Prosesin dayandırılması iki səbəblərə görə baş verir: onun sonrakı işi üçün hər hansı bir
hadisə tələb olunmuş (məsələn, giriş-çıxış əməliyyatının bitməsi) və ya həmin prosesin işləməsi
üçün əməliyyat sistemi tərəfindən ayrılmış vaxt intervalı bitmişdir. Bundan sonra, əməliyyat sistemi
müəyyən alqoritm üzrə icra olunmaq üçün “proses icra olunmur” vəziyyətində yerləşən proseslərdən
birini seçir və onu “proses icra olunur” vəziyyətinə çevirir. Sistemdə əmələ gələn yeni proses ilk
əvvəl “proses icra olunmur” vəziyyətinə yerləşdirilir.
Bu çox kobud modeldir, o, nəzərə almır ki, xüsusi halda, icra üçün seçilmiş proses hələ də
onun dayandırılmasına səbəb olan hadisələri
gözləməlidir və real olaraq, yerinə yetirməyə hazır
deyildir. Bu cür vəziyyətdən yaxa qurtarmaq üçün “Proses icra olunmur” vəziyyətini 2 yeni
vəziyyətlərə bölək:
hazır olma
və gözləmə
(şək.2.2-yə bax).
Sistemdə əmələ gələn hər hansı bir yeni proses “hazır olma” vəziyyətinə düşür. Əməliyyat
sistemi, hər hansı bir planlaşdırma alqoritmindən istifadə edərək, hazır proseslərdən birini seçir və
onu “icra” vəziyyətinə çevirir. İcra vəziyyətində prosesin proqram kodunun bilavasitə yerinə
yetirilməsi baş verir. Proses bu vəziyyətdən 3 səbəblərə görə çıxa bilər:
-əməliyyat sistemi onun fəaliyyətini dayandırır;
-müəyyən
bir hadisə baş verməsə, o, öz işinin davam etdirə bilmir və əməliyyat sistemi onu
“gözləmə” vəziyyətinə keçirir;
Şək.2.2. Proses vəziyyələrinin daha ətraflı diaqramı
-hesablama sistemində kəsilmələrin əmələ gəlməsi nəticəsində (məsələn,
nəzərdə tutulan yerinə
yetirilmə vaxtı bitdikdə, taymerdən gələn kəsilmə) onu “hazır olma” vəziyyətinə qaytarırlar.
Gözlənilən hadisə baş verdikdə, “gözləmə” vəziy-yətindən proses “hazır olma” vəziyyətinə
düşür və o, yenidən icra üçün seçilə bilər.
Bizim yeni modelimiz proseslərin mövcudluğu vaxtında proseslərin davranışını yaxşı təsvir
edir, amma, o, sistemdə prosesin əmələ gəlməsinə və onun yox olmasına heç bir diqqət yetirmir.
Mənzərənin tam olması üçün biz proseslərin daha iki vəziyyələrini daxil etməliyik: “törənmə” və
“icranı bitirdi” (şək.2.3-ə bax).
İndi hesablama sistemində əmələ gəlməsi üçün proses “törənmə” vəziyyətindən keçməlidir.
Törənmə zamanı proses öz sərəncamına prosesin proqram kodunun yüklənildiyi ünvan fəzasını
keçirir; onun üçün stek və sistem resursları ayrılır; həmin prosesin proqram sayğacının başlanğıc
qiyməti quraşdırılır. Törənmiş proses “hazır olma” vəziyyətinə keçirilir. Öz fəaliyyətini bitirdikdə,
proses “icra” vəziyyətindən “icranı bitirdi” vəziyyəinə düşür.
Şək.2.3.
Qəbul olunmuş proses vəziyyətlərinin diaqramı
Konkret əməliyyat sistemlərində prosesin vəziyyətləri daha da detallaşdırıla bilər, bir
vəziyyətdən digərinə keçidlərin yeni variantları əmələ gələ bilərlər. Belə ki, Windows NT əməliyyat
sistemində, məsələn, proseslərin vəziyyətlər modeli 7, Unix əməliyyat sistemində isə - 9 müxtəlif
vəziyyətlər olur.
Bununla bərabər, bu və ya başqa səbəbdən, bütün əməliyyat sistemləri yuxarıda
göstərdiyimiz modelə tabe olurlar.
Dostları ilə paylaş: