19
hərəki olurlar. Hərəki kameralar öz növbəsində qoşqulu və mütəhərrik -
avtodezkameralara bölünür.
Dezinfeksiya kameraları infeksion
və somatik xəstəxanalarda, doğum evləri,
sanitar- buraxıcı məntəqələrdə və s. quraşdırılır. Dezinfeksiya kameraları xüsusi
otaqlarda quraşdırılır, bu zaman otaq arakəsmə ilə 2 izolyasiya olunmuş
hissələrə
bölünür. Arakəsmədə kamera elə quraşdırılır ki, onun qapıları ayrı-ayrı hissələrə
açılır.
Stasionar tipli dezinfeksiya kameralarına qulluq edərkən otağın iki hissəsində
müxtəlif heyət işləyir, bu zaman onların bir hissədən digərinə keşməsi qadagan edilir.
Belə kameralara bir nəfər tərəfindən xidmət olunduqda o, əşyaları yüklədikdən sonra
təmiz hissəyə keçdikdə geydiyi xələti, ləçəyi çıxarmalı və kameraya yerləşdirməli,
sonra əllərini sabunla diqqətlə yumalı və təmiz xüsusi geyim geyməlidir. Hərəki
dezinfeksiya - duş qurğularında əsasən eyni vaxtda həm insanların yuyunması, həm
də onların əşyalarının dezinfeksiyası aparılır.
Dostları ilə paylaş: