Dezinfektologiya


İnsektisidlərin tətbiq formaları



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə13/27
tarix10.06.2023
ölçüsü0,51 Mb.
#128251
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   27
№4 Dezinfektologiya-İSF -4-Az

İnsektisidlərin tətbiq formaları: Dezinseksiya vasitələri onların fiziki 
xüsusiyyətlərindən, toksikliyindən, təyinatından və orqanizmə daxil olma yolundan 
asılı olaraq müxtəlif formalarda tətbiq edilir. 
Məhlullar – insektisidlərin əksəriyyəti suda həll olmur, lakin üzvi 
həlledicilərdə (kerosin, mineral kütlə, benzin və s.) həll olurlar.
Dustlar – insektesid və aşqarın (talk, kaolin, perlit, kül, silikagel və s.) 
qarışığıdır. Dustlar səthlərdə çox pis saxlanır, lakin buğumayaqlıların kutikulasına 
yaxşı yapışırlar ki, bu da onların uzunmüddətli təmasını təmin edir. Bu formalar 
müxtəlif preparatların buğumayaqlıların yaşayış yerlərinə, tozlandırılması məqsədilə 
tətbiq edilir.


13 
Suspenziyalar – toz və dustun maye mühitdə qarışığıdır. Onları məsaməli 
səthlərdə , həmçinin dustların istifadəsi mümkün olmadığı hallarda tətbiq etmək 
məqsəduyğundur. Suspenziyaları bilavasitə işlətməzdən əvvə hazırlayırlar.
İsalanan tozların (İT)tərkibində intektisid, narın döyülmüş aşqar, səthi – 
aktiv maddələr və funksional əlavələr vardır. İT suda davamlı suspenziyalar əmələ 
gətirirlər, onlar həm su hopmayan, həm də su hopan sənhlərin işlənməsi üçün istifadə 
edilir. Bu zaman preparatın hissəcikləri substrata yapışaraq uzun müddət öz 
aktivliyini saxlayır və şaquli səthlərdə yaxşı tutulub saxlanır.
Qranulalar (dənəcikər) – fiziki vəziyyətinə görə dustlara yaxındır, lakin 
ondan daha iridir. Qranulalar insektisid xüsusiyyətini tədricən itirir və uzun müddət 
təsir göstərirlər, işlədilməsi çox rahatdır, təhlükəsizdir, hava axını ilə daşınmır, bitki 
örtüyündə saxlanmır və onlarda toksik izlər qoymur. Qranulalardan torpağın və 
bitkilərin işlənməsi zamanı gənələrlə, həmçinin imaqoönü mərhələdə ağcaqanadlarla 
mübarizədə xüsusilə geniş istifadə edilir.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin