Adiak imtahan suallarinin cavablari


  İşgüzar kommunikasiyada əlaqələrin formaları



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə9/42
tarix21.06.2023
ölçüsü0,6 Mb.
#133708
1   ...   5   6   7   8   9   10   11   12   ...   42
ADİAK - İMTAHAN SUALLARININ CAVABLARI

10. 
İşgüzar kommunikasiyada əlaqələrin formaları. 
İşgüzar kommunikasiyanın müxtəlif formaları informasiya 
məzmununun daha effektiv şəkildə həyata keçirilməsinə kömək edir. 
Bu formalar aşağıdakılardır: 
– İşgüzar söhbətlər, danışıqlar;
– Kütləvi çıxışlar (məruzələr, təbriklər);
– Mətbuat konfransları;
– Müzakirələr, diskussiyalar, mübahisələr; 
– Təqdimatlar;
– İşgüzar səhər, nahar, şam yeməyi, furşet. 
İşgüzar kommunikasiyanın proses və nəticələri rəsmi məktub, 
protokol, əmr, müqavilə, qətnamə və s. şəklində sənədləşdirilir. 
İşgüzar kommunikasiyada problemlərin həlli uzanırsa, yaxud 
telefon və ya digər onlayn vasitələr planlaşdırılanları həyata keçirmək 
üçün yetərli deyilsə, o zaman müşavirə keçirmək məqsədəuyğundur. 
İşgüzar müşavirə mövcud vəziyyət barədə məlumat vermək və həll 
yollarını göstərmək üçün nəzərdə tutulan kollegial müzakirə 
formasıdır. 
İşgüzar kommunikasiyada maraqlar üst-üstə düşdükdə və ya zidd 
olduqda iş ortaqları arasında razılığa gəlmək üçün danışıq fəaliyyət 
formasından istifadə olunur. Danışıq, əsasən, diplomatik sənətdir, 
işgüzar kommunikasiya üçün bir qədər zamanla uzanan bir prosesdir. 
Başqa bir forması dəyirmi masa və disputdur. Dəyirmi masa hər 
hansı məsələni danışıqla həll etmək, müzakirə yolu ilə razılığa gəlmək, 
qarşılıqlı anlaşmaya nail olmaq üçün dialoq aparmaq üsuludur. Disput 
müəyyən işgüzar mövzuda açıq mübahisədir. Bəzən bu məsələlər 
işgüzar müşavirə, çıxışla müşayiət olunur. İşgüzar müşavirə bir qrup 
mütəxəssisin problemi açıq kollektiv müzakirəyə çıxarması, ictimai 
çıxış isə müxtəlif səviyyəli məlumatı natiqlik ustalığının qayda və 
prinsiplərinə əməl edərək geniş auditoriyaya ötürməsidir. 


11. 
İşgüzar kommunikasiyada əlaqələrin mərhələləri və 

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin