QEYD:
Silah bahası, nal bahası şərab bahası vergiləri alınır
və ordunun
ehtiyaclarına sərf olunurdu.
Monqol ağalığı dövründə tətbiq edilən yeni vergi növləri
Tamğa
(Bac)
Şəhər sənətkarları və
tacirlərdən pulla alınırdı.
Qopçur
Əvvəllər
köçəri maldarlar ödəyirdilər.
Lakin sonralar can vergisinə
çevrilərək
şəhər və
kəndlilərdən də alınmağa başlandı. Qazan xanın dini
islahatından sonra bu vergi tədricən aradan qalxdı.
XV əsrdə Azərbaycanda mövcud olan vergilər
Malcəhət
Məhsul vergisi idi.
Əsas vergi növü hesab olunurdu.
Bəhrə
Sudan istifadə əvəzində alınırdı.
Çobanbəyi
Otlaqdan istifadəyə görə
elatlardan alınırdı.
Cizyə
Can vergisi idi. Xristian əhalisindən alınırdı.
Tamğa, bac Sənətkar və
tacirlərdən alınırdı.
Səfəvilər dövlətində mövcud olan vergi növləri
Malcəhət
Məhsul və ya
torpaq vergisi idi.
Əsas vergi idi. Uzun Həsənin Qanunnaməsi
ilə məhsulun 1/5-ni təşkil edirdi
Bəhrə
Sudan istifadəyə görə alınan vergi idi.
Cizyə
Müsəlman olmayan əhalidən alınan vergi idi.
Çobanbəyi Otlaqlardan istifadə əvəzində elatlardan
alınan vergi idi.
Bağbaşı
Bağlar üçün
alınan vergi idi
.
Tamğa
Sənətkarlardan və
tacirlərdən alınırdı. 1565-ci ildə
Şah I Təhmasibin
imzaladığı fərmanla monqollar dövründən qalan və Uzun Həsənin ləğv edə
bilmədiyi tamğa vergisi ləğv edildi.
XIX əsrin II yarısında Şimali Azərbaycanda vergi və mükəlləfiyyətlər
Malcahət
-
torpaq vergisi, ümumi
məhsulun 1/10 hissəsini təşkil edirdi.
Bəhrə
- suvarma suyu üçün alınan vergi idi.
Hərbi vergi -
1887-ci ildən hərbi xidmət əvəzinə ödənilən vergi idi.
Xanlıqlar dövründə vergi və mükəlləfiyyətlər
Malcəhət
Məhsulun
1/10-ni əhatə edən
əsas vergi növü
idi idi
Çöpbaşı
Otlaqlardan istifadə görə rəiyyətdən alınan vergi idi
Bağbaşı
Bağlardan toplanan məhsulun
1/10-ni təşkil edirdi
.
At arpası
Kəndlinin
xanın atları üçün verdiyi arpa idi.
Darğalıq
Xanın əmri ilə
vergi yığan məmurun xeyrinə alınırdı.
Bayramlıq
Bayram günü rəiyyətin
feodala “hədiyyə” gətirməsi idi.
Mirzəyanə,
kələntərlik
Xan dəftərxanasının,
inzibati idarəetmənin digər qurumlarının
xərclərini
ödəmək üçün toplanan vergi idi.
Biyar
Kəndlinin ağa təsərrüfatında haqqı ödənilmədən gördüyü işlər idi.
İldə 3
gündən 6 günədək olurdu.
Əvrəz
Natura, yaxud mükəlləfiyyət
icra etməklə ödənilirdi
. İldə 2 gün olurdu.
Dişkirəsi
Rəiyyətin
xanın əsgərlərini özhesabına saxlaması idi.
XIX əsrdə Cənubi Azərbaycanda vergi növləri
Maliyyəteərzi Torpaq vergisi.
Məhsulun
1/10-i. dövlətin topladığı
əsas və sabit vergi idi.
Baş pulu
Yarımköçəri
maldarların heyvanların sayına görə alınırdı.
Qapı pulu
Maldarların
otlaqlardan istifadəyə görə ödədiyi vergi idi.
Mənbə: TERMİNLƏR və XRONOLOGİYA vəsaitimizdən
QEYD: Müəllif hüquqları qanunla qorunur!