Dezinfektologiya



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə24/27
tarix10.06.2023
ölçüsü0,51 Mb.
#128251
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   27
№4 Dezinfektologiya-İSF -4-Az

Aqrotexniki tədbirlər – açıq stasiyalarda gəmiricilərin yaşaması və çoxalması 
üçün qeyri - əlverişli şəraitin yaradılmasının ən effektiv vasitələrdən biri sayılır. Bu 
tədbirlər onların sayının xeyli dərəcədə azalmasına və gəmiricilər arasında 
epizotiyaların qarşısının alınmasına, deməli, insan üçün epidemioliji təhlükəsinin 
zəifləməsinə gətirib çıxarır. Aqrotexniki tədbirlər əsasən kənd yerlərində gəmiricilrin 
çoxalmasının qarşısını almağa yönəldilmişdir, bu tədbirlər sırasında kənd təsərrüfatı 
məhsullarının vaxtlı – vaxtında yığılması çox vaclbdir.
Qırıcılıq tədbirləri – müxtəlif növ gəmiricilərin məhv edilməsi üzrə işin 
daima aparılmasını nəzərdə tutur. Burada əsas məqsəd gəmiricilərin populyasiyasının 
sayını azaltmaqdır. Təəssüf ki, müasir qırıcılıq vasitələri müəyyən bir yerdə 
gəmiriciləri tam məhv etməyə imkan vermir. Ayrı-ayrı obyektlərdə seçmə üsulla 
aparılan deratizasiya davamlı effekt verə bilməz, belə ki, orada yenidən gəmiricilərin 
sürətlə məskunlaşması mümkündür. 
Gəmiricilərin məhv edilməsi zərərsizləşdirilən obyektdən asıı olaraq müxtəlif 
metodlarla: mexaniki, kimyəvi, bioloji metodlarla aparılır.
Bioloji metod – heyvanlardan və gəmiricilər üçün patogen, insan üşün isə 
təhlükəsiz olan bakterioloji kulturalardan istifadəni nəzərdə tutur. Bioloji metodda 
gəmiricilərin təbii düşmənləri ilə mübarizə aparılır: itlər, pişiklər, vəhşi məməlilər, 
quşlar. 
Mexaniki metodçoxdan tətbiq edilir, o, insan üçün nisbətən təhlükəsizdir: 
gəmiricilərin tutulması mexaniki qurdların vasitəsilə, adah çox isə kimyəvi metodla 
bir kompleksdə aparlır. Uşaq müəssisələrində gəmiricilərin qırılması məqsədilə fiziki 
metoddan daha geniş istifadə edilir. Mexaniki metodda müxtəlif quruluşlu tələlər, 
qarmaqlar və ya duzaqlar istifadə olunur. Mexaniki ov alətlərini, həmçinin
gəmiricilərin sayını bilmək və aparılan deratizasiya tədbirlərinin effektivliyinimüəyən 
etmək üçün işlədilir. Gəmiricilərlə mübarizədə müxtəlif tələlərdən istifadə edirlər. 
Mexaniki vasitələrə yapışan kütləni, o cümlədən gəmiriciləri tutmaq üçün xüsusi 
yapışqanları aid etmək lazımdır. Deratizasiya vaxtı obyektdə qida məhsullarının 
hamısını gəmiricilər üçün əlçatmaz olan taralarda saxlamaq lazımdır. Gəmiricilərin 
cəsədlərini 30 dəq.ərzində 10%-li lizol məhluluna salır, sonra 75 sm dərinlikdə 
quyuya yerləşdirilir, üzərinə quru xlorlu əhəng tökür və üstünü basdırırlar.
Kimyəvi metod – daha effektiv və yayılmış üsulldur, zəhərlərin – 
rodentisidlərin istifadə edilməsinə əsaslanməşdır. Gəmiricilərin qırılması məqsədilə 
tətbiq edilən kimyəvi preparatlar “ratisidlər” və ya “rodentisidlər” adlanırlar. Onları 
qida tələ yemləri şəklində müxtəlif məhsullarla birgə istifadə edərək gəmiricilərin 
yuvalarına və getdikləri cığırlara, suya püskürdür və ya yuvaları , anbarları, vaqonları 
və gəmiləri qaz üsulu ilə işləyirlər. Rodentisidlər bağırsaq zəhərləri və fumiqantlar 
kimi göstərirlər.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin