Adiak imtahan suallarinin cavablari



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə32/42
tarix21.06.2023
ölçüsü0,6 Mb.
#133708
1   ...   28   29   30   31   32   33   34   35   ...   42
ADİAK - İMTAHAN SUALLARININ CAVABLARI

46. 
Paronimlər. 
Eyni nitq hissəsinə aid olub, fonetik tərkib və tələffüzcə bir-birinə 
yaxın, eyniköklü olsalar da, mənaları üst-üstə düşməyən sözlərə 
paronimlər deyilir. Səslənməsindəki oxşarlıq onların nitqdə 
qarışmasına səbəb olur, əksəriyyəti leksik xarakter daşıyır. Daha çox 
orfoqrafik normaları bilməməkdən, natiqin müəyyən bir sahədə 
səriştəsizliyi, söz ehtiyatına kifayət qədər bələd olmamağından irəli 
gələn paronimlərdən bədii ədəbiyyatda üslubi fiqur kimi, bəzən də 
gülüş doğurmaq üçün qəsdən istifadə olunur.
Şifahi nitqdə düzgün olmayan səslənmə zamanı yazılı nitqdə çox 
nəzərə çarpmayan hərf fərqi məna yanlışlığına gətirib çıxarır; hər bir 
dil vahidi, dil işarəsi müəyyən bir məna ifadə edir, paronimlər ifadə ilə 
məzmun vəhdətinin pozulmasıdır. Paronimlərin çaşdırmaq əlamətləri 
vardır: üzvləri eyni nitq hissəsinə aiddir, vurğuları eynidir, tələffüzdə 
hiss olunmayacaq dərəcədə yaxınlıq vardır, cümlədə analoji sintaktik 
funksiya yerinə yetirirlər, yalnız mənalarına görə fərqlidirlər. Məsələn: 
ekskurs – ekskursiya, emissiya – emosiya, etalon – etanol, əbədi – 
ədəbi, əsl – əsil və s. 
Paronimləri müəyyən əlamətlərinə görə oxşar olan omoqraflar, 
omofonlar, eyniköklü sinonimlər, antonimlər, xüsusilə eyni sözün 
variantı ilə qarışdırmaq olmaz. Sinonimlər eyni nitq hissəsinə və yaxın 
mənalara, lakin dəqiq semantik diferensiasiyaya malik olduqları üçün 
bir-birini mətndə, paronimlər isə mətndə deyil, tələffüzdə – 
səslənmədə bir-birini əvəz edir. Antonimlərə oxşarlığı denotatlarının 
fərqli, müxtəlif əşya və hadisəni əks etdirməsi, lakin antonim 
səviyyəsinə düşməməyidir. Formal yaxınlıqlarına görə bəzən 
paronimlər psevdoomonimlər hesab olunur, lakin omonimlər eyni cür 
yazılıb, eyni səslənib, bir-birindən fərqli mənalı sözlərdir, paronimlər 
tələffüzdə tam eyni deyil. Omonimlərdə sözlər xarici, fonetik cildinə, 
paronimlər etimoloji yaxınlığına görə oxşardırlar. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin