ağır cinayət törətdikdə Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə Azərbaycan Respublikası
Ali Məhkəməsinin 30 gün müddətində
verilən
rəyi əsasında Azərbaycan Respublikasının
Milli Məclisi qarşısında irəli sürülə bilər.
II. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının
95 səs çoxluğu ilə qəbul olunmuş
qərar əsasında Azərbaycan Respublikasının Prezidenti vəzifədən kənarlaşdırıla bilər. Bu qərarı
Azərbaycan
Respublikası
Konstitusiya Məhkəməsinin sədri imzalayır .
Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi həmin qərarın imzalanmasına
bir həftə ərzində tərəfdar çıxmazsa , qərar qüvvəyə minmir.
III. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması haqqında qərar
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının
Milli Məclisinə müraciət etdiyi gündən başlayaraq
2 ay ərzində qəbul olunmalıdır. Bu müddətə
göstərilən qərar qəbul edilməsə, Azərbaycan Respublikasının Prezidentinə qarşı irəli sürülmüş
ittiham rədd edilmiş sayılır.
M a d d ə 1 0 8 . Azərbaycan Respublikası Prezidentinin təminatı I. Azərbaycan Respublikasının Prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir.
Azərbaycan Respublikası Prezidentinin və onun ailəsinin təhlükəsizliyini
xüsusi mühafizə xidmətləri təmin edir.
II.
Əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin təminatı qaydaları
Konstitusiya qanunu ilə müəyyən edilir.