19. İşgüzar kommunikasiyadat etiket. İşgüzar kommunikasiyada etiket, ümumiyyətlə, etikanın fərqli bir
tərəfidir və onun əsas xüsusiyyətlərini ehtiva edir. Etiket böyük
mənəvi mənaya malikdir, onun köməyi ilə əlaqə qurulan şəxsə
hörməti ifadə etmək mümkündür.
Şifahi ünsiyyətin tarixən işlənmiş işgüzar nitq etiket stereotipləri
mövcuddur: cənab, xanım, xanımlar və cənablar və s. İnsanların
görüşlərdə, toplantılarda tez-tez daxili narahatlıq hissi keçirməsinin
şahidi oluruq, çünki bir-birinə necə müraciət etməkdə çətinlik
çəkirlər: yoldaş, bəy, bacılar, qardaşlar, müəllim və s.
Azərbaycan dilində konkret müraciət formasının olmaması
insanlarla ünsiyyət zamanı bir çox çətinliklər doğurur. Söhbət etmək
istədiyimiz şəxslərə hansı formada müraciət etsək, – müəllim, bəy, xanım və s., – daha doğru olar deyə düşünürük. Bəzən müraciət
formamız qarşı tərəfə xoş gəlmir və onunla ünsiyyətimiz elə əvvəldən
alınmır. Bunun da səbəbi budur ki, Azərbaycan dilində müraciət
formaları sabitləşməmişdir.
“XX əsrin əvvəllərində əfəndim sözü müraciət forması kimi
Azərbaycanda da istifadə olunub. Bu da əsas verir ki, əfəndim
sözündən müraciət forması kimi istifadə etmək mümkündür.”
(Q.Məhərrəmli).
XX əsrin əvvəllərinədək ədəbi dilimizdə daha çox bəy, xanım, ağa,
qardaş və digər müraciət formaları işlədilirdi. Sovet dövründə isə bu
müraciət formasları bir qədər quru və çox rəsmi səslənən yoldaş sözü
ilə əvəzləndi. Bu müraciət formasına sonralar müəllim və müəllimə kimi çağırış formaları da qoşuldu. 1992-ci ildə AXC hakimiyyəti ilə
Azərbaycana bəy və xanım müraciəti formaları da gəldi. Maraqlıdır ki,
Azərbaycan dilində şəxsə müraciət formasının qəti variantı yoxdur.
Ədəbi dilimizin hər cür inkişafına imkanın olduğu bir dövrdə ümumi
və hər kəs tərəfindən qəbul olunan müraciət formalarının olmaması
bir qədər qəribədir.