Dezinfektologiya



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə16/27
tarix10.06.2023
ölçüsü0,51 Mb.
#128251
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   27
№4 Dezinfektologiya-İSF -4-Az

Təmas insektisidləri – xarici örtüklərlə bilavasitə təmasda olduqda həşaratları 
öldürür, bu preparatlar daha geniş istifadə edilir. Bu zaman təmas insektisidləri 
buğumayaqlıların xarici örtüklərinə təsir göstərərək, kutikula vasitəsilə onların 
orqanizminə nüfuz edirlər.
Təsir göstərən maddəyə müvafiq olaraq, kimyəvi dezinseksiya vasitələri 
aşağıdakı qruplara bölünürlər: piretrinlər və piretroidlər, fosfor –üzvi birləşmələr, 
karbamatlar, qeyri – üzvi duzlar və s.
Piretinlər – bitki mənşəli insektisidlərdir, onları müxtəlif həşaratlarla 
mübarizədə istifadə edirlər. “Piretrum” bozumtul – yaşıl tozdur, qafqaz 


15 
çobanyastığının çiçəklərindən hazırlanmışdır. Preparatın tərkibində olan piretrinlər 
bir çox buğumayaqlılara təsir göstərir. Zərəsizləşdirilən səthlər və paltarlar onlarla 
işlənir, preparatın qalıq təsiri 2 sutka ərzində saxlanır. Preparat əşyaları korlamır, 
insanlar üçün toksiki deyildir.
Piretoidlər – sintetik preparatlar olub təbii insektisid olan piretrinlərin 
analoqlarıdır. Piretrin işıqda , havanın yüksək temperaturunda, rütubətin təsiri altında 
parçalanır. Piretroidlərin təsiri seçicidir, onlar buğumayaqlıların əksəriyyətinə qarşı 
effektivdir, məməlilər üçün az toksikidir, xarici mühitdə tezliklə parçalanır, digər TM 
ilə birlikdə işlədilə bilər. Piretroidlər təmas təsirli zəhərlidir, buğumayaqlıların sinir- 
əzələ sistemini iflic edir. Piretroidlərin fərqləndirici əlaməti müxtəlif dərəcədə ifadə 
olunan nokdaun effektidir.
Deltametrinin - əsasında geniş spektrli təsirə malik insektisidlər 
hazırlanmışdır. Deltametrin üzvi həlledicilərdə yaxşı həll olur, işıqda davamlıdır. 
Müxtəlif səthlərdə insektisid aktivliyini yarım il daha çox müddətdə saxlayır. Onun 
aktivliyi neopinamdan 10 dəfə çoxdur. Bu vasitələrin hamısını tək tibbi 
dezinseksiyada yox, həm də əhali arasında işlətməyə icazə verilir. 

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin