Ə.Ə. NƏBĐyev, E.Ə. Moslemzadeh



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə20/32
tarix21.03.2017
ölçüsü3,91 Mb.
#12068
1   ...   16   17   18   19   20   21   22   23   ...   32

2.5.4.Zülalların biosintezi 

 

Zülalların  biosintezi  müasir  təsəvvürlərə  görə,  müxtəlif 

mərhələlərlə  gedən  mürəkkəb  biokimyəvi  prosesdir.  Bu 

prosesin 

öyrənilməsi 

biokimya 

elminin 

ən 


mühüm 

məsələlərindən 

biridir. 

Orqanizmdə 

zülallar 

spesifik 

fermentlərin  təsiri  ilə  aminturşulara  parçalanması  ilə  yanaşı, 

onların  biosintezi  də  gedir.  Bu  zaman  əmələ  gəlmiş 

aminturşuların  hesabına  orqanizmdə  spesifik  yeni  zülallar 

sintez olunur.  

Zülallar  sitoplazmada  yerləşən  hüceyrə  orqanoidlərində, 

əsasən  ribosomlarda,  mitoxondriyalarda  və  nüvədə  sintez 

olunur.  Ribosomlar  iki  və  daha  çox  ribonuklein  turşusunun 

çoxlu sayda zülal molekulları ilə birləşməsindən əmələ gəlmiş 

ribonukleoproteid  kompleksidir.  Ribosomların  tərkibində  az 

miqdarda  lipidlər  və  başqa  maddələr  də  olur.  Zülalların 

sintezində nuklein turşularının (RNT və DNT) böyük rolu var-


 

271 


 

 

dır. Belə ki, hüceyrə nüvəsində olan DNT (dezoksiribonuklein 



turşusu) zülalların biosintezinə rəhbərlik edir.  

Belə  ki,  ribosomda  sintez  olunan  zülalların  aminturşu 

tərkibini,  onların  yerləşmə  ardıcıllığı  da  DNT  tərəfindən  idarə 

olunur.  Zülalın  sintezi  haqda  genetik  məlumat  DNT-də 

saxlanır.  Sintez  olunacaq  zülalın  quruluşu  haqqında  DNT 

molekulunda  olan  məlumatın  ribosoma  verilməsinin  ilk 

mərhələsi transkripsiya adlanır.  

Məlum  olmuşdur  ki,  hüceyrədə  olan  RNT-lərin  hamısı 

DNT-də  olan  məlumatı  ribosoma  gətirmir,  DNT-də  olan 

məlumat  ribonuklein  turşusu  (mRNT)  vasitəsilə  ribosomlara 

gətirilir.  Məlumat  RNT-si  DNT-zəncirinin  müvafiq  hissəsi 

üzərində  sintez  olunur.  DNT-də  olan  genetik  məlumatlara  və 

ya  irsi  xüsusiyyətlərə  uyğun  olaraq  ribosomlarda  zülal  sintez 

olunur.  DNT-də  olan  genetik  məlumatlara  və  ya  irsi 

xüsusiyyətlərə  uyğun  olaraq  ribosomlarda  zülal  sintez  olunur. 

Bu zaman amintuşuların hansı ardıcıllıqla birləşməsində DNT-

dən genetik məlumatı almış mRNT-si rəhbərlik edir. 

Zülallar  ribosomlarda  sərbəst  aminturşulardan  sintez 

olunur.  Zülalın  sintezində  aminturşular  fəallaşır.  Bu  proses 

xüsusi fermentlərin (F), ATF-in iştirakı ilə gedir: 

 

R –CHNH


2

COOH+ATF+F→ 

aminturşu 

 

→R–CHNH



2

CO~AMF–F+H

4

P

2



O

Fermentaminoatsil-adenillat 



 

Zülalların 

sintezində 

aminturşuların 

fəallaşmasında 

xüsusi,  spesifik  fermentlər  (tirozil-dRNT-sintetaza,  qlisil-

dRNT-sintetaza  və  başqaları)  iştirak  edir.Sonra  fəallaşmış 

aminturşular  daşıyıcı  ribonuklein  turşuları  (dRNT)  vasitəsilə 

ribosomlara, yəni zülal sintez olan yerə aparılır. Daşıyıcı RNT-

lər də spesifik xüsusiyyətə malikdir. Belə ki, hər bir fəallaşmış 



 

272 


 

 

aminturşusunun  dRNT-si  olur.  Onların  çoxunun  kimyəvi 



quruluşu  aşkar  olunmuşdur.  Sona  zamanlar  dRNT-nin  yeni 

növü də müəyyən olunmuşdur.  

Bəzi  hallarda  belə  dRNT  gendə  olan  cüzi  səhvliyi 

düzəldir.  DNT-də  baş  vermiş  pozulmanın  düzəlməsinə 

reparasiya  deyilir.  Mutasiya  gen  quruluşunun  dəyişməsinə 

deyilir.  Đnsanlarda  irsi  xəstəliklərin  əsasını  genlərdə  baş  verən 

mutasiya prosesi təşkil edir.  

Məlum  olmuşdur  ki,  bütün  mutasiya  prosesi  orqanizm 

üçün  təhlükəli  edyildir.  Guman  olunur  ki,  qeyri-adi  istedadın 

əmələ gəlməsi də mutasiyalar nəticəsində baş verir. Bəzi fiziki 

proseslər (radioaktiv şüalanma) və kimyəvi maddələr də vardır 

ki, onlar mutasiya törətmək qabiliyyətinə malikdir. Bu prosesə 

mutagen  amillər  deyilir.  Qeyd  etmək  lazımdır  ki,  yeyinti 

məhsullarının  emalında  və  saxlanma  texnologiyasında  bəzi 

fiziki üsullardan və kimyəvi preparatlardan istifadə etmək qəti 

qadağandır. Ona görə ki, kimyəvi maddələr və fiziki şüalanma 

qida  vasitəsilə  orqanizmə  daxil  olaraq  mutasiya  prosesi  əmələ 

gətirir. Bu da daha qorxulu xəstəliklərin əmələ gəlməsinə səbəb 

olur.  Ona  görə  də  insan  orqanizmi  üçün  istifadə  olan  qida 

məhsullarında  çalışmaq  lazımdır  ki,  mümkün  qədər  kimyəvi 

preparatlardan  istifadə  edilməsin.  Əks  halda  isə  qida 

məhsullarında kimyəvi preparatlar normadan artıq olmamalıdır.  

Zülalların sintezi üçün dRNT-lərlə ribosomlara gətirilmiş 

aminturşuları  mRNT-nin  göstərişi  ilə  müəyyən  ardıcıllıqla 

birləşərək,  polipeptid  zəncirini  əmələ  gətirir.  Bu  zaman 

rabitəsinin yaranmasına transpeptidasiya deyilir. Ribosomlarda 

aminturşuların  birləşmə  prosesinin  başlanmasına  inisiasiya, 

polipeptid zəncirinin uzanmasına isə prolonqasiya deyilir.  

Polipeptid 

zəncirlərində 

aminturşularının 

düzülmə 


ardıcıllığı  dRNT-lərdə  və  mRNT-sindəki  tripletlərlə  kodonlar, 

daşıyıcı  RNT-lərdəki  tripletlərə  isə  antikodonlar  deyilir. 

Tripletlər spesifik xüsusiyyətə malik olmaqla DNT və RNT-nin 

tərkibində  üç  nukleotid  şəklində  olurlar.  Nukleotidlərin 



 

273 


 

 

tərkibində azotlu əsaslardan adenin (A), quanin (Q), sitozin (S), 



tiamin (T) və ya urasil (U) iştirak edir.  

Hər  bir  aminturşusunun  üçazotlu  əsasdan  ibarət  xüsusi 

tripletləri  olur.  Məsələn,  qlisinin  tripleti  quanin-quanin-urasil 

(QQU),  fenilalanin  tripleti  isə,  sitozin-sitozin-urasil  (SSU) 

ardıcıllığı kimi düzülmüşdür. 

Başqa  aminturşuların da özlərinə uyğun tripletləri (və  ya 

kodları)  vardır.  Beləliklə,  fəallaşmış  aminturşular  uyğun 

tripletlərə  ribosomlara  gətirilərək,  müəyyən  ardıcıllıqla 

birləşərək  zülal  sintez  olunur.  Bu  zaman  polipeptid  zəncirinin 

uzanma prosesinin qurtarmasına terminasiya deyilir. Polipeptid 

zəncirinin əmələ  gəlməsi qurtardıqdan sonra, qıvrılaraq (və  ya 

formalaşaraq)  müəyyən  forma  alır.  Polipeptid  zəncirində 

xüsusi  formanın  alınması  hidrogen  və  disulfit  rabitələrinin 

hesabına  olur.  Đki  və  daha  çox  polipeptid zəncirləri  bir-biri  ilə 

birləşərək zülal molekulunu əmələ gətirir. 

 

2.6.Nuklein turşularının mübadiləsi 



 

Nuklein  turşuları  qida  maddələrinin  tərkibində  zülallarla 

(yəni nukleoproteidlərlə) birləşmiş şəkildə olur. Qəbul olunmuş 

qidada  olan  nukleoproteidlər  fermentativ  yolla  sadə  zülallara 

və  nuklein  turşularına  parçalanır.  Nuklein  turşuları  böyük 

əhəmiyyətə  malik  olmaqla  zülalların  biosintezində,  maddələr 

mübadiləsinin  gedişində  mühüm  rol  oynayır.  Orqanizmdə 

nuklein  turşuları  da  həm  sintez  olunur,  həm  də  parçalanma 

prosesinə məruz qalır.  

Müasir  elmi  fikirlərə  görə  irsiyyətin  nəslə  ötürülməsi 

DNT molekullarında olan nukleotidlərin yerləşmə ardıcıllığı ilə 

əlaqədardır. Buna görə də hüceyrələrdə DNT-nin sintezinin və 

ya  mübadiləsinin  öyrənilməsi  biokimya  elminin  mühüm 

problemlərindən  biridir.  Genetik  informasiyanın  dəyişikliklərə 

uğramadan valideyndən övlada verilməsindən aydın olur ki, bu 

informasiyanı  daşıyan  DNT  molekulları  dəqiq  sürətdə  öz-



 

274 


 

 

özünü  yaratmaq  xüsusiyyətinə  malikdir.  Qeyd  etmək  lazımdır 



ki,  hüceyrələrdə  RNT-nin  miqdarı  isə  sabit  deyildir.  Böyümə 

və  çoxalma  dövründə  RNT-nin  miqdarı  artır.  Müxtəlif  tərkib 

və quruluşa malik olan RNT molekulları hüceyrənin nüvəsində 

olan DNT-nin təsiri ilə sintez olunur.  

Əvvəllər 

qeyd 


olunduğu 

kimi 


nuklein 

turşuları 

yüksəkmolekullu  üzvi  birləşmələr  olub,  mürəkkəb  zülalların 

sintezində  də  istifadə  olunur.  Belə  ki,  mürəkkəb  zülalların 

nümayəndəsi  olan  nukleoproteidlərin  əmələ  gəlməsində  və  ya 

sintezində RNT və DNT iştirak edir.  

Nuklein  turşularının  sintezi  nukleozidlərin  sintezindən 

başlayır.  Məlumdur  ki,  nukleozid  də  purin  və  pirimidin 

əsaslarından  və  pentozadan  ibarətdir.  Sonra  nukleozidlər  də 

fosforlaşaraq  nukleotidlərə  çevrilir.  Purin  nukleotidlərinin 

biosintezində  inozit  turşusu  mühüm  rol  oynayaraq  aralıq 

məhsul hesab olunur.  

Đnozit  turşusu,  hipoksantinin,  ribozanın  və  fosfat 

turşusunun birləşməsindən əmələ gəlmişdir: 

 

     N – C = O 



                                                  O 

  HC   C – CH                       OH OH 

                               CH 

     N –C – N                    C – C– C –C–CH

2

OP 


                                        

                                         H   H   H   H    

Đnozit turşusu 

 

Đnozit turşusunun sintezində və onun ribonukleotidlərə və 



dezoksiribonukleotidlərə çevrilməsində çoxlu sayda fermentlər 

iştirak edir.  

Bu  zaman  mürəkkəb  çevrilmələrdən  sonra  purin 

nukleotidləri sintez olunur.  



 

275 


 

 

Pirimidin  nukleotidlərinin  biosintezində  aralıq  məhsul 



kimi orot turşusu hesab olunur: 

                                     OH 

 

                                 N       CH 



 

                              HO       C–COOH  

                                      N 

                                Orot turşusu 

 

Bu  turşunun  iştirakı  ilə  bir  sıra  fermentativ  çevrilmələr 



nəticəsində uridin turşusu əmələ gəlir. O da aminləşərək sitidil 

turşusuna, metilləşdikdə timidil turşusuna çevrilir.  

Purin  və  pirimidin  nukleotidləri  nuklein  turşularının 

parçalanması  nəticəsində  əmələ  gələn  purin  və  pirimidin 

əsaslarından da sintez olunur. Bu zaman əvvəlcə nukleozidlər, 

sonra onlar fosforlaşaraq nukleotidlərə çevrilir.  

Reaksiya sxematik olaraq aşağıdakı kimi gedir: 

Adenin+riboza-1 fosfat→adenozin+H

3

PO

4



 

Adenozin+ATF→adenin turşusu+ADF 

Sonra  mononukleotidlər  polimerləşərək  polinukleotidlərə 

çevrilir.  Onlar  da  müvafiq  RNT  və  DNT  molekullarını  əmələ 

gətirir. 

Nuklein  turşularının 

parçalanması  da 

fermentativ 

prosesdir.  RNT-ni  parçalayan  ferment  ribonukleaza  DNT-ni 

parçalayan  ferment  isə  dezoksiribonukleaza  adlanır.  Hər  iki 

nuklein  turşusunun  (RNT  və  DNT)  fermentativ  parçalanması 

zamanı 


mononukleotidlər 

(monoribonukleotidlər 

və 

dezoksiribonukleotidlər)  əmələ  gəlir.  Mononukleotidlər  isə 



nukleotidaza  fermentinin  təsiri  ilə  nukleozidlərə  və  fosfat 

turşusuna  ayrılır.  Sonra  nukleozidlər  də  nukleozidaza 

fermentinin  iştirakı  ilə  purin  və  pirimidin  əsaslarına  və 

pentozalara 

parçalanır. 

Purin 


əsasları 

da 


maddələr 

mübadiləsində  iştirak  edirək  müxtəlif  maddələrə  çevrilərək, 



 

276 


 

 

nəhayət  nisbətən  kiçikmolekullu  birləşmələrə  parçalanır. 



Məsələn, 

adenin 


adenindezamdaza 

fermentinin 

təsiri 

nəticəsində  su  ilə  birləşərək  bir  molekul  ammonyak  itirərək 



hipoksantinə çevrilir: 

N=C –NH


2                                                 

N=C–OH  


                                

+HOH


          

  HC   C –   N                         HC   C – N                  +NH

                               CH                                       CH 



     N –C – NH                          N    C – NH  

       adenin                                   hipoksantin 

Sonra  hipoksantin  ksantinoksidaza  fermentinin  təsiri  ilə 

su ilə birləşərək ksantinə çevrilir. 

Əmələ gəlmiş ksantin su ilə birləşərək sidik turşusuna, o 

da  nəhayət  allantoin  turşusuna  çevrilir.  Allantoin  turşusu  da 

allantoikaza  fermentinin  təsiri  ilə  su  ilə  birləşərək  sidik 

cövhərinə və qlioksil turşusuna çevrilir: 

 H

2

N   OH   NH



2

                 NH

2

 

                                                                  O 



     O=C       C=O CO    

+ HOH     

2C=O  +   C   

                                                                  H 

 HN – CH – NH                  NH

2

        COOH 



 

allantoin                       sidik cövhəri    qlioksil   

 turşusu                                                 turşusu            

Sonra  sidik  cövhəri  ureaza  fermentinin  təsiri  ilə 

ammonyaka və karbon qazına çevrilir: 

 

             NH



   C       O       + HOH→ NH

3

+CO


             NH

Beləliklə,  purin  əsaslarının  mübadiləsində  son  məhsul 



kimi qlioksil turşusu, ammonyak və karbon qazı əmələ gəlir. 

Pirimidin  əsaslarının  mübadiləsi  nəticəsində  son  məhsul 

kimi ammonyak, karbon qazı və malon turşusu əmələ gəlir.  


 

277 


 

 

Pirimidin əsaslarından urasil oksidləşmə yolu ilə barbitur 



turşusuna çevrilir: 

  HN – C = O                   HN – C = O 

                                                   

        O=C    CH     

     +1/2 O

2

    O=C   CH



2

          

                                

  HN –CH                        HN – C=O 

              urasil                      Barbitur turşusu 

Barbitur turşusu barbituraza fermentinin təsiri nəticəsində 

iki  molekul  su  ilə  birləşərək  sidik  cövhərinə  və  malon 

turşusuna çevrilir: 

  HN – C                                                      COOH 

                                                    NH

2

                                                   



         O=C   CH

2

      



+ 2HOH

       C        O        +   CH

                                                    NH



2

             

  HN – C=O                                                COOH 

      Barbitur turşusu                Sidik cövhəri    Malon turşusu 

Sonra  sidik  cövhəri  də  ureaza  fermentinin  təsiri  ilə 

ammonyaka  və  karbon  qazına  çevrilir.  Beləliklə,  qida 

məhsullarında 

nuklein 


turşularının 

sintezi 


ilə 

yanaşı 


parçalanması prosesi də gedir. 

 

2.7.Mineral  maddələrin  mübadiləsi 



 

Qida  məhsullarının  tərkibində  üzvi  birləşmələrlə  yanaşı, 

mineral maddələr də olur. Qida maddələrinin tərkibində 60-dan 

artıq  mövcud  kimyəvi  elementlərin  olduğu  müəyyən 

olunmuşdur. 

Mineral 


maddələr 

bitki 


mənşəli 

qida 


məhsullarından  ən  çox  yağlı  və  dənli  bitkilərdə  olur.  Meyvə-

tərəvəzdə  və  üzümdə  mineral  maddələr  nisbətən  az  miqdarda 

olur. 

Mineral 


maddələr 

miqdarına 

görə 

iki 


qrupa: 

makroelementlərə  və  mikroelementlərə  bölünür.  Orqanizmdə 

miqdarı  0,001%-dən  çox  olan  elementlərə  makroelementlər 

deyilir.  Bunlara  misal  olaraq  kalium,  natrium,  kalsium, 



 

278 


 

 

maqnezium, fosfor, xlor, kükürd və başqalarını göstərmək olar. 



Orqanizmdə  miqdarı  0,001%-dən  az  olan  elementlərə  isə 

mikroelementlər  deyilir.  Mikroelementlərə  sink,  mis,  yod, 

brom, manqan, kobalt, dəmir, molibden və s.aiddir. 

Makroelementlər qida məhsullarında əsasən sulfat, fosfat, 

karbonat  və  başqa  turşuların  duzları  şəklində  olur.  Đnsan 

orqanizmi  duzları  qida  və  içməli  su  ilə  birlikdə  qəbul  edir. 

Duzların  orqanlarda  paylanması  müxtəlif  cür  olur.  Kalsium, 

maqnezium və fosforun duzları ən çox sümüklərdə, xörək duzu 

dəridə toplanır. Bu duzlar bitkilərin gövdəsində və yarpağında, 

meyvəsində  nisbətən  çox  olur.  Mikroelementlər  isə  əsas  üzvi 

maddələrdən:  zülalların,  fermentlərin,  vitaminlərin,  hormonla-

rın  və  başqalarının  tərkibində  birləşmiş  şəkildə  olur.  Məsələn: 

zülallardan  hemoqlobində  dəmir,  askorbatoksidaza  mis,  B

12

-



vitaminində kobalt olur. Mikroelementlər fotosintez və tənəffüs 

proseslərində  mühüm  rol  oynayır.  Mineral  maddələrin 

mübadiləsinin öyrənilməsində K.A.Timiryazevin, V.N.Vernad-

skinin,  A.P.Vinoqradovun,  Ə.Güləhmədovun,  M.Abutalıbo-

vun,  Q.B.Xəlilovun  və  başqalarının  böyük  xidmətləri  olmuş-

dur.  Makro-mikroelementlər  yüksəkmolekullu  biopolimerlərlə  

(zülallar,  fermentlər  və  nuklein  turşuları)  birləşərək  onların 

quruluşunun  yaranmasında  iştirak  edir.  Sink,  manqan,  dəmir, 

nuklein  turşularının  spiral  quruluşunun  əmələ  gəlməsində 

mühüm  rol  oynayır.  Ribosomların  assimilyasiyası  və 

dissimilyasiyası 

maqneziumdan 

çox 

asılıdır. 



Mineral 

elementlər  fermentlərin,  zülalların  aktiv  qrupuna  daxil  olaraq, 

onların  fəallağının  təsir  mexanizmini  sürətləndirir.  Zülalların, 

nuklein  turşularının  biosintezində  və  parçalanmasında  iştirak 

edən  fermentlər  mineral  elementlər  tərəfindən  fəallaşır. 

Zülalların biosintezi maqnezium və manqanın iştirakı ilə gedir.  

Maqnezium  zülalların  sintezi  zamanı  aminturşuların 

fəallaşması üçün də istifadə olunur. Mineral elementlər qlikoliz 

və 

aminoliz 



proseslərində 

iştirak 


edən 

fermentlərin 

əksəriyyətinin fəallaşmasında, fotosintez və xemosintez zamanı 


 

279 


 

 

karbohidratların  sintezində  də  iştirak  edirlər.  Makro  və 



mikroelementlər  insan  orqanizminə  əsasən  qida  maddələrinin 

tərkibində  zülallarla,  fermentlərlə,  vitaminlərlə  birləşmiş 

şəkildə  daxil  olur.  Qidanın  tərkibində  mineral  elementlər 

çatışmadıqda,  orqanizmdə  gedən  maddələr  mübadiləsi,  daha 

doğrusu  zülalların,  fermentlərin,  nuklein  turşularının  bəzi 

vitaminlərin  sintezi  pozulur.  Bu  da  orqanizmdə  müxtəlif 

xəstəliklərin  əmələ  gəlməsinə  səbəb  olur.  Ona  görə  də 

orqanizmdə maddələr mübadiləsinin tənzimlənməsi üçün, qida 

məhsullarının  tərkibində  makro  və  mikroelementlərin  olması 

vacibdir. 

 

2.8. Suyun  mübadiləsi 

 

Təmiz su qida məhsulları kimi insan orqanizmində gedən 

maddələr  mübadiləsi  prosesinin  gedişində  yaxından  iştirak 

edir.  Đnsanların  gündəlik  suya  olan  tələbatı  2,2-2,5-litrdir.  Bu 

qədər  suyun  müəyyən  hissəsi  ərzaq  məhsulları  vasitəsilə 

ödənilir.  Bundan  başqa  orqanizmdə  maddələr  mübadiləsi 

zamanı da son məhsul kimi su ayrılır. Gün ərzində orqanizmdə 

gedən  mübadilə  zamanı  300-600  ml  su  ayrılır.  Bu  da 

orqanizmin  gündəlik  suya  olan  tələbatının  ödənilməsində 

istifadə  olunur.  Müəyyən  olunmuşdur  ki,  100  q  zülalın 

oksidləşməsindən 41 ml, 100 q karbohidratın oksidləşməsindən 

50 ml, 100 q yağın oksidləşməsindən isə 107 ml su ayrılır.  

Đnsan orqanizminin ümumi çəkisinin təxminən 65-70%-ə 

qədərini  su  təşkil  edir.  Ancaq  bitkilərdə  bu  rəqəm  sabit 

deyildir. Məsələn: üzümdə 70-85%, tərəvəzlərdə 92-97%, dənli 

bitkilərdə  12-15%  su  olur.  Đnsan  orqanizmində  piylənmə 

(kökəlmə) zamanı suyun miqdarı azalır. Hətta, həddindən artıq 

piylənmə zamanı su ümumi kütlənin 40%-ni təşkil edir. 

Đnsanlar  yalnız  su  qəbul  etməklə  40  günə  qədər  ac  qala 

bilər.  Lakin  susuz  isə  bir  neçə  gün  belə  yaşamaq  mümkün 

deyildir.  


 

280 


 

 

Su-hüceyrənin  tərkib  hissəsi  olub,  orqanizmdə  mühüm 



bioloji  funksiyaların  yerinə  yetirilməsində  iştirak  edir.  Su 

orqanizmdəki  bütün  maddələrin  həlledicisidir.  Su  orqanizmdə 

olan  bəzi  maddələrlə  reaksiyaya  girərək,  başqa  birləşmələr 

əmələ  gətirir.  Zülalların,  yağların,  karbohidratların  hidrolitik 

yolla parçalanması bilavasitə suyun iştirakı ilə gedir. Fotosintez 

və  tənəffüs  proseslərində  də  su  mühüm  rol  oynayır.  Hidrolaza 

qrup fermentləri biokimyəvi reaksiyanın gedişini suyun iştirakı 

ilə sürətləndirir.  

Bitki aləmi üçün su əsas nəqliyyat vasitəsi hesab olunur. 

Bitkilərin  ayrı-ayrı  orqanlarına  qida  maddələri  su  vasitəsilə 

verilir.  Bitki  lazımi  qədər  su  ilə  təmin  olmadıqda  onların 

məhsuldarlığı  aşağı  düşür.  Bu  zaman  fotosintez  və  tənəffüs 

prosesinin gedişatı zəifləyir. Bitkilərdə karbohidratların sintezi 

ləngiyir,  azot  mübadiləsi  və  boy  inkişafı  pozulur.  Belə  halda 

bitkilərdə  maddələr  mübadiləsi  zəifləyir.  Nəticədə  bitkidə 

lazımi qədər qida maddələri sintez olunmur.  

Orqanizm üçün istifadə olunan su həzm sisteminin bütün 

hissələrinin  selikli  qişasından  sovrula  bilər.  Onun  əsas  hissəsi 

bağırsaqlardan  qana  sovrulur.  Həzm  sistemlərindən  sovrulmuş 

su qan vasitəsilə orqanizmin bütün üzv və toxumalarına yayılır. 

Hətta qan  müəyyən dərəcədə durulaşır və qan dövranı prosesi 

tənzimlənir.  

Orqanizmdə suyun azalması nəticəsində qanın qatılığı da 

artır.  Bundan  başqa  suyun  orqanizmdə  azalması  zamanı  hətta 

qanın  kimyəvi  tərkibi  də  müəyyən  dərəcədə  dəyişir.  Bu  da 

qanın  damarlar  vasitəsilə  axma  sürətini  zəiflədir.  Orqanizmə 

normadan  artıq  su  qəbul  etmək  də  su  mübadiləsinin 

pozulmasına şərait yaradır. Sağlam insanlar yuxarıda göstərilən 

normadan  artıq  su  qəbul  etməmələri  məqsədəuyğun  hesab 

olunur.  Đnsan  orqanizmində  daim  susuzluğu  aradan  götürmək, 

daha  doğrusu,  onu  tənzimləmək  tələb  olunur.  Əks  halda    su 

mübadiləsi  pozulur,  orqanizmdə  müxtəlif  xoşagəlməyən 

fəsadların baş verməsinə səbəb olur. 


 

281 


 

 

XÜSUSĐ   HĐSSƏ 



 


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin