5
Soyuq – patogen törədicilərin süni surətdə - 270 C –yə qədər dondurulması heç
də onların tam məhvinə gətirib çıxarmır. Vaxt keçdikcə mikroorqanizmlərin miqdarı
kəskin surətdə azalır. Dezinfeksiya təcrübəsində soyuqdan istifadə edilmir.
Günəş şüaları – bir sıra törədicilərə öldürücü təsir göstərir. Patogen
mikroorqanizmlərin vegetativ formaları onlara daha həssasdır, sporəmələgətirən
bakteriyalar isə davamlıdırlar (qarayara, tetanus, qazlı qanqrena törədicilərinin
sporları). Ultrabənövşəyi şüalar da eyni xüsusiyyətə malikdir. O,
cərrahiyyə
şöbələrində əməliyyat otağının. Bokslarda havanın, həmçinin suyun südün
zərəsizləşdirilməsi üçün işlədilir.
Ultrasəs - vasitəsilə dezinfeksiya cərrahi alətlərin sterilizasiyası, iynə və
şprislərin və s. zərərsizləşdirilməsi zamanı aparılır.
Kimyəvi metod - mikroorqanizmlərə kimyəvi maddələrin təsirinə əsaslanmışdır.
Dezinfeksiyada istifadə edilən kimyəvi maddələrə dezinfektantlar deyilir. Onların
aşağıdakı təsir xüsusiyyətləri vardır:
bakterisid, bakteristatik. sporosid, virusilid,
funqisid. Kimyəvi dezinfeksiyaedici maddələrə qarşı irəli sürülən əsas tələb onların
suda yaxşıhəll olması və davamlı emulsiya əmələ gətirməsidir.
Dezinfaktlara qarşı qoyulan tələblər:
- aşağı qatılıqda və qısa müddət ərzində mikroorqanizmləri məhv etməli;
- üzvi maddələr olduqda zərərləşdirici təsiri təmin etməli;
- saxlandıqda davamlı olmalı;
- insanlar üçün az toksikliyə malik olmalı;
- ucuz və istehsalı asan olmalıdır.
Zərərsizləşdirmənin nəticəsi mikrobların davamlılığından da asılıdır: sporlu
formalar vegetativ formalara nisbətən kimyəvi maddələrin təsirinə qarşı daha
davamlıdırlar.
Dezinfeksiyaedici maddənin mikrob hüceyrəsinə təsiri zamanı əvvəlcə dezinfakt
hüceyrəyə daxil olmalı, sonra isə təsiredici maddə ilə
hüceyrənin tərkib hissələri
arasında reaksiya getməlidir.
Dezinfeksiyaedici maddələr hüceyrənin daxilinə keçərkən müxtəlif seçici təsir
göstərir. Belə ki, oksidləşdiricilər (xlor, xlortərkibli preparatlar, hidrogen perioksid)
hüceyrə zülalları ilə təsirə girib oksidləşmə reaksiyası törədirlər. Mineral turşular və
qələvilər hidrogen və hidroksil ionlarının köməyi ilə hidroliz törədirlər. Fenol
preparatları hüceyrə zülallarının koaqulasiya reaksiyasını törədirlər.
Dezinfeksiyaedici preparatlar geniş antimikrol aktivlik spektrinə,
nisbətən tez
təsir göstərmək xüsusiyyətinə malikdirlər və ucuzdurlar. Bunula yanaşı onların, bəzi
xassələri bu praparatların istifadəsini məhdudlaşdırır: alətlərin aşınması, tənəffüs
yollarının və gözün selikli qışalarına qıcıqlandırıcı təsiri, parçaların ağarması.
6
Bekəliklə, kimyəvi zərərsizləşdirmə zamanı hökmən törədicilərin spesefik
xüsusiyyətləri, ifrazatların xassələri, kimyəvi maddələrin
təsirinə məruz qalan
əşyaların xassələri nəzərə alınmalıdır.
Dezinfeksiyanın effektivliyinə müxtəlif amillər təsir göstərir, o cümlədən:
- dezinfektantın fiziki-kimyəvi xassələri (mikroorqanizmlərə təsir etmək
qabiliyyəti, qatılığı, suda həll olması, temperaturu, turşuluğu və s.);
- müxtəlif dezinfeksiyaedici maddələr qarşı mikroorqanizmlərin bioloji
davamlılığı;
- dezinfeksiya ediləcək obyektlərin xüsusiyyətləri (materialların keyfiyyəti,
konstruktiv xüsusiyyətləri, üzvi maddələrlə çirklənmənin həcmi);
- dezinfeksiyaya
məruz qalan obyektlərin
mikrobla çirklənməsinin
massivliyi;
- dezinfeksiya işlənməsinin üsulları: iridamcılı və ya aerozol islatma, silmə və
ya dezinfektant məhlulunun içərisinə salma;
- Dezinfektantlar bir sıra qruplara bölünürlər: haloidtərkibli, oksigentərkibli,
quanidinlər, aldehidtərkibli,
səthi-aktiv maddələr, spirtlər, fenoltərkibli
vasitələr.
Dostları ilə paylaş: