qarşısını almaq üçün bütün uşaqlara vəzifə vermək və uzunmüddətli vəzifələri
vaxtaşırı dəyişmək lazımdır.
Kollektivdə üç növ vəzifə olur:
- uzunmüddətli vəzifələr: şagird komitəsi, sinif nümayəndəliyi, divar qəzeti
redaksiya heyəti, sinfin səhiyyə komissiyası və s;
- növbə ilə dəyişən vəzifələr: məktəb və sinif növbətçiliyi, növbəli divar
qəzeti heyətləri və s;
- epizodik (birdəfəlik) vəzifəlr: bayram və
tarixi günləri keçirmək üçün
ayrılan komissiyalar, iməcilik qərargahı üzvləri, ekskursiya və ya yürüş təşkil edən
qrup və s. bu halda tapşırıq yerinə yetirildikdə vəzifə də özlüyündə ləğv olunur.
Kollektivin təşkili müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərə
demokratiya (kollektivin həyatında və idarə olunmasında hamının şeçkili orqanlar
vasitəsilə iştirakının təmin olunması), aşkarlıq (işlərin gizli, qapalı yox, aşkarlıq
şəraitində icrası), plüralizm (fikir müxtəfliyinə, azadfikirliliyə şərait yaradılması),
çoxluğun rəyinin əsas götürülməsi və azlığın rəyinə hörmək edilməsi və s.
prinsiplər daxildir. Həmin prinsiplər əsasında sağlam, demokratik kollektiv
yaratmaq və onu tərbiyənin təsirli subyektinə çevirmək olar.
Kollektivin inkişaf mərhələləri. Kollektivin
təşkili uzun sürən prosesdir;
buna qısa müddətdə nail olmaq çətindir. Kollektivin inkişafı kortəbii yox, idarə
olunan prosesdir. Buna görə də onun inkişaf mərhələlərini bilmək və bu inkişafı
düzgün istiqamətləndirmək lazımdır.
Kollektivin inkişafının göstəricisi kimi onun üzvlərinin fəallıq dərəcəsinin
artması, xarici tələblərin daxili tələblərə keçməsi prosesi əsas götürülür. Bu
baxımdan kollektivin inkişafında dörd mərhələ ayırd edilir. Birinci mərhələ
kollektivin təşəkkülü mərhələsi adlanır. Burada əsas təşkilatçı kimi müəllim –
tərbiyəçi çıxış edir: o, şagirdlərin arzu və maraqlarından çıxış edərək birgə maraqlı
işlər təşkil edir, ardıcıl tələblər verir.
İkinci mərhələ kollektiv özəyin təşkili mərhələsi adlanır. Fəallar müəllimin –
tərbiyəçinin dayağı kimi çıxış edir, onun tələblərini müdafiə edir,
kollektivin
həyatında fəallıq göstərirlər.
Üçüncü mərhələ özünüidarəyə keçid mərhələsi adlanır. Bu mərhələdə
kollektivin əksər üzvləri onun həyatında fəal iştirak edir, yoldaşlarına
tələblər
verirlər. Kollektivin seçkili orqanları əsas təşkilatçı kimi çıxış edir. bu mərhələdə
kollektivin ictimai rəyi formalaşır və əsas tərbiyəedici, tənzimedici amilə çevrilir.
Dördüncü mərhələ kollektivin yetkinlik mərhələsi adlanır. Bu mərhələdə
kollektivin bütün üzvləri onun həyatında fəal iştirak edir, hərə özünə tələb verir.
Beləliklə, tərbiyə özünütərbiyə ilə qovuşur.
Kollektivin təşəkkülü və formalaşmasının göstərilən mərhələləri onun
inkişaf dinamikasını ifadə edir: kollektiv pedaqoji
rəhbərlikdən tədricən
özünüidarə və özünütənzimləmə sisteminə çevrilir və mühüm tərbiyə vasitəsi kimi
çıxış edir.
Dostları ilə paylaş: