İsti – hava dezinfeksiya kameraları – onlar sadə və təkmilləşdirilmiş olurlar.
Sadə kameralarda az hərəkətli isti hava vasitəsilə işləmə aparılır. Təkmilləşdirilmiş
kameralarda hərəki isti hava tətbiq olunur. İsti –hava kameraları adətən 2 qapısı olan
düzbucaqlı kameradan ibarətdir. İsti-hava kameralarında əsasən geyim və yataq
ləvazimatı dezinfeksiya edilir. Bu kameralarda sellüloid və plastmasdan hazırlanmış
əşyalar, pis işlənmiş dəri, müşəmbə və rezin əlcəklərin zərərsizləşdirilməsi
məqsədəuyğun deyildir, çünki onlar yüksək temperaturun təsirindən korlana bilirlər.
Kamerada əşyalar xüsusi tutacaqlarda asılır ki, bununla qızdırıcı cihazlarla təmasa yol
verilmir. Əşyalar yükləndikdən və kamera 80C-yə qədər qızdıqda onun qapısı
bağlanılır və əşyalar 10-15 dəqiqə ərzində 45-50C-də qurudulur ki, onun müddəti
əşyaların nəmliyindən aslıdır. Əşyalar qurudulduqdan sonra kameranın ventelyasiyası
dayandırılır və kameranın daxilində temperatur 80C-yə qədər çatdırılır.
Dezinfeksiya kameralarının işinə nəzarət– bütün yeni quraşdırılmış və ya
düzəldilmiş dezinfeksiya kameraları işə salınmazdan əvvəl, habelə istismarda olan
kameralar sistematik şəkildə texniki vəziyyətinə və onların işinin düzgün və səmərəli
təşkilinə nəzarət etmək məqsədilə yoxlanılmalıdır. Termiki nəzarətdə maksimal
termometrlərdən istifadə edilir. Eynianlı termiki və bioloji nəzarət zamanı
termometrlərlə birgə test –obyektləri və test –insektləri yerləşdirilir. Bioloji nəzarət
üçün işlədilən testləri bakterioloji laboratoriyalardan xüsusi kisələrdə alırlar.
Əşyaların dezinfeksiyası başa çatdıqdan sonra onlar kameradan boşaldılır, termometr
və testlər çıxardılır. Termometrlərin göstəriciləri kameraların nəzarət protokolunda
qeyd edirlər; testləri isə müayinə üçün laboratoriyaya göndərirlər.
Dezinfeksiya kameralarının bakterioloji müayinəsində, həmçinin test-
obyektlərdə lazımdır. Müxtəlif mikrob növləri ilə çirklənmiş əşyaların
21
dezinfeksiyasının effektivliyinin yoxlanılmasında etalon kimi qızıl stafilakok
götürülür, beləki, onlar istiyə davamlılığına görə bağırsaq çöpünü, hemolitik
streptokokları və s. mikrobların vegetativ formalarını üstələyirlər.