2.5. Zülalların mübadiləsi
Zülallar hüceyrənin əmələ gəlməsində böyük əhəmiyyətə
malik olmaqla, həyatı proseslərin, o cümlədən, maddələr
mübadiləsinin əsasını təşkil edir.
Bütün canlı orqanizmlərdə zülalların parçalanması ilə
yanaşı əmələ gəlməsi də (biosintezi) baş verir. Đnsan
orqanizminin zülala olan tələbatı yalnız qida hesabına ödənilir.
Qəbul olunmuş qida protolitik fermentlərin təsiri ilə
254
aminturşularla (qlisin, valin, leysin, tritofan və s.) ayrılaraq
qana keçir, bədənin bütün orqanlarına aparılır. Orqan və
toxumalarda aminturşularından yenidən spesifik zülalların,
fermentlərin, vitaminlərin əmələ gəlməsində istifadə olunur.
Həzm sistemindən sonra qana keçən aminturşular ilk
növbədə qaraciyərdə toplanır. Zülallarla zəngin olan qida
məhsullarının həzmi zamanı qanın tərkibində aminturşuların
miqdarı artır. Orqanizmin toxumaları tezliklə qanın tərkibində
olan sərbəst aminturşuların artıq hissəsini mənimsəyirlər.
Hətta vena daxilinə yeridilən aminturşular da qan
damarlarında 5-10 dəqiqədən artıq dövr etmir. Lakin
qaraciyərin fəaliyyətində pozğunluq olduqda aminturşuların
mənimsənilməsi müddəti uzanır.
Aminturşularının
bir
hissəsi
də
hüceyrələrdə
parçalanaraq, bəsit maddələrə çevrilərək enerji verir. Đnsan
orqanizminin enerjiyə olan tələbatının 14%-i zülalların
parçalanması hesabına ödənilir. Qeyd etmək lazımdır ki, insan
və heyvan orqanizmindən fərqli olaraq, bitkilərdə bütün
aminturşuları (əvəzolunan və əvəzolunmayan) sintez olunur.
Ancaq, insan orqanizmi əvəzolunmayan aminturşularını (valin,
leysin, fenilalanin və s.) sintez edə bilmir. Onlara olan tələbat
yalnız qida məhsulları hesabına ödənilir. Qida məhsullarının
keyfiyyəti onun tərkibində olan əvəzolunmayan aminturşu-
larının varlığından və miqdarından çox asılıdır.
Bitki mənşəli qida məhsullarında (buğda, meyvə-tərəvəz,
üzüm, paxlalılar və s.) aminturşularını sintez etməsi üçün
ammonyak tələb olunur.
Bitkilər, ammonyakı torpaqda olan nitratlardan alır.
Nitratların ammonyaka çevrilməsinə nitrifikasiya prosesi
deyilir.
HNO
3
+4H
2
→NH
3
+3H
2
O
Bu proses fermentlərin iştirakı ilə bir neçə mərhələ üzrə
gedir.
255
Đlk mərhələdə nitrat turşusu nitratreduktaza fermentinin
təsiri ilə nitrit turşusuna çevrilir:
HNO
3
+NAD·H
2
→HNO
2
+H
2
O+NAD
Sonra, nitrit turşusu nitritreduktaza fermentinin təsiri ilə
hiponitrit turşusuna çevrilir:
HNO
2
+ NAD·H
2
→H
2
N
2
O
2
+2H
2
O+2NAD
Hiponitrit turşusu, hiponitritreduktaza fermentinin iştirakı
ilə hidroksilaminə çevrlir:
H
2
N
2
O
2
+2NAD·H
2
→2NH
2
OH+2NAD
Hidroksilamin və hidroksilaminreduktaza fermentinin
təsiri nəticəsində ammonyaka çevrilir:
NH
2
OH+NAD·H
2
→NH
3
+H
2
O+NAD
Nitrifikasiya prosesində bir sıra mikroelementlərin: mis,
manqan, molibden və s. rolu böyükdür. Bu zaman lazım olan
enerji tənəffüs və fotosintez proseslərinin hesabına ödənilir.
2.5.1.Aminturşuların biosintezi
Aminturşuların sintezi bitki mənşəli qida məhsullarının
müxtəlif orqanlarında (kök, yarpaq və s.) eyni dərəcədə getmir.
Bu proses bitkinin meyvəsində və yarpağında daha
sürətlə
gedir.
Aminturşuların
sintezində
ketoturşuların
(piroüzüm, quzu-qulaq sirkə, ketoqlütar turşuları və s.) böyük
rolu vardır.
Qida məhsullarından qana keçən aminturşular orqanizmin
tələbatından asılı olaraq ya zülalların biosintezinə sərf olunur
ya da enerji mənbəyi kimi istifadə edilirlər.
Aminturşuların ketoturşulardan əmələ gəlməsi iki faza
üzrə gedir. Đlk mərhələdə ketoturşular ammonyakla birləşib,
müvafiq aminturşuya çevrilir:
NH
R–CO–COOH+HNH
2
→ R–C–COOH+H
2
O
256
Đkinci fazada aminturşuları NADF·H
2
-ın hesabına
aminturşusuna çevrilir:
NH NH
2
R–C–COOH+NADF · H
2
→R–CH–COOH+NADF
Bitkilərdə aminturşuları əsasən üzvi turşuların hesabına
sintez olunurlar. Bu zaman müvafiq üzvi turşulardan
aminturşular, aminturşularından isə ketoturşular sintez olunur.
bu prosesin gedişində qlütamatsintetaza fermenti iştirak edir.
Fermentin aktiv qrupu NAD·H
2
və NADF·H
2
-dir. Əgər
piroüzüm turşusu ammonyakla reaksiyaya girərsə, alanin,
oksipiroüzüm turşusundan–serin, quzuqulaq sirkə turşusundan
–asparagin turşusu, α-ketoizovalerian turşusundan leysin, α-
keto-β-metilvalerian turşusundan isə izoleysin aminturşuları
sintez olunur. Bu proses aşağıdakı kimi gedir:
1. CH
3
COCOOH + NH
3
+ H
2
↔ CH
3
CHNH
2
COOH + H
2
O
piroüzüm turşusu alanin
2.CH
2
OHCOCOOH+NH
3
+H
2
↔ CH
2
OHCHNH
2
COOH+ H
2
O
oksipiroüzüm turşusu serin
3.COOH–CH
2
–CO–COOH + NH
3
+ H
2
↔ COOH–CH
2
–CH–
quzuqulaq asparagin
–NH
2
–COOH + H
2
O
4.CH
3
–CHCOCOOH+NH
3
+H
2
↔CH
3
–CHCHNH
2
COOH+H
2
O
CH
3
CH
3
α-ketoizovalerian turşusu valin
5.CH
3
–CHCH
2
COCOOH + NH
3
+ H
2
↔
CH
3
α-ketoizokapron turşusu
↔ CH
3
–CHCH
2
CHNH
2
COOH + H
2
O
CH
3
Leysin
257
6. CH
3
CH
2
–CH–COCOOH + NH
3
+ H
2
↔
CH
3
α-keto-β-metilvaleryan turşusu
↔ CH
3
–CH
2
–CH–CHNH
2
COOH + H
2
O
CH
3
Izoleysin
Son zamanlar məlum olmuşdur ki, quzuqulaq sirkə
turşusunun asparagin turşusuna çevrilməsində aspartat-
ammiak-liaza fermenti iştirak edir.
Reaksiyanın gedişindən göründüyü kimi bitkilərdə
ketoturşulardan aminturşular, onlardan da ketoturşular sintez
olunur. Bitkilərdə asparagin turşusu fumar turşusundan da
sintez olunur.
COOHCH=CHCOOH + NH
3
↔ COOHCH
2
CHNH
2
COOH
fumar turşusu asparagin turşusu
Ammonyak zəhərli maddə olduğu üçün bitkilərmüvafiq
fermentlərin təsiri ilə ammonyakı zərərsizləşdirirlər. Fumar
turşusunun
ammonyakla
birləşməsindən
əmələ
gəlmiş
asparagin turşusu asparaginsintetaza fermentinin təsiri ilə
asparaginə çevrilir.
COOHCH
2
CHNH
2
COOH + NH
3
+ ATF →
CONH
2
CH
2
CHNH
2
COOH + ADF + H
3
PO
4
Aminturşularının biosintezi zamanı bəzi bitkilərdə
ammonyak çox əmələ gəlir. Bu zaman əmələ gəlmiş
ammonyak bitki hüceyrələrinə zərərli təsir göstərir. Bitkilərin
əsas xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onlar artıq
258
əmələ gəlmiş ammonyakı zərərsizləşdirmək qabiliyyətinə
malikdirlər.
Bitkilərdə
ammonyakın
zərərsizləşməsi
bir
neçə
mərhələlərlə baş verir. Bunlardan biri turşu amidlərinin əmələ
gəlməsidir. Bu yolla qlütamin turşusundan qlütaminamid,
asparagin turşusundan isə asparaginamid əmələ gəlir. Bu
prosesi qlütamin turşusu timsalında aşağıdakı kimi göstərmək
olar:
HOOC–CH
2
–CH
2
–CHNH
2
–COOH–NH
3
+ATF→
→H
2
NOC–CH
2
–CH
2
–CHNH
2
–COOH+ADF+H
3
PO
4
Reaksiyanın gedişində qlütamin sintetaza iştirak edir.
Ammonyakın zərərsizləşdirilməsi yollarından biri də müvafiq
üzvi turşuların ammonyakla birləşib duz əmələ gətirməsidir.
HOOC–CH
2
–CHOH–CHOH+NH
3
→
alma turşusu
→HOOC–CH
2
–CHOHCOONH
4
alma turşusunun ammonium duzu
Ammonyakın zərərsizləşdirilməsi yollarından biri də
sidik cövhərinin əmələ gəlməsidir. Sidik cövhərinin əmələ
gəlməsi ornitin tsikli üzrə gedir. Ornitin əvvəlcə karbon qazı və
ammonyakla birləşərək sitrullinə çevrilir:
H
2
N–(CH
2
)
3
–CHNH
3
–COOH+NH
3
+CO
2
→
ornitin
O
→ H
2
N–C–NH–(CH
2
)
3
–CHNH
2
–COOH+H
2
O
Sitrullin
Alınan sitrullin yenidən ammonyakla birləşərək argininə
çevrilir.
259
Arginin isə arginaza fermentinin təsiri ilə parçalanıb,
ornitinə və sidik cövhərinə çevrilir:
NH
2
NH
2
C=O C=NH
+NH
3
+H
2
O
NH +
H
2
O
NH
(CH
2
)
3
(CH
2
)
3
CHNH
2
CHNH
2
COOH COOH
sitrulin arginin
NH
2
NH
2
CH
2
+ C O
NH
2
CH
2
sidik cövhəri
CH
2
CHNH
2
COOH
ornitin
Ornitin yenidən karbon qazı və ammonyakla reaksiyaya
girərək, sidik cövhərinin sintezini davam etdirərək tsikl təkrar
olunur. Bu prosesdə sitrulinin, arginin, sidik cövhərinin əmələ
gəlməsi və təkrar olması, ornitin dövranı adlanır. Sidik cövhə-
rinin sintezi yalnız aerob şəraitdə gedir.
260
Orqanizmdə 1 q-mol sidik cövhərinin sintezinə 58 kC (14
kkal) enerji sərf olunur. Bu zaman tələb olunan enerji aerob
oksidləşmə nəticəsində əmələ gələn ATF molekullarından
alınır.
Ammonyakın zərərsizləşdirilmə yollarından biri də təkrar
aminləşmə və ya transamilləşmə prosesidir. Təkrar aminləşmə
ilk dəfə rus alimləri A.Braunşteyn və M.Qrisman tərəfindən
kəşf edilmişdir.
Təkrar aminləşmə aminturşularının aminsizləşməsi ilə
əmələ gəlmiş ketoturşuların yenidən aminləşərək, ammonyakın
hesabına aminturşularına çevrilməsi prosesinə deyilir. Ona
görə də təkrar aminləşməyə yenidən aminləşmə də deyilir.
Təkrar aminləşmə reaksiyalarını kataliz edən fermentlərə
aminotransferazalar və ya transaminazalar deyilir.
Bu fermentlərin fəal qrupu fosfopiridoksal və ya B
6
-
vitaminidir. Fosfopiridoksal fermentin tərkibində təkrar
aminləşmə reaksiyasında amin qruplarının aralıq daşıyıcısı
kimi iştirak edir.
Fosfopiridoksal əvvəlcə aminturşu molekulunda olan
amin qrupu ilə birləşərək, fosfopiridoksalaminə çevrilir. Bu
proses aşağıdakı kimi iki mərhələdə gedir:
O
CH
CH
R
1
HO CH
2
OP
+
CHNH
2
H
3
C
N
COOH
aminturşu fosfopiridoksal
261
CH
2
NH
2
R
1
HO CH
2
OP
+
CHNH
2
H
3
C CH I mərhələ
N
COOH
ketoturşu
fosfopiridoksalamin
Sonra fosfopiridoksalamin ketoturşu ilə birləşərək yeni
aminturşuya və fosfopiridoksala çevrilir:
CH
2
NH
2
R
2
HO CH
2
OP
+
CHNH
2
H
3
C CH
N
COOH
ketoturşu fosfopiridoksalamin
O
C
H
R
2
HO CH
2
OP
+
CHNH
2
H
3
C CH
N
COOH
aminturşu fosfopiridoksoil
Məlum olmuşdur ki, bütün aminturşuları təkrar aminləşə
bilir. Bu zaman bir aminturşudan başqa aminturşuya sintez
olunur. Məsələn, qlisin-serindən, tirozin-fenilalanindən və
başqaları da bir-birindən bu yolla sintez olunur. Bu yolla insan
262
orqanizmində yalnız əvəz olunan aminturşu sintez edilir.
Ancaq bitkilərdə və bitki mənşəli qida məhsullarında isə bütün
aminturşuları, o cümlədən, əvəzoluna bilməyənlərin (valin,
leysin, triptofan, metionin və s.) də hamısı sintez olunur.
2.5.2.Aminturşuların aminsizləşməsi yolları
Aminturşu molekulundan amin qrupunun ayrılması ilə
gedən kimyəvi reaksiyalara aminsizləşmə və ya dezaminləşmə
deyilir.
Fermentlərin təsiri ilə orqanizmdə hidroliz olan
aminturşuların bir qismi spesifik zülalların və fermentlərin
sintezində iştirak edir.
Aminturşuların bir hissəsi də parçalanaraq müəyyən
miqdarda enerji əmələ gətirir ki, bu da mübadilə prosesində
istifadə olunur. Onların bir qismi isə parçalanma prosesinə
məruz qalaraq başqa üzvi maddələrin sintezində sərf olunur.
Aminturşuların parçalanması aminsizləşmə prosesi ilə
başlayır. Aminsizləşmə reaksiyası zamanı ammonyak da
ayrılır. Aminturşuların aminsizləşməsinin bir neçə növü
müəyyən edilmişdir.
1. Reduksiya olunmaqla aminsizləşmə. Bu zaman
aminturşusu müvafiq doymuş üzvi turşuya çevrilir:
R–CHNH
2
–COOH+H
2
→R–CH
2
–COOH+NH
3
2.
Hidrolitik
aminsizləşmə.
Bu
reaksiyada
aminturşusunda oksiturşu və ammonyak alınır:
R–CHNH
2
–COOH+HOH→R–CHOH–COOH+NH
3. Oksidləşməklə aminsizləşmə. Oksidləşmə yolu ilə
gedən aminsizləşmə reaksiyasında müvafiq ketoturşu əmələ
gəlir:
O
R–CHNH
2
–COOH+1/2 O
2
→ R–C–COOH+NH
3
263
4. Molekuldaxili aminsizləşmə. Bu zaman aminturşu
molekulları parçalanaraq doymamış turşuya və ammonyaka
çevrilir:
R–CHNH
2
–COOH→R–CH=CH–COOH+NH
2
Aminturşuların oksidləşmə yolu ilə aminsizləşməsi
zamanı əmələ gələn ketoturşuların bir qismi yenidən
aminləşərək
aminturşulara
çevrilir.
Əsas
hissəsi
isə
karbohidratların aerob mübadiləsində iştirak edərək Krebs
tsikli üzrə çevrilmələrə məruz qalaraq, suya və karbon qazına
ayrılır.
Yuxarıda göstərilən üsullardan başqa aminturşuların
parçalanması
yollarından
biri
də
karboksilsizləşmədir.
Aminturşuların karboksilsizləşməsini ilk dəfə 1876-cı ildə
M.Nenski öyrənmişdir. Bu zaman aminturşularının karboksil
qrupu hesabına, karbon qazının ayrılması prosesi baş verir.
R–CHNH
2
–COOH→R–CH
2
NH
2
+CO
2
Bu zaman aminturşularından müvafiq aminlər əmələ
gəlir. Bu prosesi sürətləndirən fermentlər dekarboksilazalar
adlanır. Onların aktiv qrupu fosfopiridoksaldır. Yeyinti
məhsullarının emalı və saxlanması zamanı aminturşuların
karboksilsizləşməsi prosesi də gedir. Bu zaman fenilalanindən
feniletilamin, tirozindən tiramin və qeyriləri əmələ gəlir:
NH
2
CH
2
–CH–COOH
-CO
2
CH
2
–CH
2
NH
3
OH OH
Tirozin Tiramin
Bitki mənşəli konserv məhsullarını, müxtəlif növ
şərabları və başqa qida maddələrini uzun müddət saxladıqda
aromatik aminturşulardan karboksilsizləşmə yolu ilə müvafiq
aromatik aminlərin əmələ gəlməsi məhsulun dad keyfiyyətinə
yaxşı təsir göstərir.
264
2.5.3.Bəzi aminturşuların çevrilmələri yolları
Qida məhsullarında aminturşuların əmələ gəlməsi və
parçalanması ilə yanaşı, onların müxtəlif çevrilmələri
nəticəsində bir sıra qiymətli qida maddələri (xolin, kolamin, PP
vitamini, triptofan və s.) əmələ gəlir. Bu da insan orqanizmində
maddələr mübadiləsinin intensiv getməsinə müsbət təsir edir.
Bir sıra aminturşuların çevrilmələri ilə tanış olaq.
Qlisin. Bu turşu hemin, purin əsaslarının, qlütationun və
başqalarının sintezində istifadə olunur. Bundan başqa qlisin
aminsizləşdikdə qlioksil turşusuna çevrilir:
CH
2
NH
2
COH + NH
3
+1/2O
2
→
COOH COOH
qlisin
qlioksil
Qlioksil turşusu təkrar aminləşmədə iştirak edərək
yenidən qlisinə çevrilir.
Alanin. Bu turşu oksidləşmə yolu ilə aminsizləşmə
prosesi zamanı piroüzüm turşusuna çevrilir:
CH
3
CHNH
2
COOH+1/2O
2
→CH
3
CO-COOH+NH
3
alanin
piroüzüm turşusu
Piroüzüm turşusu karbohidratların aerob mübadiləsində
istifadə olunur. Alanin bitki mənşəli məhsullarda daha geniş
yayılmışdır.
Serin. Bu aminturşusu fotosintez prosesində qliserin
turşusundan əmələ gəlir.
Əvvəlcə, qliserin turşusu bir molekul hidrogen itirərək
oksipiroüzüm turşusuna, aminləşərək serinə çevrilir:
CH
2
OH CH
2
OH CH
2
OH
+NH
3
CHOH
- H
2
C=O
-1/2 O
2
CHNH
2
COOH COOH COOH
qliserin turşusu oksipiroüzüm turşusu
265
Bundan
başqa
serin
qlisinlə
formaldehidin
kondensasiyasından da əmələ gəlir:
CH
2
OH
CH
2
NH
2
O
+ H–C → CHNH
2
COOH H
qlisin
COOH
Serinin əsas çevrilmələrindən biri də sisteinin əmələ
gəlməsidir. Bu zaman tərkibində hidroksil qrupu olan serin
sulfidril qrupu saxlayan birləşmələrlə reaksiyaya girərək
sisteinə çevrilir. Yəni, serinin hidroksil qrupu, sulfidril qrupu
ilə əvəz olunur:
CH
2
OH CH
2
SH
CHNH
3
+ R–SH → CHNH
2
+ R–OH
COOH COO
serin sistein
Serin
bitkilərdə
geniş
yayılmış
serinfosfatidlərin
tərkibində olur.
Treonin.
Treonin
əvəzolunmayan
aminturşusudur.
Tərkibində hidroksil qrupu olduğuna görə oksiamin turşusunun
nümayəndəsidir. Parçalandıqda sirkə aldehidinə və qlisinə
çevrilir.
CH
3
CH
3
CH
2
–COOH
O
CHOH → C + NH
2
H
CHNH
2
sirkə aldehidi qlisin
COOH
treonin
266
Treonin insan orqanizmində sintez olunmur. O, yalnız
bitkilərdə sintez olunur.
Metionin.
Bu
turşu
tərkibində
kükürd
saxlayan
əvəzolunmayan aminturşusudur. Yalnız bitki mənşəli qida
məhsullarında
olur.
Bitki
mənşəli
məhsullarda
olan
homosisteindən əmələ gəlir.
HS–CH
2
–CH
2
–CHNH
2
–COOH→
homosistein
→S–CH
2
–CH
2
–CHNH
2
–COOH
CH
3
metionin
Valin,
leysin,
izoleysin.
Bunlar
əvəzolunmayan
aminturşulardır. Yalnız bitkilərdə sintez olunur. müvafiq
ketoturşular (α–ketoizovalerian, α–ketoizokapron, α–keto–β–
metil valerian turşusu) aminləşərək fermentativ yolla valinə,
leysinə və izoleysinə çevrilir. Reaksiya sxematik olaraq
aşağıdakı kimi gedir:
H
3
C
CH–CO–COOH+NH
3
+NADF · H
2
→
H
3
C
α–ketoizovalerian turşusu
H
3
C
→ CH–CHNH
2
COOH+H
2
O+NADF
H
3
C
valin
H
3
C
CH–CH
2
–CO–COOH+NH
3
+NADF · H
2
→
H
3
C
α–ketoizokapron turşusu
267
H
3
C
→ CH–CH
2
–CHNH–COOH+H
2
O+NADF
H
3
C
leysin
H
3
C–H
2
C
CH–CO–COOH+NH
3
+NADF · H
2
→
H
3
C
α–keto–β–metil valerian turşusu
H
3
C–H
2
C
→ CH–CHNH
2
–COOH+H
2
O+NADF
H
3
C
Đzoleysin
Asparagin və qlütamin turşuları. Bu turşuların bitkilərdə
amidlərinə də rast gəlinir. Onlar maddələr mübadiləsi
prosesində yaxından iştirak edirlər. Asparagin və qlütamin
turşuları qeyd olunduğu kimi əvəzolunan aminturşularıdır.
Quzuqulağı sirkə turşusundan, asparagin turşusu, keto-
qlütar turşusundan isə qlütamin turşusu sintez olunur:
COOH COOH
CH
2
+ NH
3
+NADF · H
2
→ CH
2
+ H
2
O +NADF
C=O CHNH
2
COOH COOH
Quzuqulağı sirkə turşusu Asparagin turşusu
Ayrılmış asparagin turşusu başqa üzvi turşuların
sintezində iştirak edir.
Asparagin və qlütamin turşuları da aminləşməklə
valindən və metionindən də əmələ gəlir. Bundan başqa
aspargin turşusundan sitrulinin, argininin və pirimidin
əsaslarının, qlütamin turşusundan isə qlütanionun, ornitinin və
fol turşusunun sintezində istifadə olunur.
268
COOH COOH
CH
2
+ NH
3
+NADF · H
2
→ CH
2
+ H
2
O +NADF
CH
2
CH
2
CO CHNH
3
COOH COOH
ketoqlütar qlütamin
turşusu turşusu
Fenilalanin və tirozin. Bunlar aromatik aminturşularının
nümayəndəsi olub, kimyəvi quruluşuna görə az fərqlənir.
Fenilalanin əvəzolunmayan, tirozin isə yarıməvəzolunan
turşulara aiddir. Fenilalanin fenialain 4-hidroksilaza
fermentinin təsiri ilə tirozinə çevrilir:
CH
2
–CHNH
2
–COOH
+ O
2
+ NADF · H
2
→
fenilalanin
CH
2
–CHNH
2
–COOH
→
+ H
2
O + NADF
OH
Tirozin
Fenilalanin aminsizləşdikdə feniletanol, karboksilsizləş-
dikdə isə feniletanola çevrilir. Tirozin isə aminsizləşdikdə
tiraminə, karboksilsizləşdikdə isə tirola çevrilir.
269
Triptofan. Triptofan əvəzolunmayan aminturşudur. Đnsan
orqanizmi bu turşunu sintez edə bilmir. Bitkilərdə isə triptofan
sintez olunur. Triptofan hidrolitik yolla triptofola çevrilir:
CH
2
–CHNH
2
–COOH CH
2
–CH
2
OH
-CO
2
NH NH
Triptofan Triptofol
Bundan başqa triptofandan katabolizm prosesində
(dissimilyasiya
zamanı)
antranil
turşusu
və
alifatik
aminturşusunun nümayəndəsi olan alanin də əmələ gəlir. bu
zaman əmələ gəlmiş alanin də biosintez prosesinə qoşularaq
müxtəlif alifatik üzvi turşuların və aminturşularının sintezində
iştirak edir.
Bu prosesi sxematik olaraq aşağıdakı kimi göstərmək
olar.
CH
3
CH
2
–CHNH
2
–COOH COOH
+ CHNH
2
NH
2
NH COOH
Sriptofon Antratil alanin
turşusu
Histidin. Bu turşu qida məhsullarında karboksilsizləşmə
yolu ilə histaminə çevrilir:
CH
2
–CH–COOH N CH
2
–CH
2
NH
2
NH
-CO
2
NH NH
histidin histamin
270
Qida məhsullarının termiki üsulla emalı zamanı histidin
parçalanaraq histaminə çevrilir. Histamin aromatik dada
malikdir. Histidin yarıməvəzolunan aminturşudur. Đnsan orqa-
nizmində istənilən qədər çatışmadıqda maddələr mübadiləsi
pozulur.
Aminturşuların çevrilmələrinin qida sənayesində mühüm
əhəmiyyəti vardır. Belə ki, onların çevrilməsindən qida
məhsullarında melanoidlər (şəkər-amin) əmələ gəlir ki, onlar
da məhsulun dadına, keyfiyyətinə və yetişməsinə təsir
göstərirlər. Melanoidlər, tərkibində şəkər və aminturşusu olan
qida məhsullarının isti üsulla emalı zamanı əmələ gəlirlər.
Bundan başqa, aminturşuların katobolizmi zamanı əmələ
gələn triptofol, tiramin, feniletilamin, feniletanol və qeyriləri
şərab, çay, konserv və digər qida məhsullarının dad
keyfiyyətinə müsbət təsir göstərirlər.
Dostları ilə paylaş: |