Основные термины информационной безопасности



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə81/119
tarix16.05.2023
ölçüsü1 Mb.
#114218
1   ...   77   78   79   80   81   82   83   84   ...   119
Az YI İnT terminləri 8

 
Python 
Payfon – 
geniş istifadə edilən ümumi təyinatlı, yüksək səviyyəli 
proqramlaşdırma dili. Onun dizayn fəlsəfəsi kodun oxunaqlığını 
xüsusi vurğulayır, sintaksisi isə proqramçılara ideyanı C++ və ya 
Java dill
ərində olduğundan daha az sətirdə ifadə etməyə imkan verir. 
 
 


96 

Quantum Key Distribution (QKD)

arların kvant paylanması – açar materialının optik lifli rabitə 
x
ətti ilə ötürülməsi metodu. Açar bitləri impuls lazeri tərəfindən 
buraxılan işıq fotonlarının paylanması ilə kodlaşdırılır. Kvant 
fizikasının fundamental qanunlarına görə (Heyzenberqin qeyri-

əyyənlik prinsipi) kvant sisteminin xassələrini pozmadan onun 
ölçülm
əsini aparmaq olmaz. Bunun sayəsində açar materialının gizli 
ələ keçirilməsini və ya aktiv müdaxiləni istisna edən etibarlı kanal 
formalaşdırılır. 
 
Quantum Cryptography 
Kvant kriptoqrafi
yası – 1984-cü ildə açarların kvant paylanması 
sistemi il
ə meydana çıxıb. Hazırda açarların kvant paylanması ilə 
yanaşı təhlükəsiz birbaşa kvant rabitəsi, kvant axın şifrləməsi, kvant 
steqanoqrafiyası, kvant açarlar infrastrukturu, kvant rəqəmsal 
imzası mövzularında da tədqiqatlar aparılır. 
 


97 

 
Rainbow series 
Göy 
qurşağı seriyası – ABŞ Müdafiə Nazirliyi tərəfindən 
informasiya t
əhlükəsizliyi üzrə nəşr edilmiş standartlar seriyası. 
 
Random Number Generator (RNG) 
T
əsadüfi ədədlər generatoru – ədədlərin əvvəlcədən bilinməyən 
ardıcıllığını yaratmaq üçün istifadə edilən proses. Əgər qiymətlərin 
tam toplusunda h
ər bir qiymətin seçilməsi bərabər ehtimallıdırsa, 
onda bel
ə qiymətlər təsadüfi hesab edilir. 

Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin