20
formalin və buxar-hava metodu ilə işlədikdə nisbi rütubət 80%-dən yüksək olmalıdır.
Nisbi rütubətin təyin edilməsi üçün kamera 2 termometrlə - quru və yaş ilə təhciz
olunmuşdur. Onların göstəricilərinin müqayisəsi ilə kamerada nisbi rütubət müəyyən
edilir. Yaş və quru termometrin göstəricilərindəki fərqlər 40C-dən kiçik olduqda
termometrin göstəricilərindəki fərqlər 4C-dən kiçik olduqda nisbi rütubəti norma
hüdudunda hesab etmək lazımdır.
Buxar-formalin metodunda 3 amil: buxar, hava, formaldehid təsir göstərir.
Kamerada əsas istilik daşıyan – buxardır, əşyaları verilən temperatura qədər
qızdıraraq kimyəvi maddə - formaldehidlə zərərsizləşdirirlər. Buxar-formalin
kameralarında əşyalar qeyri-bərabər qızdırılır. Bu zaman əşyalarda temperatur xarici
termometrin göstəricisindən 5-7C yüksək olur. Hazırda müxtəlif model stasionar
buxar-formalin kameraları buraxılır. Bu kameraların əsas xüsusiyyəti isə formalin
buxarlandırılmasıdır. Buxar-formalin kameraları xüsusi kameralardan, buxar
qızdırıcısından, formalin buxarlandırılması və ya püskürdülməsi üçün qurğudan, ölçü
cihazlarından ibarətdir.
Dostları ilə paylaş: