Dezinfektologiya



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə19/27
tarix10.06.2023
ölçüsü0,51 Mb.
#128251
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   27
№4 Dezinfektologiya-İSF -4-Az

Qeyri-üzvi birləşmələr – boraks (bura) və borat turşusu bağırsaq zəhərlərinə 
aiddir. Borat turşusu – ağ rəngli narın kristallik tozdur, tarakanlarla mübarizədə 
işlədilir, az təhlükəli maddələrə aiddir. Tərkibində alfa – çipermetrin, 0,05% bayteks 
və borat turşusu olan yeni nəsil universal dust – BAF işlənib hazırlanmışdır. Bu 
vasitə müxtəlif kateqoriyalardan olan obyektlərdə məişət həşəratları ilə mübarizə 
məqsədilə hazırlanmışdır. 
Boraks (bura) – borat turşusunun natrium duzudur, bu rəngsiz krisstaldır, suda 
yaxşı həll olur. Tarakan və ev qarışqaları ilə mübarizədə yemlərin hazırlanmasında 
istifadə olunur. Orta təhlükəli maddələrə aiddir.
 Hidrazon törəmələri – hidrameterilion son illərdə sintez olunmuşdur. 
Bu,bağırsaq təsirli insektisiddir. Hidrametilion - kristallik maddədir, üzvi 
həlledicilərdə həll olur. İşıqda tezliklə parçalanır, qablaşdırmada saxladəqda tərkibi 
dəyişmir. Az təhlükəli maddələrə aiddir. TM cəlbedici qida yemlərinin tərkibinə 
yeridilir, onlar isə xüsusi disklərə, konteynerlərə yerləşdirilir. Həşaratların sayı 7-10 
sutkadan sonra azalır. Qoyulmuş yemlərin affektiv təsir müddəti 3 aydan çox 
deyildir. Alstar 7 gün ərzində tamamilə qarışqa yuvalarını və tarakanların 
sığınacaqlarını məhv edir. Qida sənayesi müəssisələrində, uşaq müəssisələrində, 
mənzilərdə,ofislərdə, bütün nəqliyyat növləridə istifadəsi tövsiyə olunur. 
Flüorsulfanamidlər – da yeni TM-dir., bağırsaqla təsir göstərən insektisidlərə 
aiddir. O, kristallik maddədir, suda həll olur. Aztəhlükəli maddələr sinfinə aiddir. 
Alstar, flüoqard, volkano cəlbedici yemlərin tərkibinə daxildir.
Fumiqantlar – kimyəvi birləşmlərin müxtəlif qruplarından olan vasitələrdir, 
onların təsir mexanizmi kimyəvi quruluşlarından asılıdır. Kükürd anhidridi, bromlu 
etil, etilen oksidi və s. buğumayaqlıların tənəffüs yolları vasitəsilə təsir göstərir.
Repellentlər – kimyəvi birləşmələr olub buğumayaqlıları məhv etməyən
yalnız onları hürküdən insektisidlərdir. Ağcaqanadlar və digər qansorucu həşaratlarla 
mübarizədə profilaktik və qırıcılıq tədbirləri ilə yanaşı repellentlərdən geniş istifadə 
olunur. Repellent kimi əsasən nisbətən uzun müddət təsir göstərən sintetik maddələr 
istifadə olunur.
Keçiricilərin hücumundan qorunmaq üçün fərdi və kütləvi müdafiə vasitəsi 
kimi ən effektiv repellentlərə hazırda DETA, Dimetilftalat, DEKSA aiddir. DETA və 
Dimetilftalat preparatlarının əsasında çoxlu sayda müxtəlif vasitələr hazırlanmış və 
praktikada istifadə olunur: “ Akrozol”, “Akroflat”, “Arnet”, “Belzamid”, “Reftamid”, 
“Tayqa” “Ultraton”, “Ftalar”(krem), “Evkalat”(krem) və s.
Tərkibində di-etil-toluamid (DETA) olan preparatlar geniş tətbiq edilir. TM 
suda həll olmur, üzvi həlledicilərin əksəriyyəri ilə qarışır.


18 

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin