Emulsiyaların konsentrantları (EK) – bir-birinə qarışmayan iki mayenin
dispers sistemindən ibarətdir. Emulqator nisbətən davamlı işçi sulu məhlulların əmələ
gəlməsinə şərait yaradır. Bu forma tətbiq üçün çox rahatdır, lakin, işçi məhlulları
işlətməzdən əvvəl hazırlamaq lazımdır. Emiulsiyaların konsentratları yüksək
effektivliyə maikdirlər, işlənən səthlə əlaqə kifayət qədər möhkəmdir. Lakin işçi
məhlullar məsaməli səthlərə intensiv şəkildə hopur, nəticədə vasitə çox sərf olunur.
İnsektisid laklar və boyalar – adilak və boyalara həll edilmiş, kristallik
insektisidlərin qarışdırılması yolu ilə alınırlar. İnsektesid örtüklərin təsir müddəti (2-4
ay) insektisidin fiziki-kimyəvi xüsusiyyətlərindən, əsas maddədə onun qatılığından,
yaranmış qatın qalınlığından, temperaturundan asılıdır. Preparatlar xüsusi aerozol
balonları və ya fırçalar vasitəsilə yayılır. Yaşayış yerlərində onların istifadəsi tövsiyə
olunmur.
Aerozollar – mayenin havada asılı vəziyyətdə olan sərbəst hissəcikləri və ya
bərk maddənin hissəcikləridir. Aerozollar xüsusi generatorların, xüsusi balonlar və ya
qablaşdırmaların vasitəsilə alınır, onlar alışqan qarışıqların, şamların, həblərin,
spiralların yandırılması zamanı əmələ gəlir. İnsektisidlərin aerozolları yetkin
həşaratlar qarşı yüksək dərəcədə effektivdir, onların sayını qısa müddətə kəskin
endirmək lazım gəldikdə işlədilir, qalıq təsirləri yoxdur. Aerozolları təbii
şəraitdə,yaşayış yerlərinin daxilində buğumayaqlılarla mübarizədə, vaqonların,
təyyarələrin və s. işlənməsi üçün tətbiq edirlər. Hazırda elektrofumiqatorlardan geniş
istifadə edilir, onlar insektesid hopdurulmuş lövhələrin qızdırılmasına əsaslanmış
qurğulardır.
Cəlbedicilər (primanka) - insektisidlərin rahat və təhlükəsiz tətbiq forması
olub onu maye və ya quru məhsullara qatırlar. Bəzən cəlbedici yemlərə həşaratları
cəlb etmək üçün attraktantlar, fenomonlar əlavə edirlər.