12
işlənmiş cəlbedici yem şəlklində tarakanların, fitar pastası – tarakan və qarşqaların
məhvi üçün işlədilir.
Attraktantlar – buğumayaqlıları yemə, əks cinsin nümayəndələrinə və ya
yumurtanın qoyulduğu substrata cəlb edən, həmçinin onların toplaşma yerlərinə
doğru yolu tapmağa imkan verən maddələrdir. Belə maddələrin müxtəlif tip tələlərdə
işlədilməsi və bu tələlərin düzgün yerləşdirilməsi sinantrop həşəratlarla effektiv
mübarizə aparmağa şərait yaradır.
Kimyəvi metod - tibbi dezinseksiya təcrübəsində başlıca metod olub müxtəlif
kimyəvi maddələrin tətbiqini nəzərdə tutur. Həşaratların məhvi üçün tətbiq edilən
kimyəvi vasitələr insektisidlər, gənələrin məhvi üçün – akarisidlər adlandırılır.
Buğumayaqlıların hürküdülməsi üçün işlədilən kimyəvi vasitələr ilə repellentlər
adlandırılır.
Müasir dezinseksiya işlərinin aparılma taktikası effektiv insektisidlərin
seçimini, onların istifadəsinin səmərəli formalarının tətbiqini vəs özündə birləşdirir.
Dezinseksiya vasitələri faydalı həşaratlara, balıqlara, quşlara, məməlilərə minimal
təsir etməklə buğumayaqlıların məhvinə səbəb olmalıdır.
Dezinseksiya praktikasında istifadə olunan preparatlar qarşı aşağıdakı tələblər
qoyulur.
- yüksək insektoakarisid və ya repellent aktivlik;
- insan və ev heyvanlar üçün preparatın toksiki olmaması;
- xarici mühitin təsirlərinə davamlılıq;
- zərəsizləşdirilən obyektlərə preparatın aqressiv təsir göstərməməsi;
- qalıq təsirinin davamatmə müddəti;
- preparatın tərkibinin standart olması, saxlanma zamanı sabit qalması;
Dezinseksiya vasitələrinin effektivliyi buğumayaqlıların müəyyən övünə onların
seçici təsirindən, preparatın qalığından, qalıq təsirinin saxlanma müddətindən,
formasından, sərf edilmə normasından, işlənilə səthlərin növündəb asılıdır.
Dostları ilə paylaş: