Dezinfektologiya



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə9/27
tarix10.06.2023
ölçüsü0,51 Mb.
#128251
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   27
№4 Dezinfektologiya-İSF -4-Az

Kimyəvi metod - kimyəvi maddələrin qaz şəklində və ya məhlul şəklində 
işlədilməsinə əsaslanmışdır. Təcrübədə sterilizasiyanın termiki metodu geniş tətbiq 
olunur ki, o da buxar və hava sterilizatorlarından istifadə etməklə həyata keçirilir.



Radiasiya metodu az işlədilir, əsasən birdəfəlik istifadə üçün nəzərdə tutulan TTA-
nın istehsalat şəraitində sterilizasiyası məqsədilə tətbiq olunur. Bu zaman müxtəlif 
mənşəli iounlaşdırıcı şüalar –qamma şüalar, beta- hissəciklər və s. istifadə olunur. 
Sterilizasiyaya məruz qalan alətlərin işlənmsi 3 mərhələdə aparılır:
- dezinfeksiya 
- sterilizasiyaönü işləmə 
- sterilizasiya 
Birinci mərhələ - alətlərin sterilizasiyası fiziki və ya kimyəvi metodla həyata 
keçirilir. Lakin dezinfeksiyanın kimyəvi metoduna daha çox üstünlük verilir. Bu 
zaman alətlər dezinfeksiyaedici məhlulla dolu qaba yerləşdirilir. Bu əməliyyat 
alətlərin işlədilməsindən dərhal sonra yerinə yetirilir. Dezinfeksiya başa 
çatdırıldıqdan sonra alətlər axar su altında yuyulur. Xəstə ilə bilavasitə təmasda 
olmayan tibbi təyinatlı alətlər və ya bəzi qurğuların hissələri dezinfeksiyaedici 
məhlulda işladılmış tamponla silinir.
İkinci mərhələ - sterilizasiyaönü işləmə zülal, yağ, müxahiki çirklərin və dərman 
preparatlarının qalıq 
miqdarının 
kənarlaşdırılması 
məqsədini daşıyır. 
Sterilizasiyaönü işləmə mexanikləşdirilmiş və ya əl üsulu ilə yerinə yetirilir. 
Mexanikləşdirilmiş yuma xüsusi təyinatlı yuyucu maşınlarda müxtəlif tibb alətlərinin 
zərəsizləşdirilməsi üçün istifadə edilir.
Üçüncü mərhələ - sterilizatorlarda aparılır. Burada sterilizasiya buxar, isti quru 
hava, kimyəvi maddələrin məhlulları, qazlar və ionlaşdırıcı şüalandırma ilə aparılır. 
Sterilizasiya üsulu zərərsizləşdirilən obyektdən asılıdır. Buxar sterilizatorlarında 
ağlar, sarğı materialları, cərrahi alətlər, cihaz və aparatların hissələri, şüşə qablar, 
rezin məmulatlar zərəsizləşdirilir. Rezin əlcəklər içəridən və xaricdən talkla səpilir, 
hər biri ayrıca tənziflə bükülür və beləcə bikslərə qoyulur. Hava sterilizatorlarında 
cərrahi və ginekoloji alətlər, cihaz və aparatların detalları və hissələri, kəsici alətlər 
zərərsizləşdirilir. Kimyəvi maddələrin məhlullarında korroziyaya davamlı 
materiallardan hazırlanmış alətləri, rezin əşyaları, o cümlədən metal hissələri olan 
əşyalar zərərsizləşdirilir. İşləmə emal, şüşə və ya plassmas qablarda ağzı kip örtülü 
halda aparılır. Əşyalar sərbəst yığılır, tamamilə məhlulun içərisinə salınır, sonra 
H2O2-in 6% li məhlulunda 18C-də 6 saat, 50 C-də 3 saat ərzində, yaxud 1% 
dezakson -1 məhlulunda 18C-də 45 dəq. ərzində zərərsizləşdirilir. Sterilizasiya 
qurtardıqdan sonra əşyalar steril suyun içinə salınır ki, o da 5 dəqiqədən bir 2 dəfə 
dəyişilir. Bundan sonra əşyalar steril sornsaqla işərisi steril ağla örtülmüş steril 
bikslərə yığılır. Kimyəvi maddələrlə sterilizasiya olunmuş alətləri həmin gün işlədilir.
Şüşədən və metaldan hazırlanmış alətlər 30 dəq. ərzində “üçlü məhlula” (2 % 
formalin+ 0,3% fenol + 1,5% natrium bikarbonat) salmaqla zərərsizləşdirilir. Qaz 
üsulu ilə nəcisi, deşici cərrahi alətləri, güzgülü səthə malik olan, optiki avadanlıq, bir 
dəfə işlədilən əşyalar və istiliyə davamlı sintetik plassmasdan hazırlanmış əşyalar 


10 
zərəsizləşdirilir. Zərərsizləşdirmə ağzı kip bağlı qaz sterilizatorlarında aparılır. 
Sterilizasiyadan sonra əşyalar bir neçə sutka ərzində havaya verilir. 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin