Fumiqantlar: Kükürd anhidridi – metal balonlarda buraxılır və gəmiricilərin
yuvalarının qaz üsulu ilə işlənməsi zamanı istifadə edilir.
Xporpikrin – rəngsiz mayedir, otaq temperaturunda açıq havada asanlıqla
buxarlanır. Preparatı gəmiricilərin yuvalarına tamponlar, ağac qırıntıları, qumla daxil
edirlər. Bundan sonra yuvaların ağzı bağlanır.
Metilbromid – rəngsiz qazdır, onun buxarları zərəsizləşdirilən yerlərdə yaxşı
yayılır, boyaları, parçaları, metalları parçalamır.Preparat gəmi və təyyarələrdə qaz
üsulu ilə deratizasiyada istifadə olunur.
Sinil turşusunun preparatları – “Siklon”(B və D) - ən güclü fumiqantlardır,
insan üçün son dərəə toksikidirlər, ona görə də gözyaşardıcı siqnalizatorla qarışıq
şəklində buraxılır.
Gəmiricilərin qırılması rodentisidlərin vasitəsilə aparılarsa, bu zaman onların
ekoloji – bioloji xüsusiyyətlərini nəzər almaq lazımdır. İybilmə və dadbilmə
24
qabiliyyətləri gəmiricilərdə, xüsusən də siçovullarda çox inkişaf etmişdir, omlar yeni
əşyalar çox ehtiyatla yanaşırlar.
Deratizasiyada işlədilən kimyəvi preparatlar olduqca sabitdirlər. Buda onları
nəinki uzun müddət saxlamağ, həm də davamlı və yüksək nəticə almağa imkan
yaradır. Deratizasiya üçün əsasən sintetik preparatlardan istifadə edirlər. Sintetik
preparatlar kəskin və ya xroniki təsir göstərə bilərlər. Kəskin təsirli zəhərlər 1 doza
qəbul edildikdə nisbətən qısa müddət ərzində zəhərlənməyə səbəb olurlar. Xronik
təsirli zəhərlə kiçik dozalarda müntəzəm işlədildikdə baş verən zəhərlənmə ləng
inkişaf edir. Bu preparatlar, bir qayda olaraq heyvanların orqanizmində toplanır və
tədricən müxtəlif patoloji dəyişikliklərə gətirib çıxarır.
Təcrübədə sinantrop gəmiricilərlə mübarizədə həmçinin repellentlərdən
istifadə edirlər, onlar burun-udlaq və tənəffüs yollarının selikli qışasını
qıcıqlandırırlar. Bu preparatlarla müxtəlif materialların işlənməsi və ya naqillərin
plastik örtüyünə onların yeridilməsi obyektlərin gəmiricilər tərəfindən
korlanmasından qoruyur və orada məskunlaşmasının qarşısını alır. Repellentləri
heyvanlara müxtəlif təsir vasitələrinin işlədilməsindən sonra tətbiq etmək olar,
bununla alınmış effekt daha da möhkəmlənir.
Ultrasəs vasitəsilə gəmiricilərin hürküdülməsi – ultrasəs qurğusu gəmiricilərin
taxıl anbarlarında, dəniz və çay gəmilərində hürküdülməsi məqsədi ilə işlədilir.
Qurğu elektrik şəbəkəsində qidalanır. O, insan və ev heyvanları üçün təhlükəsizdir.
Elektrik cihazlarının işinə mane olmur.
Deratizasiyanın ilkin mərhələsi obyektin müayinəsini, qırıcılıq tədbirlərinin
aparılmasına hazırlığı, işin həmçinin müəyyən edilməsini, işçi qüvvəsinin və sərf
olunan materialın miqdarının hesablanmasını nəzərdə tutur. İkinci mərhələ - məhz
qırıcılıq tədbirlərinin həyata keçirilməsi, yekun mərhələ isə - onların keyfiyyətinin və
effektivliyinin təyin edilməsidir.
Deratizasiyada işlədilən preparatlar zəhərlə işlənmiş qida cəlbedici yemləri və
zəhərlə işlənmiş maye cəlbedici yemlərinin tərkibində püskürtmə, qazasiya yolu ilə
tətbiq olunur. Bu üsullardan hər birinin özünəməxsus xüsusiyyətləri və əsas tətbiq
sahəsi vardır. Zəhərlə işlənmiş qida cəlbedici yemləri deratizasiya praktikasında daha
tez – tez istifadə edilir. Gəmiricilərə qida kütləsi və zəhərdən ibarət olan qarışıq
verilir.
Hazırda dünyanın bir çox ölkələrində qida yemlərini işlətməkdən imtina
edirlər, belə ki, onlar faydalı fauna və ev heyvanlarına da təsir göstərirlər, ona görə
də, parafinləşdirilmiş briketlərin tətbiqi daha perspektiv sayılır. Gəmiricilər onları
həvəslə yeyirlər, quşlar və ev heyvanları isə ona etinasız yanaşırlar. Sterilyantlardan
istifadə edilməsi də çox perspektivlidir: Onlar təkcə gəmiricilərin ölümünə səbəb
olmur, həm də onların nəsiltörətmə qabiliyyətini də zəiflədirlər.
25
Gəmiricilərin məskunlşdığı yerlərin səthləri boyu tozları püskürtdükdə o,
heyvanın pəncəsinə və dərisinə yapışır və nəticədə dadından asılı olmayaraq, gəmirici
tozu yalayıb onu öz pəncəsindən təmizləməyə çalışır. Zəhərlə işlənmiş maye cəledici
yemləri məhlul və ya suspenziya şəklində ilk növbədə gəmiricilərin sudan istifadəsi
çətin olan obyektlərdə tətbiq edilir.
Dostları ilə paylaş: |