12.
İşgüzar kommunikasiyada danışmaq və dinləmək
bacarığı.
Danışmaq nitq mənimsənildiyi andan başlayır və bunu hər kəs
bacarır. Lakin hamının başa düşəcəyi səviyyədə, düzgün, məntiqli,
savadlı
danışmaq bacarığı natiqlik ustalığıdır.
Danışmaq bacarığı özünü dialoqda da göstərir. Dialoq məlumat
mübadiləsidir, burada sual vermək bacarığı mühüm rol oynayır.
Zamanında antik ritorika dialoqda bütün problemli vəziyyəti əhatə
edən yeddi klassik sual irəli sürürdü: nə? Kim? Harada? Hansı üsulla?
Nə üçün? Necə? Nə zaman?
İşgüzar kommunikasiyada sualın müxtəlif növlərindən istifadə
olunur:
1)Qapalı suallar. Bunlara qarşı tərəf bəli və ya xeyr cavabı verir.
2)Açıq suallar. Qarşı tərəf əhatəli cavab verməli olur.
3)Həmsöhbətin sizi başa düşdüyünə əmin olmaq üçün yoxlama
suallar.
4)Alternativ suallar. Bu suallar qarşı tərəfə seçim və daha tez qərar
qəbuletmə imkanı, nitqə emosionallıq verir.
5)Ritorik suallar. Cavab tələb olunmur.
6)İstiqamətverici suallar. Tərkibində tələb olunan cavabların elementi
də olduğu üçün lazım gəldikdə danışığı müəyyən istiqamətə
yönəltmək mümkündür.
Dostları ilə paylaş: