Dezinfektologiya


Buxar dezinfeksiya kameraları



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə21/27
tarix10.06.2023
ölçüsü0,51 Mb.
#128251
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   27
№4 Dezinfektologiya-İSF -4-Az

Buxar dezinfeksiya kameraları – silindr formasındadır. Təsiredici agent təzyiq 
altında yuxarıdan verilən buxardır. Onlarda dezinfeksiya doymuş buxarla normal 
atmosfer təzyiqində və ya yüksək 0,2 -0,5 atmosfer təzyiqi altında aparılır. Buxarla 
dezinfeksiya (dezinseksiya) kameralarında müxtəlif çeşiddə geyim əşyaları, yataq 
ləvazimatı, yumşaq mebel üstü əşyalar, təsərrüfat və məişət əşyaları zərərsizləşdirilir. 
Xüsusi təhlwkəli infeksiayaların törədiciləri ilə çirklənmiş paltar, ayaqqabı və digər 
obyektlərin dezinfeksiyası qüvvədə olan “Taun, vəba, manqo, meloidoz, təbii çiçək, 
qarayara, tulyaremiya, bruseluoz törədiciləri ilə yoluxmuş və ya çirklənmə ehtimalı 
olan materiallarla təmas zamanı əksepidemik iş rejimi izrə təlimat”a əməl etməklə 
həyata keçirilir. Əşyaların buxar metodu ilə zərərsizləşdirilməsinin bəzi 
çatışmamazlıqları vardır:
- xəz, dəri və bəzi sintetik ə.yalar tam zərərsizləşdirilmir; 
- pmbıq-parça və yun paltarların dözümlülüyü aşağə düşür; 
- davamsız rənglərə boyanmış parçalar rəngsizləşir;
Bunula belə, buxar-hava metodu praktikada müvəffəqiyyətlə tətbiq olunur və iqtisadi 
– cəhətdən daha sərfəli olan buxar-formalin kameralarına üstünlük verilir. Hazırda 
Kruipin kameralar buraxılır ki, onlarda buxar – formalin metodu ulə dezinfeksiya 
aparmağa uyğunlaşdırılmışdır.
Buxar –formalin kameraları – bu kameralarda buxar-formalin və ya hava 
metodu ilə müxtəlif əşyalar: geyim - yataq ləvazimatı, yumşaq inventar, dəri və xəz 
məmulatları, sintetik materiallar, məxmər ipək, sənaye xammalı və s. zərəsizləşdirilir. 
Buxar-formalin metodunda təsiredici agent – buxar – hava qarışığı qaz-formaldehidlə 
birgə t=42-59C arasında təsir etməklə aparılır.
Buxar hava metodunda təsiredici agent- nəmləşdirilmiş isti havadır. 
Dezinfeksiya 80-97C, dezinseksiya 49-57 və 80C temperaturda aparılır. Buxar-


20 
formalin və buxar-hava metodu ilə işlədikdə nisbi rütubət 80%-dən yüksək olmalıdır. 
Nisbi rütubətin təyin edilməsi üçün kamera 2 termometrlə - quru və yaş ilə təhciz 
olunmuşdur. Onların göstəricilərinin müqayisəsi ilə kamerada nisbi rütubət müəyyən 
edilir. Yaş və quru termometrin göstəricilərindəki fərqlər 40C-dən kiçik olduqda 
termometrin göstəricilərindəki fərqlər 4C-dən kiçik olduqda nisbi rütubəti norma 
hüdudunda hesab etmək lazımdır.
Buxar-formalin metodunda 3 amil: buxar, hava, formaldehid təsir göstərir. 
Kamerada əsas istilik daşıyan – buxardır, əşyaları verilən temperatura qədər 
qızdıraraq kimyəvi maddə - formaldehidlə zərərsizləşdirirlər. Buxar-formalin 
kameralarında əşyalar qeyri-bərabər qızdırılır. Bu zaman əşyalarda temperatur xarici 
termometrin göstəricisindən 5-7C yüksək olur. Hazırda müxtəlif model stasionar 
buxar-formalin kameraları buraxılır. Bu kameraların əsas xüsusiyyəti isə formalin 
buxarlandırılmasıdır. Buxar-formalin kameraları xüsusi kameralardan, buxar 
qızdırıcısından, formalin buxarlandırılması və ya püskürdülməsi üçün qurğudan, ölçü 
cihazlarından ibarətdir.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin