Dezam –xlor iyli, ağ və ya sarımtıl rəngli tozdur. Onun tərkibinə 50% xloramin
B və 5% turşəng turşrsu daxildir. Suda yaxşı həll olur.
Pantesid- tərkibində 4mq fəal xlor lan həblərdir. 1 həbdən enteropatogen
bakteriyalarla çirklənmiş 1 litr işməli suyun zərəsizləşdirilməsi məqsədilə işlətmək
olar.
Neopantosid 2- tozdan hazırlanır: I) kalsium hipoxlorid, Naxlorid və Ca oksid.
II) Na parosulfat və ferrum sulfat və ya ferrum xlorid.
Dixlorizosianur turşusunun (DXST) natrium və kalium duzları – ağ kristallik
tozlar olub 56-60% qədər fəal xlora malikdirlər. Suda çöküntü əmələ gətirməməklə
həll olurlar, məhlullar fəallığını 3 sutka ərzində saxlayırlar. Onlar metalları
korroziyaya uğratmır, parçaları rəngsizləşdirmir. Selikli qişalara və tənəffüs yollarına
qıcıqlandırıcı təsir göstərir. Bakteresid, funqisid və sporosid xüsusiyyətlərə
malikdirlər. Sterilizasiya Sterilizasiya - əşya və maddələrin mikroorqanizmlərdən tam azad edilməsidir,
yəni həm vegetativ və spor, həm də patogen və qeyri – patogen formaların məhv
edilməsidir. Bundan əvvəl sterilizasiyaönü işləmə aparılır ki, o da mexaniki və əl
üsulu ilə həyata keçirilir.
Adətən yara səthi ilə təmasda olan, qan və ya inyeksiya preparatları ilə çirklənən,
həmçinin iş zamanı selikli qişalara toxundurulan və onun zədələnməsinə səbəb ola
bilən tibbi təyinatlı alətlərin hamısını sterilizasiya edirlər. Sporəmələgətirən
mikroorqanizmlər daha davamlı olduqları üçün çox vaxt sterilizasiya vasitələri həm
də sporosid təsir göstərən preparatlar sayılırlar. Strilizasiya aseptikanın əsasını təşkil
edir. Hazırda fiziki və kimyəvi sterilizasiya metodlarından geniş istifadə edilir.
Fiziki metod - TTA-nın termiki işlənməsini (isti sterilizasiya) və müxtəlif
mənşəli şüalanmadan (soyuq sterilizasiya, yəni sterilizasiya prosesi 100 C-dən aşağı
temperaturda yerinə yetirilir) istifadəni nəzərdə tutur.