Dezinfektologiya



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə18/27
tarix10.06.2023
ölçüsü0,51 Mb.
#128251
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   27
№4 Dezinfektologiya-İSF -4-Az

Dixlofos – aydın, şəffaf mayedir, suda (1%-yə qədər) və digər həll olur, 
ağcaqanadlar və milçəklərlə mübarizədə müvəffəqiyyətlə tətbiq edilir. İşlənmiş 
səthlərdə insektesid xassələri 2 sutkaya qədər saxlanılır. Uçan sinanatrop həşaratların 
öldürülməsi məqsədilə işlədilir. 
Sulfidofos – rəngsiz yağlı mayedir, üzvi həlledicilərdə yaxşı, suda is həll olur. 
“Bayteks” ( TM 40%-li sulfidofosdur) – isladıcı tozdur. Kuulyativ xüsusiyyətlərə 
malikdir. Kənd təsərrüfatı əhəmiyyətli su mənbələrində preparatın istifadəsi 
yolverilməzdir. 40%-li islanan tozlar şəklində buraxılır. Ağcaqanad sürfələri ilə 
mübarizədə yüksək effektivdir, həmcinin tarakan, birə, milçək və taxtabitilərin məhvi 
üçü işlədilir. Müxtəlif formalarda, çox zaman piretroidlər, birat turşusu və s. ilə 
birikdə tətbiq olunur. Bitlər və digər məişət həşaratlarına qarşı istifadə edilir. Belə ki, 
preparat ağcaqanadların sürfələri üçün yüksək toksikidir və tarakanların, birələrin, 
taxtabitilərin, milçəklərin qırılması üçün də çox səmərələdir.
Metilasetofos – kəskin xoşagəlməyən iyə malik mayedir, 5%-li dust, 5%-li 
məlhəm, 50%-li emulsiya şəklində buraxılır. Preparat bitlərin, onların sürfələrinin 
sürətlə məhvinə gətirib çıxarır, yapışqan maddəni əridir, belə ki, bitlərin, 
taxtabitilərin, milçəklərin qırılması üçün də çox səmərəlidir. 
Aktellik – 50%-li emulsiya konsentratı olub birə, tarakan, taxtabitilər və 
milçəklər, həmçinin ağcaqanadların yetkin formalarının məhv edilməsi üçün işlədilir. 
Metation – insektisidi emulsiya konsentratı (EK) şəklində buraxılır: 20%-li
EK – ağcaqanad sürfələrinin, 50%-li EK isə imaqoların məhvi üçün istifadə olunur.
Sumition NP- təmas insektisidir, geniş spektrli təsirə malikdir. 27,5% və 55%-
li emulsiya konsentratı şəklində buraxılır. Tarakan, birə, taxtabiti, milçək və 
imaqoların məhvi üçün istifadə olunur.
Karbamatlar – karbamin turşusunun törəmələdir, təsir mexanizminə görə 
FÜB-ə yaxındır – xolinesterazanı ingibisiya edirlər. Təmas və bağırsaqla təsir 
göstərirlər. Karbamatlar məməlilərin orqanizmində kumulyasiya dərəcəsinə görə bir-
birindən fərqlənirlər, endokrin, sinir və qanyaradıcı sistemlərin zədələnmələrini, 
həmçinin digər toksik təsirli təzahürlər törədə bilirlər. Xarici mühitdə nisbətən tez 
parçalanır. Hazırda propoksur əsasında hazırlanan preparatlar geniş tətbiq edilir.
Dikrezil – 30% emulsiya olub, tarakanların, taxtabitilərin, milçəklərin, bitlərin 
məhv edilməsi üçün işlədilir, ovosid təsirəmalikdir.. Yüksək toksikliyi üzündən onun 
istifadəsi məhdudlaşdırılmışdır. 
Propoksur – ağ rəngli kristallik maddədir, üzvi həlledicilərdə yaxşı, suda pis 
həll olur. Kumulyativ xüsusuiyyətləri zəifdir. Mutagen xüsusiyyətlərə malikdir, lakin 


17 
cift sərhədindən keçməyə və embriotik effekt göstərməyə qabildir. Bayqon 
həşaratların bütün növləri ilə mübarizədə istifadə edilir.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin