Dezinfektologiya



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə7/27
tarix10.06.2023
ölçüsü0,51 Mb.
#128251
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   27
№4 Dezinfektologiya-İSF -4-Az

Xloraminlər – Xloramin B və xloramin XB bir-birindən fərqlənir. Sintez üçün 
benzol götürüldükdə birinci, xlorbenzol götürüldükdə ikinci alınır. Xloraminlər suda 
çöküntü əmələ gətirməməklə 10 və hətta 20% məhlullara qədər, 40C-də bir an içində 
həll olurlar. Zəif konsentrasiyalarda onlar, demək olarki, zərərsizləşdirilən əşyaları və 
metalları korlamır, xoşagəlməz iyləri yoxdur. Onlar spor formalar qarşı az aktivdilər, 
bununla belə bir çox infeksiyalara, o cümlədən vərəm və qarayaraya qarşı uğurla 
isrifadə olunrlar. Xloramin XB-nin mənfi xüsusiyyətləri – tənəffüs orqanlarının 
selikli qişalarını qıcıqlandırmaqla zəhərlənmələr səbəb olması, parçaları və divar 
kağızlarını rəngsizləşdirməsi, həmçinin xlorlu əhənglə müqayisədə bahalı olmasıdır. 
Xəstəlik törədicilərinin davamlılığından, dezinfeksiya olunan obyektlərin 
xarakterindən, onların çirklənmı dərəcəsindən, həmçinin mühitin reaksiyasından və 
dezinfeksiyanın müddətindən asılı olaraq xloraminlərin 0,1% -dən 5-10%-dək sulu 
məhlullarından istifadə olunur. 

Xloramin məhlulları yaşayış və xəstəxana otaqlarının, uşaq müəssisələrinin və 
məktəblərin, insanların daha çox toplaşdığı yerlərin, ümumi istifadə yerlərinin, 
həmçinin mebeln, qabların, xəstələrə qulliq əşyalarının, qida müəssisələrində 
avadanlıqların və s. zərərsizləşdirilməsi məqsədilə istifadə olunur. Xloramin B – 
sarımtıl çalara malik ağ rəngdə, zəif xlor iyli, kristallik tozdur. Bakterisid, virusilid və 
sporosid xüsusiyyətlərə malikdir. Xloramin XB – ağ və ya sarımtıl rəngdə, zəif xlor 
iyli, kiçik kristallik tozdur. Mənfi xüsusiyyətləri - tənəffüs orqanlarının selikli 
qişalarına qııcıqlandırıcı təsir göstərməsidir. Xolramin tərkibli preparatlara Trixlorol, 
Xlorin, Sporoks cə s misal göstərmək olar.



Xlortərkibli preparatların aktivləşdirilmiş məhlulları dedikdə - o maddələr başa 
düşülür ki, aktivator əlavə edildiyi zaman fəal xlorun xaric olması sürətlənir və 
bununlada məhlulun bakteresid təsiri güclənir. Xolrlu preparatların baktersid. 
Sporosid və ya funqisid aktivliyini gücləndirən vasitələrə aktivatorlar deyilir. 
Aktivator kimi ammonium duzlarından: ammonium xlorid, ammonium nitrat və ya 
ammonium sulfatdan istifadə olunur. Aktivatorun və xlorlu preparatın nisbəti 1:1, 
1:2, olmalıdır. Aktivləşdirilmiş məhlulları bilavasitə ocaqda hazırlayırlar.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin