Adiak imtahan suallarinin cavablari



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə30/42
tarix21.06.2023
ölçüsü0,6 Mb.
#133708
1   ...   26   27   28   29   30   31   32   33   ...   42
ADİAK - İMTAHAN SUALLARININ CAVABLARI

42. 
Nitqin məntiqliliyi. 
Nitqin məntiqiliyinə qoyulan tələblər məntiq anlayışının 
çoxçeşidliliyi ilə izah olunur. Məntiq şərti olaraq sözdə adekvat ifadə 
olunmuş və ona görə ondan ayrılmayan fikir və ya hansısa bir fikri 
adekvat ifadə edən və ona görə də ondan ayrılmayan mənasında 
anlaşılır. Fikrin həqiqiliyi məntiqi nitqin əsasıdır, onu iki yerə bölmək 
olar: mühakimə və təqdimat.  
Nitqin məntiqiliyi məntiq qanunlarının müəyyən ardıcıllığına 
tabedir: əvvəlcə fikrin, sonra mühakimənin, daha sonra isə 
təqdimetmənin həqiqiliyi aydınlaşdırılır. İşgüzar ünsiyyətdə fikirləri 
anlamaq yox, həm də onların həqiqiliyini və münasibliyini yoxlamaq, 
sonra isə düşüncələri, ünsiyyətin bütün tələblərini nəzərə almaqla 
müəyyən bir qaydaya salmaqdır. Düşüncə məntiqini şərti olaraq 
məntiqi düşünmə və təqdimat məntiqinə ayırmaq olar. Təqdimat 
məntiqinin əsasında mühakimə məntiqi dayanır, çünki, hər şeydən 
əvvəl, kommunikativdir və nitq xətti kimi sinxron zehni fəaliyyətə və 
yığcamlığa tabedir. 
Nitqin məntiqiliyinin dərəcəsini əsaslandırmaq üçün əsas meyarlar 
təqdim olunan informasiyanın münasibliyi, ardıcıllığı və 
məqsədyönlülüyüdür. Nitqin məntiqiliyində məqsəd dinləyiciyə 
əvvəlcədən düşünülmüş təsir göstərməkdir, düşüncə məntiqi 
müəyyən obrazlar zənciridir, əsas formaları anlama, müzakirə və 
mülahizələrdir. İnsan düşüncəsində müxtəlif mövzular eyni şəkildə 
əksini tapmır; formaları mövzular arasında əlaqədə əks olunur, bu 
əlaqə ya təstiq, ya da inkar edilir. Beləliklə, düşüncə təsdiq və ya inkar 
formasında ifadə olunan anlayışların əlaqə formasıdır. Nəticə 
qərardır: bir və ya bir neçə düşüncənin köməyi ilə formalaşan fikir. 


43. 
Nitqin əlverişliliyi. 
İşgüzar ünsiyyətdə nitqin adresatdan asılı olan kommunikativ 
xüsusiyyəti əlverişlilik adlanır. Əlverişlilik adresantla dialoqa 
yönəldilib: dinləmək, eşitdiyini analiz etmək. 
Əlverişliliyin öz sərhədləri var: əks səhvlərdən nəticə çıxarmaq, ölçü 
hissinə əməl etmək, partnyorların bilik və ya təcrübə səviyyəsini 
düzgün qiymətləndirmək, ünsiyyətin etik və kommunikativ qaydalarını 
pozmamaq. 
Əlverişliliyi iki hissəyə bölmək olar: dil və nitq. Dil əlverişliliyi 
vahidlərinin məqsədyönlü istifadəsi, nitq əlverişliyi məlumatın düzgün 
seçimi, adresanta maksimal başa düşülən etməkdir. 
Əlverişliliyin ilk mərhələsi adresantla dil tapmaq, “ümumi yaddaş” 
və ortaq intonasiyadır. Əlverişlilik ünsiyyətin ən vacib məqsədi kimi 
aydınlıq və uğurlu kommunikativ istiqamət sayəsində baş tutmasıdır.
Əlverişlilik adresantın anlaması və nitq səviyyəsinin münasibliyini 
nəzərdə tutur. Əlverişliliyin səviyyəsi adresantın anlama mərhələləri, 
modulları, mətnin şərhini həyata keçirmək bacarığından asılıdır. 
Əlverişsizlik nitqin mövzusunun yeniliyi ilə bağlı ola bilər, bu zaman 
nitqdə anlaşılmayan, ziddiyyətli, dəqiq və konkret olmayan yeni 
ideyalar və keyfiyyətlər irəli sürülür.
Anlaşılmazlıq işgüzar ünsiyyətdə nitq uyğunsuzluğuna (tanış 
olmayan adresant, xarici dil, alınma söz, varvarizmlər, istifadə dairəsi 
məhdud olan sözlər – professionalizmlər, terminlər, dialektizmlər, 
jarqonlar, passiv leksikadan söz və ifadələr, köhnəlmiş sözlər və s.), 
xarici şəraitə (səs-küy, maneə və s.) görə də yarana bilər, bunun 
nəticəsində lazımi, bəzən ən vacib bir məqam buraxılar, bu da, sözün 
əsl mənasında, nitq anlaşılmazlığı yaradar. 
Bəzən əlverişsiz kommunikasiyanın vacib və faydalı tərəfləri olur – 
aydın mətn tamamilə faydasızdır, bu ünsiyyətdə heç bir məlumat 
alınmır və biliyimiz artmır. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin