və başqalarının yaradıcılıq
müvəffəqiyyətlərini onların şəxsiyyətindən asılı olmayaraq istifadə
və tətbiq edə bilsin.