Açıq çıxış. Bu ünsiyyət forması birinin bir qrup insana verdiyi
məlumatdır.
Mübahisə. Tərəflər arasında fikir ayrılığı yaranarsa, hər iki tərəf öz
mövqeyini müdafiə etməyə çalışdıqda ünsiyyət mübahisə formasını
alır.
İşgüzar yazışma. E-poçt və ya mesajların hazırlanması ilə
məlumatların ötürülməsi. Bu metod birbaşa əlaqəni nəzərdə tutmur,
informasiyanın ötürülməsi yazışmalar vasitəsilə həyata keçirilir.
31.
Mədəniyyət anlayışı. İşgüzar kommunikasiyada
milli-mədəni spesifiklik.
Mədəniyyət ərəb mənşəli söz olub, “insan cəmiyyətinin istehsal
sahəsində, ictimai və mənəvi həyatında əldə etdiyi nailiyyətlərin
məcmusu” deməkdir.
Mədəniyyətin ən vacib xüsusiyyətləri bunlardır: dialoqlaşma, bu
prosesdə mədəniyyət amillərinin çoxluğu və məntiqi nəticəsi; bu
prosesin fasiləsizliyi; mədəniyyət faktı atributlarının bir sıra
istiqamətə şaxələnməsi və mexanizminin qorunması və s.
Bütün mədəniyyətlər çoxşaxəli, çoxpilləlidir; bununla da mütləq
qaydada informasiya yaratmağa meyilli olan strukturları düşüncə
tərzində cəm edir, formalaşdırırlar. Bu fakt mədəniyyətə zəngin, fərqli
potensialı toplamağa və daimi inkişafa zəmin yaradır.
Geniş anlamda mədəniyyət insan cəmiyyətinin işgüzar istehsal
sahəsində, ictimai və mənəvi həyatda əldə etdiyi nailiyyətlərin
məcmusudur. Bu nailiyyətlər insanların bir yerdə yaşamağını daha
rahat təşkil etməyə yönəlib. Mədəniyyət anlayışının əsas mənbəyi
insan, onun təfəkkür fəaliyyəti və ona verilən dəyərdir. Bunlardan biri
də ünsiyyət, kommunikasiya mədəniyyətidir. Bu anlayışlarda
mədəniyyət amilinin forma və növləri ümumi insan əxlaqının prinsip
və kateqoriyaları ilə sıx bağlıdır, onlardan doğan mədəni davranış
qaydalarını mənimsəmək, mənəvi zənginliyə malik olmaq hamının
borcudur.
Nitq təkcə hər bir fərdin danışıq səviyyəsinin deyil, həm də
bütövlükdə mədəniyyətinin göstəricisidir. Mədəniyyət fəaliyyəti
zamanı insan tərəfindən yaradılmış və onun üçün səciyyəvi həyat
formalarının məcmusu, həmçinin quruculuq və təkrar istehsal
prosesidir.
|