III. Deratizasiya. Növləri və metodları Deratizasiya – yoluxucu (parazitar) xəstəliklrin törədicilərinin infeksiya
mənbəyi sayılan, həmçinin böyük iqtisadi zərər yetirən gəmicilərlə mübarizədə
həyata keçirilən tədbirlər kompleksidir. Gəmiricilər bütün dünyada geniş yayılaraq
məməlilərin 40%-ni təşkil edir və bir çox yoluxucu xəstəliklərdə başlıca infeksiya
mənbəyi və törədicilərin rezervuarları sayılırlar. Epidemioliji baxımdan təhlükəli
olmasından əlavə, gəmiricilər həm də böyük iqtisadi zərər vurular. Deratizasiya taun,
tulyaremiya, leptospirozlar, Kü qızdırması, hemorragik qızdırmalar və s. zamanı
əksepidemik tədbirlərin mühüm hissəsidir.
Deratizasiyanın növləri və metodları:Deratizasiya tədbirləri kompleksinə
profilaktik və qırıcılıq tədbirləri daxildir. Xəbərdaredici tədbirlər sinantrop
gəmiricilərin yaşayış yerlərinə, qida məhsullarının saxlandığı anbarlara, xəstəzanalara
və məktəbəqədər uşaq müəssisələrinə daxil olmağının qarşısının alınmasına
yönəldilmişdir. Bu məqsədlə hər bir gəmirici növü üçün müxtəlif və spesefik
tədbirlər həyata keçirilir, nəticədə onların qidalanması, yuvalaması və
ya çoxalması üçün qeyri- əlverişli şərait yaradılır.
Profilaktik tədbirlər - ümumi – sanitar, sanitar-texniki və aqrotexniki
tədbirlərə bölünür.
Ümumi - sanitar tədbirlər - yaşayış, ticarət və sənaye yerlərində, həyətyanı
ərazilərdə, tikinti meydançalarında təmizliyin qorunması ilə həyata keçirilir. Ümumi-
sanitar tədbirlərin məqsədi – qida məhsulları və qalıqlarının qəmiricilər üçün
əlçatmaz olmasını təmin etməkdir. Bunun üçün onlar səmərəli şəkildə saxlanmalı,
soyuducuların, zibil borularının sanitar vəziyyətikafi olmalı, zibil müntəzəm yığılmalı
və kənarlaşdırılmalıdır. Bu zaman zibilliklərin düzgün yerləşdirilməsi, istismarı və
saxlanması çox vacıbdir.
Sanitar-texniki tədbirlər - binaların, yaşayış yerlərinin əsaslı tikintisi və ya
cari təmiri zamanı həyata keçirilir və gəmiricilərin binalara daxil olmasının qarşısını
alan xüsusi tədbirlərin aparılmasını nəzərdə tutur. Ventelyasiya və digər dəliklər,
zirzəmilərin pəncərələri, yer səthindən aaşağı səviyyədə yerləşən kyuklar məftil
şəbəkə ilə örtülməlidir. Tunellərə girişlər və çıxışlar, sənaye müəssisəlrinin, ilk
növbədə qida müəssisələrinin müxtəlif texniki qutuları də məftil şəbəkə ilə qorunur,
ağac qapılar 50 sm hündürlüyündə dəmir təbəqə ilə örtülür. Soyuducu qurğular,
elevatorlar, ərzaq anbarları və s. tikildikdə siçovulların daxil olmasına mane olacaq
spesefik tələblərə riayət edilməlidir.