US Tədris Mərkəzi
[
ƏLAQƏ: 070-216-32-32 050-799-44-77
]
37
Dövlət qulluğu üçün online test saytı
Exam-Us.com
M a d d ə 1 2 9 .
Məhkəmə qərarları və onların icrası
I. Məhkəmənin qəbul etdiyi qərarlar
dövlətin adından çıxarılır
və onların
icrası məcburidir
.
II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
III. Məhkəmə qərarı
qanuna
və
sübutlara
əsaslanmalıdır.
M a d d ə 1 3 0 .
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
I. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
9 hakimdən
ibarətdir.
II. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini Azərbaycan
Respublikası
Prezidentinin təqdimatı
ilə Azərbaycan Respublikasının
Milli Məclisi təyin edir
.
III. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası
Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin,
Azərbaycan
Respublikası
Ali
Məhkəməsinin,
Azərbaycan
Respublikası
Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sorğusu
əsasında aşağıdakı
məsələləri həll edir:
1) Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və
sərəncamlarının, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarının, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu;
2) Azərbaycan Respublikası Prezidentinin fərmanlarının, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
Azərbaycan Respublikası qanunlarına uyğunluğu;
3) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına
uyğunluğu;
4) Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının qanunda nəzərdə tutulmuş
hallarda Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu;
5) bələdiyyə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası
qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar
Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər
Kabinetinin qərarlarına) uyğunluğu;
6) Azərbaycan Respublikasının qüvvəyə minməmiş
Dostları ilə paylaş: