səh. 2, 6
Bundan sonra “Azərbaycan Tibb
Universitetində 2013/2014-cü tədris ilinin
qış imtahan-məqbul sessiyasının yekunları
və yaz semestrində tədris prosesinin daha
da yaxşılaşdırılması işində universitet kol-
lektivinin vəzifələri” barədə tədris işləri
üzrə prorektor, professor Sabir Əliyevin
hesabatı dinlənildi.
Ali təhsilin yeni normativ hüququ bazası-
nın yaradılması, ali tibb təhsilin əsas təhsili
və rezidentura pillələrinin məzmunu və
təlim texnologiyalarının müasirləşdirilməsi,
kredit sistemi ilə tədrisin təşkilinin
təkmilləşdirilməsi məqsədilə Azərbaycan
Respublikası Nazirlər Kabineti 24 dekabr
2013-cü il tarixli 348 nömrəli qərarı ilə
«Аli təhsil müəssisələrinin bakalavriat və
magistratura səviyyələrində kredit sistemi
ilə tədrisin təşkili Qaydaları»nın və 23 no-
yabr 2013-cü il tarixli 330 nömrəli qərarı ilə
isə «Rezidentura təhsilinin məzmunu və
F
evralın 24-də Böyük Elmi Şuranın növbəti yığıncağını açan universitetin
rektoru, millət vəkili, akademik Əhliman Əmiraslanov XX əsrin ən
dəhşətli faciəsi olan Xocalı soyqırımının 22-ci ildönümünün geniş miqyasda
anıldığını, bu məqsədlə ölkəmizdə və xaricdə silsilə tədbirlərin keçirildiyini
dedi. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
səh. 4-5
İyirmi iki il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları
Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soy-
qırımı törətmişlər.
Azərbaycan paytaxtının minlərlə sakini Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar
anma mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Xətai rayonunda faciə
qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşmışdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev anma mərasimində iştirak etmişdir.
Abidənin yanında fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsinə ehtira-
mını bildirdi.
Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyası-
nın rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezi-
denti Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoydular.
Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə
və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı
sakinləri iştirak edirdilər.
Anma mərasiminin iştirakçıları abidənin önünə tər qızılgüllər, qərənfillər düzdülər.
Ãÿçåò
1933 - úö èëäÿí ÷ûõûð.
№ 04 (1579) 28 fevral 2014 - úц èë Ãèéìÿòè 40 ãÿïèê
Bu sayımızda
Azərbaycan Tibb Universitetinin kollektivi
Xocalı soyqırımı ilə
əlaqədar xalqımıza
dərin hüznlə başsağlığı
verir, şəhidlərimizə
Allahdan rəhmət diləyir!
Prezident İlham Əliyev faciə qurbanlarının
xatirəsini anma mərasimində iştirak etmişdir
“Xocalıya ədalət”
Ən çətin cərrahi əməliyyatların
uğurla aparıldığı klinika
Xocalı faciəsi əsrlər boyu Azərbaycan xalqına qarşı
törədilmiş soyqırımı siyasətinin ən qanlı səhifəsidir
BÖYÜK ELMİ ŞURADA
Tibb Universitetində
Xocalı faciəsi ilə bağlı silsilə
anım tədbirləri keçirilib
http://www.amu.edu.az
28 fevral 2014-ъц ил
2
Fevralın 24-də ATU-nun Tədris
Terapevtik Klinikasında Xocalı
soyqırımının 22-ci ildönümünə həsr
olunmuş anım mərasimi keçirilib.
Tədbiri universitetin rektoru,
Milli Məclisin deputatı, akademik
Əhliman Əmiraslanov açıb və Xocalı
şəhidlərinin xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Xocalı soyqırımını tarixdə baş
vermiş soyqırımların ən dəhşətlisi
adlandıran rektor həmin gün in-
sanların xüsusi qəddarlıqla qətlə
yetirildiyini, artıq bu faciənin təkcə
Azərbaycanda deyil, dünyanın inkişaf
etmiş ölkələrində də anıldığını bildi-
rib. O, rus-erməni hərbi birləşmələri
tərəfindən törədilən bu qanlı faciəyə
ancaq ümummilli liderimiz Heydər
Əliyevin ikinci dəfə hakimiyyətə qayı-
dışından sonra ictimai-siyasi qiymət
verildiyini vurğulayıb: “Xocalı soyqı-
rımı bütövlükdə tarixdə baş vermiş
soyqırımı hadisələri arasında xüsusi
qəddarlıqla törədilmiş bir soyqırımı-
dır. Bunu təkcə Azərbaycan deyil,
dünya dövlətləri, dünya parlamentləri
də qəbul edirlər. Faciə törədilən vaxt
baş verənləri gizlətmək, dünyasını
dəyişənlərin sayını azaltmaq cəhdləri
olub. Əvvəlcə mətbuatda bir neçə
nəfərin həlak olduğunu yazırdılar.
Sonra məlum oldu ki, amansızlıqla
qətlə yetirilənlərin sayı qat-qat çoxdur.
Azərbaycan və dünya mətbuatında
reallığa yaxın məlumatlar yayılma-
ğa başladı. Mütləq deməliyəm ki,
Xocalı soyqırımına ictimai-siyasi
və hüquqi qiymət verilməsi yalnız
ulu ödər Heydər Əliyev ikinci dəfə
hakimiyyətə gələndən sonra müm-
kün oldu. Hadisələr çox ciddi araşdı-
rıldı, günahkarların cəzalandırılması
barədə məsələ qaldırıldı. Artıq tam
təsdiq edilibdir ki, faciə rus hərbi
birləşmələrinin birbaşa köməyi ilə
törədilib. Hər il möhtərəm preziden-
timiz İlham Əliyev Sərəncam imza-
layır, Azərbaycanın xarici ölkələrdəki
səfirlərinə, diasporlarına tapşırıq
verilir ki, Xocalı soyqırımını dünya
ictimaiyyətinə çatdırsınlar”.
İnsan anatomiyası kafedrasının
professoru, Xocalı sakini Mübariz
Allahverdiyev özünün də şahidi ol-
duğu hadisələrdən danışaraq qeyd
edib ki, Xocalı faciəsi 200 ilə ya-
xın bir müddətdə şovinist erməni
mil lətçilərinin
azərbaycanlılara
qar şı müntəzəm olaraq həyata
ke çirdikləri etnik təmizləmə və soy-
qırım siyasətinin davamı və ən qan-
lı səhifəsidir: “Son yüzillikdə 3 dəfə
soyqırıma məruz qalan Xocalı Dağ-
lıq Qarabağda strateji əhəmiyyət
kəsb edən bir mövqedə idi. Xocali
qədim yaşayış məskəni kimi eradan
əvvəlki XIV yüzillikdə mövcud olub.
Ermənilərin Xocalını 25-26 fevral
1992-ci ildə genosidə uğratması say-
ca üçüncü idi. Birinci genosid 1905-
1906-cı illərdə, ikinci genosid 1918-
1919-cu illərdə baş verib. Hər dəfə
də sağ qalan xocalılar özlərində güc
taparaq doğma yurd yerinə qayıdıb,
dədə-baba torpaqlarında yaşayıblar.
1992-ci il genosidinə yetmək üçün
ermənilər 4 il ərzində Xocalını blo-
kadada saxladılar. 1988-ci il fevralın
12-13-də mitinqlərə başlayan erməni
separatçılarının sentyabrın 18-də
Xocalıya ilk kütləvi hücumu oldu.
Həmin gün 10 mindən çox erməni
ilə üz-üzə qalan xocalılar torpaqlarını
qoruya bildilər, çünki o hücumda rus
hərbçiləri iştirak etmirdilər.
1991-ci ilin noyabrından etibarən
Xocalıya gələn bütün yollar bağlan-
dı. Ara-sıra mülki vertolyot uça bilirdi.
Yanvarın 28-də Şuşaya uçan mülki
vertolyot da ermənilər tərəfindən vu-
ruldu. 4 ay ərzində Xocalı azuqəsiz,
silahsız qalsa da özünü müdafiə
edirdi. Təəssüf ki, Azərbaycanın o
vaxtkı rəhbərləri torpaqlarımızın bir-
bir əldən getməsinə biganəliklə ya-
naşırdılar. Xocalı soyqırımı törədilənə
qədər Malıbəyli, Quşçular, Meşəli,
Cəmilli, Qaradağlı və digər kəndlər
dağıdılmış, viranəyə çevrilmişdir.
Ermənilər uzun müddət hazırla-
dıqları çirkin etnik təmizləmə planını
1992-ci il fevralın 25-dən 26-na keçən
gecə Xocalıda həyata keçirdilər. On-
lar qışın qarlı-şaxtalı çağında gecə
yarısı keçmiş SSRİ-nin Xankəndində
dislokasiya olunmuş 366-cı moto-
atıcı polkunun ölümsaçan silahla-
rı ilə Xocalını bomba, mərmi, güllə
yağışına tutdular. Yuxulu insanlar,
köməksiz qadınlar, uşaqlar, qocalar
nə edəcəklərini bilmirdilər. İki saat
aramsız ağır artilleriya atəşindən
sonra general Seyran Ohanyanın
başçılıq etdiyi alay Ermənistan silahlı
qüvvələri ilə birlikdə Xocalıya girdilər.
Əhalinin bir hissəsi elə bilmişdi ki,
bu, hər gün baş verən atışmadır, bir
azdan sakitləşəcək. Ona görə də
xeyli sayda insan qaçıb zirzəmilərdə
gizlənmişdi. Ermənilər onları kütləvi
surətdə elə orada qırdılar. Sağ qa-
lanlar qarlı dağlara, meşələrə üz
tutub Ağdam tərəfə yol axtarırdılar.
Ermənilər guya xocalılara qaçmaq
üçün bu yolu dəhliz qoymuşdular.
Əslində isə bu bir tələ idi. Əhali bum-
buz çaydan, meşədən keçib Naxçıva-
nik yaxınlığına çatanda pusquda da-
yanmış erməni silahlıları onları kütləvi
surətdə amansızlıqla qətlə yetirdilər.
Girov götürdükləri 1275 nəfərə
ağır işgəncələr verdilər. Cavan oğ-
lanların gözlərini çıxardılar, erməni
qəbirlərinin
üstündə
başlarını
kəsdilər. Ağaclara sarıyıb “Qarabağ
Ermənistan torpağıdır” demələrini
tələb etdilər. Ancaq o gənclər ölümün
gözünə dik baxaraq son nəfəslərində
də “Qarabağ Azərbaycan torpağıdır”
deyib əbədiyyətə qovuşdular”.
Dövləti cinayətin cəzasız qal-
mayacağına inandığını söyləyən
M.Allahverdiyev beynəlxalq təş ki lat-
ları, dünya dövlətlərini, parlamentlərini
Xocalı soyqırımına siyasi-hüquqi
qiymət verməyə, hamını 2008-ci ildə
Heydər Əliyev Fondunun vitse-prezi-
denti Leyla Əliyevanın təşəbbüsü ilə
yaradılmış “Xocalıya ədalət” kampa-
niyasına qoşulmağa çağırıb.
Yeni Azərbaycan Partiyasının
(YAP) Nəsimi rayon təşkilatının sədri,
millət vəkili Məlahət xanım Həsənova
fevral ayının bütövlükdə Xocalı ayı
kimi yadda qaldığını, hətta bu ayda
toyların da səngidiyini deyib. Eyni
zamanda dövlətimizin, cənab Prezi-
dentin gördüyü işlərin öz bəhrəsini
verəcəyinə və qaçqınlarımızın tezliklə
doğma yurdlarına qayıdacağına
əminliyini mərasim iştirakçıları ilə bö-
lüşüb.
Xatırladaq ki, Xocalı soyqırımı za-
manı adları bəlli olan 613 nəfərin,
o cümlədən 106 qadın, 63 azyaşlı
uşaq, 70 qocanın həyatına son qoyu-
lub. 478 dinc sakin ağır yaralanaraq
şikəst olub, 1275 nəfər əsir və girov
götürülüb. İtkin düşmüş 150 nəfərin
taleyi indiyədək məlum deyil. Həmin
kütləvi qırğın həyata keçirilərkən 8
ailə bütünlüklə məhv edilib, 25 uşaq
hər iki valideynindən, 130 uşaq isə
valideynlərinin birindən məhrum
edilib, mülki əhali görünməmiş
vəhşiliklə qətlə yetirilib, əsir və girov
götürülənlərə amansız işgəncələr ve-
rilib.
A.KAMrAnoğlU
XOCALI SOYQIRIMININ 22-Cİ İLDÖNÜMÜNƏ
HƏSR OLUNMUŞ ANIM MƏRASİMİ KEÇİRİLİB
u
Azərbaycanın tarixinə qanlı hərflərlə
yazılmış həmin gecə erməni silahlı dəstələri hələ
SSRİ dövründə Xankəndi şəhərində yerləşmiş,
şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət
olan 366-cı motoatıcı alayın zirehli texnikasının
və hərbçilərinin köməyi ilə qədim Xocalı şəhərini
yerlə-yeksan etmişlər.
Erməni təcavüzkarlarının Azərbaycan xalqına
qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində
613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70
qoca amansızlıqla qətlə yetirilmiş, 487 nəfər
şikəst olmuş, 1275 dinc sakin əsir götürülmüş,
155 nəfərin taleyi isə hələ də məlum deyildir. Bu
soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv
edilmiş, 25 uşaq hər iki valideynini itirmişdir.
İnsanlığa qarşı törədilmiş bu cinayət aktı
beynəlxalq aləm tərəfindən öz hüquqi qiymətini
almalıdır. Azərbaycan dövləti erməni millətçilərinin
xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən
Xocalı soyqırımı haqqında həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi
tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət
göstərir. Prezident İlham Əliyev Xocalı faciəsini
təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu
Azərbaycan xalqına qarşı apardığı soyqırımı və
etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi
qiymətləndirmişdir.
Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılmasında Heydər Əliyev Fondunun da
xüsusi xidmətləri vardır. Fondun vitse-prezidenti,
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı
Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq
üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın
təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya
ədalət!” kampaniyası uğurla davam edir.
Kampaniyanın məqsədi Xocalı qətliamının
insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi
beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır.
Beynəlxalq hüquqa görə, soyqırımı sülh və
bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır
beynəlxalq cinayət sayılır. BMT Baş Məclisinin
1948-ci il 9 dekabr tarixli 260 saylı qətnaməsi
ilə qəbul edilən və 1961-ci ildən qüvvəyə minən
Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası
təsvir edilmişdir. Ermənistanın Azərbaycana qarşı
təcavüzü zamanı həmin Konvensiyada təsbit
edilən soyqırımı cinayətinə aid bütün əməllər
tətbiq olunmuşdur. Bu işğalçı ölkənin terrorçuluq
siyasəti uzun illərdir dünya ictimaiyyətinin gözü
qarşısında baş verir. Halbuki beynəlxalq hüquq
normalarına, BMT və ATƏT-in prinsiplərinə görə,
dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət
edilməlidir. Ərazi bütövlüyünün və suverenliyin
pozulması yolverilməzdir. BMT Təhlükəsizlik Şu-
rası Azərbaycanın işğal olunmuş torpaqlarının
qeyd-şərtsiz azad edilməsi haqqında 4 qətnamə
qəbul etsə də, işğalçı Ermənistan bunları hələ ki,
yerinə yetirmir.
Xocalı soyqırımını törətməklə erməni millətçiləri
Azərbaycan xalqını qorxutmaq, vahimə yaratmaq,
onun mübarizə əzmini qırmaq, torpaqlarının
işğalı faktı ilə barışmağa məcbur etmək kimi
məkrli məqsədlər güdmüşdür. Amma hiyləgər
və amansız düşmənin niyyətləri baş tutmadı,
xalqımız dövlətin suverenliyinin müdafiəsində
yüksək qəhrəmanlıq nümunəsi göstərdi.
Azərbaycan xalqı qəti əmindir ki, hazırda Cənubi
Qafqazın iqtisadi güc mərkəzinə çevrilmiş,
dünyada mövqeyini daha da möhkəmləndirmiş,
hərbi qüdrətini təmin etmiş dövlətimiz düşmən
tapdağı altında olan torpaqlarını istənilən
yolla azad edəcək, şəhidlərimizin qanı yerdə,
günahkarlar isə cəzasız qalmayacaqdır.
Ган йаддышымыз
28 fevral 2014-ъц ил
http://www.amu.edu.az
3
Fevralın 26-da Sudan Respublikasının ölkəmizdəki səfirliyinin
nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) qonaq olub.
ATU-nun rektoru, Millət vəkili, akademik Əhliman Əmiraslanov Suda-
nın fövqəladə və səlahiyyətli səfiri Mohamed Elias Mohamed əl-Haqqı
qəbul edib.
Akademik Əhliman Əmiraslanov görüş zamanı Tibb Universitetinin
fəaliyyəti, fakültələri, son illər istifadəyə verilmiş klinikaları haqqında
məlumat verdi. Cənab səfir Mohamed əl-Haq isə öz növbəsində Tibb
Universitetinin fəaliyyətini izlədiyini, bu ali təhsil müəssisəsinin əldə et-
diyi nailiyyətlərlə bağlı Sudanda da məlumat verəcəyini bildirdi. Səfir öz
qızının da ATU-nun II müalicə-profilaktika fakültəsində təhsil aldığını,
buradakı təhsilin səviyyəsindən məmnun qaldığını bildirdi.
Görüş zamanı tərəflər Tibb Universiteti ilə Sudan arasında tələbə
mübadiləsinin reallaşdırılmasının vacibliyindən də danışdılar. Bu haqda
ilkin razılıq əldə olundu. Görüşdə ATU-nun elmi işlər üzrə prorektoru
İbrahim İsayev, beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Rəhimə Qabulova,
xarici tələbələrlə iş üzrə dekan Gülər Seyidova, dekan müavini Niyazi
Hacıyev iştirak ediblər.
Dünən Fələstin hökumətinin Azərbaycandakı səfiri Nasser
Abdul Kareem A. Raheem Azərbaycan Tibb Universitetində
qonaq olub. ATU-nun rektoru, akademik Əhliman Əmiraslanovla
görüşən səfir bundan əvvəl də Tibb Universitetində olduğunu
deyib: “Sizləri özümə dost bilirəm, Azərbaycanda bu cür yüksək
səviyyəli təhsil ocaqlarının mövcudluğuna çox sevinirəm”.
Ə.Əmiraslanov qonağa ATU-nun yaranma tarixi, bu təhsil-tədris
mərkəzindəki klinikalar, onların fəaliyyət istiqamətləri haqqında
ətraflı məlumat verib. Rektor həmçinin Azərbaycan dövlətinin elm
və təhsilə olan diqqəti, ölkəmizdə tibb sahəsində aparılan isla-
hatlar haqqında danışıb. Görüşün sonunda qarşılıqlı əməkdaşlıq
məsələləri müzakirə olunub.
Fevralın 20-də Tədris Terapevtik Klinikada Azərbaycan Tibb
Universitetinin iştirakçısı olduğu, Avropa Komissiyası Erasmus
Mundus Proqramının 2013-cü ilin noyabr ayında start götürmüş
MEDEA layihəsi üzrə növbəti məlumat günü keçirilmişdir. Universi-
tetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Rəhimə Qabulova
Avropanın 10 universiteti ilə tibb, əczaçılıq, stomatologiya, səhiyyənin
təşkili, tibb bacısı təhsili kimi sahələrdə tələbə, magistr, müəllim,
doktorant mübadiləsi imkanları haqda ətraflı məlumat vermiş, bu
proqramın tələbələr və magistrlər üçün geniş imkanlar açdığı bir daha
vurğulanmışdır. Görüşdə ATU-nun müxtəlif fakültələrində bakalavr
və magistr pillələrində təhsil alan tələbələr iştirak etmişlər. Tədbirin
sonunda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
MEDEA proqramı haqda məlumatı əlavə olaraq, layihənin saytından
almaq mümkümdür:
http://www.ema2-medea.com
. Suallarla ATU-
nun beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərsiniz. Facebook
səhifəmiz AMU ERASMUS MUNDUS.
ATU-nun mətbuat xidməti
təşkili Qaydaları»nın təsdiq edilməsi
haqqında Azərbaycan Respublika-
sı Nazirlər Kabinetinin 2010-cu il
18 mart tarixli 50 nömrəli qərarında
dəyişiklik edərək adı gedən Qaydala-
rı yeni redaksiyada təsdiq etdiyini xa-
tırladan natiq bildirdi ki, Azərbaycan
Respublikası Təhsil naziri «Аli
təhsil müəssisələrinin bakalavri-
at və magistratura səviyyələrində
kredit sistemi ilə tədrisin təşkili
Qaydaları»nın icrası məqsədilə 21
yanvar 2014-cü il tarixli 40 nömrəli
əmr imzalamışdır. Əmrə əsasən
indiyə qədər icrada olan kredit sis-
temi ilə tədrisin təşkili və biliyin
çoxballı qiymətləndirilməsinə dair
iki Əsasnamə qüvvədən düşmüş-
dür. Cari semestrdən isə yeni Qay-
daların icrası -məqsədilə ali təhsil
müəssisələri qarşısında bir sıra
vəzifələr qoyulmuşdur.
«Аli təhsil müəssisələrinin bakalav-
riat və magistratura səviyyələrində
kredit sistemi ilə tədrisin təşkili
Qaydaları»nın tətbiqi və Təhsil naziri-
nin müvafıq əmrinin icrası məqsədilə
universitet rektoru 30.01.2014-cü il
tarixli 36/T nömrəli əmr vermişdir.
Əmrdə fakültə dekanlarına, tədris
hissəsinə müəyyən tapşırıqlar ver-
mişdir. Yeni Qaydaların öyrənilməsi,
fakültə və kafedralara paylanılması,
tələbələrin tanış edilməsi və icrasına
nəzarət əmrdə öz əksini tapmışdır.
Sözünə davam edən S.Əliyev dedi
ki, bütün bunlarla yanaşı ölkə Pre-
zidentinin «Şəffaflığın artırılması və
korrupsiyaya qarşı mübarizə üzrə
milli strategiyanın təsdiq edilməsi
barədə» Sərəncamına müvafıq
olaraq ölkənin təhsil sferasında, о
cümlədən ali təhsil müəssisələrində
də geniş miqyaslı tədbirlər həyata
keçirilir, tədris proqramına müəyyən
dəyişikliklər edilərək təlim aparılır.
Qış imtahan-məqbul sessiyasının
nəticələrini diqqətə çatdıran prorek-
tor bildirdi ki, klassik qaydada im-
tahan verən tələbələr 2384 (keçən
il 6072) halda imtahanda iştirak et-
miş, 322-13,5% (keçən il 627-10,3%)
halda imtahana gəlməmiş, 24-1,1%
(keçən il 304-5%) halda isə imtaha-
na buraxılmamışdır.
Bundan başqa kredit sistemi
üzrə 35603 (keçən il 27599) halda
tələbələr imtahanda iştirak etmiş,
7613 (keçən il 3781) halda “əla”,
11446 (keçən il 8659) halda “çox
yaxşı”, 7809 (keçən il 7506) halda
“yaxşı”, 4372 (keçən il 4344) halda
“kafi”, 1829 (keçən il 1670) halda
“qənaətbəxş”, 382 (keçən il 377)
halda “qeyri-məqbul” əldə olunmuş,
1014 (keçən il 560) halda tələbə
imtahanda iştirak etməmiş, 1138
(keçən il 702) nəfər isə imtahana bu-
raxılmamışdır.
Klassik qaydada aparılan imtaha-
nın nəticələrinə görə 433 (18,1%) hal-
da “əla” (keçən il 15,2%), 987 (41,4%)
halda “yaxşı” (keçən il 40,1%), 488
(20,5%) halda “kafi” (keçən il 24,3%)
və nəhayət 130 (5,4%) halda “qeyri-
kafi” (keçən il 5,1%) qeyd edilmişdir.
Rəqəmlərə fikir versək, keçən ilin
müvafiq dövrü ilə müqayisədə klas-
sik qaydada imtahan verənlər arasın-
da “əla”ların 2,9% çoxaldığını, aka-
demik borcu qalan tələbələrin 0,5%
azaldığını görərik. Akademik borcun
böyük bir qismini- (13,5%) imtahana
gəlməyənlər təşkil etmişdir.
O, test üsulu ilə kompyuterlərlə
aparılan imtahanların kəmiyyət,
xüsusən də keyfiyyət göstəricilərinin
xeyli yaxşılaşdığını söyləyərək dedi
ki, bu üsul öz obyektivliyi, şəffaflığı,
ədalətli olması, tələbələr üçün
bərabər şəraitin yaradılması, sub-
yektiv təsirlərin aradan qaldırılma-
sı, ictimai rəyin müsbət istiqamətdə
dəyişməsi ilə fərqlənir.
Bu sistem üzrə ilkin mənimsəmə
göstəricisi - 76,1% (keçən il 82,1%),
keyfıyyət göstəricisi isə 42,2%
(37,5%) təşkil edir. Rəqəmlərdən
aydın olur ki, ilkin mənimsəmə
göstəricisi 6,0% azalmış, keyfıyyət
göstəricisi isə 4,7% yüksəkdir.
Bununla yanaşı kompyuter va si-
təsilə test üsulu ilə aparılan imtahan-
ların təkmilləşdirilməsinə də ehtiyac
vardır. Belə ki, tərtib edilən testlərin
düşündürücü olması, onlara situa-
siya məsələlərinin daxil edilməsi,
tapmaca, əzbərləmə elementlərinin
aradan götürülməsi və s. əsas
məsələlərdən biri test suallarının
tələbələrə verilib, ya verilməməsi
işidir. Bu geniş müzakirə olunma-
lıdır. Ya testlərin miqdarı artırılma-
lıdır və ya imtahana qısa müddət
qalmış tələbələrə müəyyən sayda
cavabsız test sualları verilməlidir.
Bunundan baçqa semestr boyu isə
təməl və ixtisas fənləri üzrə peşə
fəaliyyəti üçün vacib olan bilik və
bacarıqların mənimsənilməsi təmin
edilməli və qiymətləndirilməlidir. Na-
tiq onu da vurğuladı ki, kredit siste-
mi ilə təhsil alan təbbələrin biliyinin
qiymətləndirilməsi haqqında yeni
Əsasnamə hazırlanır. Lakin yeni
Əsas naməyə qədər köhnə Əsas-
namə öz qüvvəsində qalır.
Kredit sistemi ilə təhsil alan tə-
ləbələr kompyuterlə test üsulu ilə
apa rılan imtahanların nəticələrinə
görə 72 appelyasiya müraciət
olun muşdur. Müraciətlərdən 44-ü
əsassız hesab edilmiş, yalnız 28 hal-
da ekspertlərin rəyinə görə müraciət
əsaslı hesab edilmşdir. Bu testlərə 2
eyni cavabın olması ilə əlaqədardır.
Qış imtahan-məqbul sessiyası-
nın gedişi daimi olaraq universitet
rəhbərliyinin xüsusi nəzarətində
olmuşdur. İmtahanların gedişi za-
manı universitetin rektoru akademik
Ə.Əmiraslanov şəxsən özü və onun
tapşırığı ilə tədris işləri üzrə prorek-
tor və dekanlar imtahanların gedisi
zamanı imtahan zalında və imtahan
zalından kənarda tələbələrlə görüş-
müş, həmçinin kafedralarda olmuş,
tələbələrin cavabları, ümumiyyətlə
imtahanların təşkili ilə maraqlanmış-
lar. S.Əliyev çıxışının sonunda istər
dekanlıqların, istərsə də kafedrala-
rın və professor-müəllim heyətinin
bu sahədə görəcəyi işlərin hələ çox
olduğunu, qeyd edərək kafedraların
maddi-texniki bazasının ilbəil yax-
şılaşması, yeni dərsliklərin və dərs
vəsaitlərin nəşr olunması, professor-
müəllim
heyətinin
keyfiyyətcə
yeniləşməsinə baxmayaraq tədrisin
nəticəsi ona uyğun gəlmir.
Ona görə də universitetdə çalı-
şan aparıcı mütəxəssislərin tədrisin,
tədris-metodik işin təşkili və yaxşılaş-
dırılmasında aktiv iştirak edəcəyinə
əminliyini bildirdi.
Kafedra müdirləri Eldar Qası-
mov, Amalya Əyyubova, Əlihüseyn
Hidayətov və Ədalət Həsənov çı-
xış ların da hesabatı qənaətbəxş
qiy mətləndirdilər.
Onlar
kredit
sis teminin üstün və çatışmayan
cəhətlərindən danışaraq testlərin
təkmilləşdirilməsinə dair təkliflərini
söylədilər.
Əhliman Əmiraslanov müzakirələ-
rə yekun vuraraq çıxışlarda səslənən
fikirlərə və irəli sürülən təkliflərə
öz münasibətini bildirdi: “Həmişə
demişəm, yenə təkrar edirəm ki,
kredit sisteminin tətbiqi, imtahanla-
rın kompyüterlə aparılması hələlik
ən optimal variantdır. Təbii ki, yeni
bir üsulu təcrübəyə tətbiq edəndə
ümumi nəticələrə mənfi təsir
göstərən amillər də ortaya çıxır. Bu
elə sistemdir ki, daim nəsə əlavə
edilməlidir. Mən elə hesab edirəm ki,
indi testlərin sayını bir az da artırib
sualları isə mürəkkəbləşdirmək la-
zımdır. Əgər hər hansı bir yeni təklif
varsa onu da nəzərdən keçirməyə
hazırıq”.
Müxtəlif məsələlərdən söhbət
açan rektor bildirdi ki, universite-
tin dekanlıq və şöbələrində ictimai
əsaslarla çalışan bəzi kafedra əmək-
daşları var ki, onlar işlərinin çox
olma sından gileylənirlər. Əgər do-
ğurdan da onlar bu işləri yetərincə
apara bilmirlərsə həmin vəzifələrə
yenilərinin götürüləcəyi barədə də
xəbərdarlıq etdi.
Rektor onu da məlumat verdi ki,
əməkdaşlara ayrılan vəsaitin miqda-
rının artırılacağı da nəzərdə tutulub .
Böyük Elmi Şura müsabiqə
məsələlərini həll etməklə işini yekun-
laşdırdı.
Dostları ilə paylaş: |