Adiak imtahan suallarinin cavablari


 Danışıqların aparılmasında taktiki üsullar



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə8/42
tarix21.06.2023
ölçüsü0,6 Mb.
#133708
1   ...   4   5   6   7   8   9   10   11   ...   42
ADİAK - İMTAHAN SUALLARININ CAVABLARI

9. Danışıqların aparılmasında taktiki üsullar. 
Danışıqların aparılmasının bu və ya digər strategiyası çərçivəsində 
tətbiq edilən əsas taktiki üsulların səciyyəsi belədir: 
1.Tələblərin artırılması. Danışıqlar başlanır, müxaliflər əhəmiyyətli 
dərəcədə şişirdilmiş tələblər irəli sürür; bir sıra güzəştlər geri 
götürülür, bu zaman qarşı tərəfdən real güzəştlərə nail olunur. 
2.Öz mövqeyində yalan vurğuların yerləşdirilməsi. Az əhəmiyyətli 
məsələnin həllində son dərəcə maraqlı olduqları nümayiş etdirilir. 
3.Məlumatın çox kiçik hissələrlə opponentə ötürülməsi. Bu taktiki 
gediş rəqibdən mümkün qədər çox məlumat əldə etmək və ya 
danışıqları uzatmaq üçün istifadə olunur. 
4.Danışıq iştirakçılarından biri əks-arqumentlərdən çətinlik çəkir, 
opponentləri ona təzyiq göstərir. 
5.Qəsdən aldatma. Nəyəsə nail olmaq və ya hər hansı nəticənin 
qarşısını almaq üçün istifadə olunur: İnformasiya təhrif edilir, bilə-bilə 
yalan məlumatlar verilir; Bu və ya digər məsələlər üzrə qərar qəbul 
etmək səlahiyyəti olmur. 
6.Razılaşmanın şərtlərini yerinə yetirmək niyyətinin olmaması.
7.Artan tələblərin irəli sürülməsi. Əgər danışıq iştirakçılarından biri 
təqdim olunan təkliflərlə razılaşırsa, digər iştirakçı yeni-yeni tələblər 
irəli sürür. 
8.Son dəqiqədə yeni tələblərin irəli sürülməsi. Bu vəziyyətdə ümid 
edilir ki, opponent əldə edilmişləri qoruyub saxlamaq üçün güzəştə 
gedəcək.
9.İkiqat şərh. Yekun sənədinin hazırlanması zamanı tərəflərdən biri 
ortaya ikili məna daşıyan formullar qoyur. Sonradan bu taktika 
razılaşmanı öz maraqlarına uyğun şərh etməyə imkan verir.
10.Rəqibə təzyiq göstərilməsi. Ondan güzəşt əldə etmək və təklif 
olunan qərarla razılaşmağa məcbur etmək məqsədilə tətbiq edilir. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin