Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə22/79
tarix03.06.2023
ölçüsü1,56 Mb.
#124157
1   ...   18   19   20   21   22   23   24   25   ...   79
1 Azərbaycan dili-Kurikulum 2013

 
3. Yazı 
Şagird:
3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir. 
3.1.1. Mövzuya uyğun müxtəlif tipli (nəqli, təsviri, mühakimə) mətnlər yazır. 
3.1.2. Sitatlardan istifadə etməklə fikir və mülahizələrini qüvvətləndirir. 
3.1.3. Mətnin hissələri, abzaslar və cümlələr arasında əlaqəni gözləməklə yazıya 
düzəlişlər edir.


3.1.4. Müxtəlif əməli yazılar (arayış, protokol) yazır. 
 
4. Dil qaydaları 
Şagird:
4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir. 
4.1.1. Sadə cümlənin növlərini fərqləndirir. 
4.1.2. Söz və söz birləşmələrinin sintaktik vəzifəsini müəyyən edir. 
4.1.3. Həmcins üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı durğu işarələrindən isti-
fadə edir. 
4.1.4. Həmcins üzvlərdə şəkilçilərin yazılış qaydalarına əməl edir.
 
IX sinif 
 
IX sinfin sonunda şagird:

dinlədiyi fikirlərə münasibət bildirir və onları ümumiləşdirilmiş şəkildə 
təqdim edir; 

tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərh edir; 

mətni müvafiq intonasiya ilə oxuyur;

irəli sürülmüş əsas fikirləri dəyərləndirir; 

müxtəlif tipli (nəqli, təsviri, mühakimə) və formalı (inşa, esse, hekayə) 
yazılar yazır, təkmilləşdirir; 

müxtəlif əməli yazılar (hesabat, akt) yazır; 

sözləri müxtəlif sintaktik vəzifələrdə işlədir, mürəkkəb cümlənin növlərini 
müəyyənləşdirir; 

mürəkkəb cümlədə, vasitəsiz nitqdə durğu işarələrindən istifadə edir;

orfoqrafiya və düzgün yazı qaydalarına əməl edir.
 
Məzmun xətləri üzrə əsas və alt-standartlar 
 
1. Dinləyib-anlama və danışma 


Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir. 
1.1.1. Danışanın mövzuya münasibətini müəyyən etmək üçün tədqiqat xarakterli 
suallar verir.
1.1.2. Dinlədiyi fikirlərə münasibət bildirir. 
 
1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir. 
1.2.1. Dil vahidlərindən məqsədyönlü istifadə etməklə müxtəlif formalı mətnlər 
qurur. 
1.2.2. Müxtəlif tipli rabitəli nitq nümunələri qurur. 
1.2.3.Nitq prosesində danışığı (səs seçimi, səsin ucalığı, hiss, ton) ilə ifadə tərzini 
(pauza, jest, mimika) uzlaşdırır. 
1.2.4. Ümumiləşmiş fikirləri yığcam şəkildə təqdim edir. 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin