37
Məsələn:
Embawood MMC şirkətinin aşağıdakı siyasəti var.
a)
İşçi heyətinin işə davamiyyəti ilə bağlı
2 saylı cədvəl.
Nəzarət
Maliyyə hesabatlarına olan təsir
Ofis binasına daxil olarkən və çıxarkən hər bir
işçidən öz İD kartını istifadə etmək tələb
olunur.
Əmək haqqı üzrə hesabatlar müvafiq qaydalara
uyğun aparıldıqda işçinin əmək haqqı ilə bağlı
maliyyə hesabatı düzgün olacaqdır.
İşlə əlaqədar çölə çıxan işçilər tabe olduqları
şəxs
tərəfindən
təsdiqlənən
çıxış
icazə
sənədindən istifadə etməlidirlər
b)
Mal-material ehtiyatının saxlanması ilə bağlı
3 saylı cədvəl.
Nəzarət
Maliyyə hesabatlarına olan təsir
Mal-material ehtiyatı anbarda saxlanılır
Nəzarət fəaliyyətləri mal-material ehtiyatlarının
müvafiq şəkildə qorunmasına zəmanət verir. Belə
ki, mal-material ehtiyatının maliyyə hesabatlarında
göstərilən qiyməti dəqiq və etibarlı olmalıdır.
Anbar qapıları açar və kilidlə bağlanır
Hər hansı bir kənar şəxsin anbara daxil
olmasına icazə verilmir.
Ancaq anbarda işləyən şəxslər anbara daxil ola
bilər
Rəhbərlik mal-matenal ehtiyatını illik (zəruri
olduqda aylıq, rüblük) fiziki yoxlamadan
keçirir.
Mal-material ehtiyatı həm də təbii fəlakət,
oğurluq və üsyan hallarına qarşı sığortalanır.
Dostları ilə paylaş: