Neopinamin – üzvi həlledicilərdə yaxşı həll olur. Dəri qıcıqlandırır, gözün
selikli qışasını azacıq qıcıqlandırır. Məməlilər üçün az toksikidir. İnsektesid aktivliyi
piretruma nisbətən yüksəkdir. Həşaratlarda tezliklə iflic törədir ki, bu da
geriyədönəndir. Preparat işığa adavamsızdır, müxtəlif sahələrdə qalıq təsiri 10
sutkadan çox sürmür.
Çipermetrin - güclü insektesid vasitədir. Özlü maye olub əksər üzvi
həlledicilərdə və suda yaxşı həll olur. Mülayim qııcıqlandırıcı təsiri vardır.
Kumulyativ xüsusiyyətləri praktik olaraq yoxdur. Emulsiyaya çevrilən konsentrat,
islanan tozlar, həblər, aerozol ballonları, laklar və s. şəklində buraxılır. Tarakan, birə,
taxtabiti, milçəklərin məhvi üçün yararlıdır.
Fosfor – üzvi birləşmələr (FÜB) – tibbi dezinseksiya təcrübəsində geniş
istifadə olunur. FÜB fosfor efiri və fosfor turşusu qrupunu təmsil edir. FÜB-ün
üstünlüyü geniş spektrli insektisid təsirə, xarici mühit obyektlərində az davamlı
olması, yəni sürətlə parçalanmasıdır. Bu qrupdan olan bir çox insektisidlərin
çatışmayan cəhətləri - məməlilər üçün yüksək dərəcədə kəskin toksik olması,
zədələnmiş dəridən daxil olma qabiliyyəti və zəhərlənmələrə səbəb olması,
buğumayaqlılarda onlara qarşı rezistentliyin formalaşması sayılır. Praktik olaraq
bütün FÜB suda həll olmurlar, emulsiya konsentrantları, islanan tozlar, dustlar və s.
şəklində tətbiq edilirlər. Preparat geniş spektrli insektisiddir, buğumayaqlıların əksər
növlərinin məhv edilməsi üçün işlədilir.
Karbofos – rəngsiz mayedir. “Karbofos” 4 %li toz şəklində buraxılır. Suda və
üzvi həlledicilərdə həll olur. Orta dərəcəli təhlükəli maddələrə aiddir. Preparat geniş
spektrli insektesiddir, buğumayaqlıların əksər növlərinin məhv edilməsi üçün
16
işlədilir. Həmçinin yüksək insektisid və ovosid fəallığa malikdir, ona görə də onu
bitlər və sirkələrlə mübarizədə tətbiq edirlər, milçəklər, ağcaqanadlar və onların
sürfələri, iksod gənələri ilə mübarizədə istifadə edirlər.