PROQRAM
AutoDESK
AutoCAD-2013
AutoCAD- 2013 seçməklə AutoCAD kompyüterə yüklənir.
QEYD: Ingilis sözlərindən sonra verilmiş mötərizədəki tərcümə bəzən onların əsl mənası deyil, yalnız
onların vəzifəsini qeyd edir.
AutoCad paketində çertyoj birin birə çəkildiyindən model sahəsində formatın təyini əksər hallarda aktual
olmur. Format əsasən çertyoj çapa hazırlanan vaxtı yəni Layout sahəsində nəzərdə tutulur. Lakin buna
baxmayaraq bəzi çertyojlar üçün də model sahəsində format təyin etmək olar.
Model sahəsində çertyoju çəkməyə başlamazdan əvvəl yeni fayl açmaq məsləhətdir. Bunun üçün
File>new (bu cür yazılış komandalar menyusundan istifadə üçün nəzərdə tutulur) və ya CTRL+N komandası
işə salınır və açılmış Select template pəncərəsindəki siyahıdan acadiso seçilib Open düyməsi basılır. Bu
zaman format A3 və ölçü vahidi mm təyin edilir.
Digər formata keçmək üçün komandalar sətrinə (Command:) Limits komandası yığılır. Məsələn, A4
formatı.
Command: '_limits Reset Model space limits: Specify lower left corner or [ON/OFF] <0.0000,0.0000>: Specify upper right corner <420.0000,297.0000>: 210,297 Bununla A4 formatı təyin edilir. Formatı ekranda görmək üçün komandalar sətirinə «Z» yazıb ENTER düyməsi basılır və sonra «А» yazılıb ENTER basılır.
Hal sətirindəki (ekranda sonuncu sətir) GRİD (əgər GRID sözlə işıqlanmırsa onda qəfəs şəkilli
piktoqrammadan istifadə etmək olar, yəni onun üzərində siçanın sağ düyməsini vurmaq olar) üzərində kursoru
saxlayıb siçanın sağ düyməsi basılır, açılmış siyahıdan Settings...seçilir. Görünən Drafting settigs pəncərəsindən Grid behavior sahəsindəki bütün aktiv açarlar ləğv edilir (Məsələn, Adaptive grid açarı).
Əğər hal sətrindəki komandalar qrafiki işarələrlə verilibsə onları sözlərlə əvəz etmək olar. Bunun üçün
hal sətrindəki komandalardan (məsələn, Grid) birinin üzərində dayanıb sağ düymə vurulur və açılmış kontekst
menyudan Use İcons açarı ləğv edilir.