1. “Azərbaycan dilində işgüzar və akademik
kommunikasiya” fənninin xarakteri, məqsəd və
vəzifələri, tələbləri.
Fənnin xarakteri. İşgüzar və akademik kommunikasiya ünsiyyət
sahəsində elmi-nəzəri, metodoloji və praktik materialları
ümumiləşdirir, müasir mütəxəssisin verbal və qeyri-verbal
fenomeninə, yazılı və şifahi nitq səriştəsinə istiqamət verir.
Fənnin məqsəd və vəzifələri. Əsas məqsəd “qloballaşma şəraitində
Azərbaycan dili ilə bağlı məlumatlara yiyələnmək, kommunikasiyanın
forma və funksiyaları, səviyyələri barədə biliklərə sahib çıxmaq, şifahi
və yazılı kommunikasiyalar, habelə nitqə verilən tələblər və digər
önəmli məsələlərin rolunu müasir tələblər səviyyəsində öyrənmək,
ədəbi dilin üslublarını bilmək, danışıq etikası və müraciət etiketləri
barədə məlumatlara yiyələnmək, təşkil olunmuş nitqin
özünəməxsusluğunu bilmək, müasir Azərbaycan dilinin funksional
üslubları barədə məlumatları və qaydaları öyrənmək, orfoepiya və
orfoqrafiya qaydalarına əməl olunmasının mahiyyətini öyrənmək,
ictimai həyatda səmərəli davranışları, şifahi və yazılı ünsiyyət
vərdişlərini formalaşdırmaq, mənimsətmək, bütün işgüzar
resurslardan istifadə etməklə ümumi nitq mədəniyyətini
yüksəltməkdir.
Dostları ilə paylaş: