Adiak imtahan suallarinin cavablari


  Punktuasiya və durğu işarələri



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə33/42
tarix21.06.2023
ölçüsü0,6 Mb.
#133708
1   ...   29   30   31   32   33   34   35   36   ...   42
ADİAK - İMTAHAN SUALLARININ CAVABLARI

47. 
Punktuasiya və durğu işarələri. 
Punktuasiya fonetik və qrammatik normaların tərkib hissəsi kimi 
dilçiliyin bir bölməsidir; durğu işarələri punktuasiya olmadığı üçün 
onlar haqqında qaydalar da ayrı-ayrılıqda punktuasiya deyildir. 
Punktuasiyanın əsasını məna, qrammatik quruluş və intonasiya təşkil 
edir. 
Durğu işarələrinin dilin qrafik sistemində mühüm yer tutduğunu, 
hərflər, rəqəmlər və digər vasitələrlə (vurma, bölmə, paraqraf işarəsi 
və s.) verilə bilməyən cəhətlərin ifadəsinə, beləliklə, mətnin düzgün 
anlaşmasına, mühüm kommunikativ funksiyaya xidmət etdiyini 
bildirir durğu şərti işarələrdən biridir, ayırıcı və fərqləndirici 
funksiyalar daşıyır. Ayırıcı durğu işarələrinin əsas funksiyası cümlələri, 
cümlənin həmcins üzvlərini, mürəkkəb cümlənin komponentlərini və 
sairi ayırmaqdır. Bu qrupa nöqtə, sual və nida işarələri, qoşa nöqtə, 
nöqtəli vergül, çox nöqtə daxildir. Fərqləndirici durğu işarələri 
cütüzvlüdür, vasitəsiz nitqi, sitatları, ara cümlə və əlavəli 
konstruksiyaları fərqləndirmək üçün işlədilən iki vergül, iki tire, 
mötərizələr və dırnaqlardan ibarətdir durğu işarələri yazılı nitqi 
mənalı hissələrə bölür, bu işarələr təkcə yazılı nitq mədəniyyətinin 
yox, həmçinin insanın ümumi savadının göstəricisidir. Məhz onun 
sayəsində hansı söz, ifadənin dəqiq, düzgün və yerində işlədilməsi, 
söz sırasında məntiqi – üslubi uyğunluq, ideya-məzmun, semantik-
sintaktik çalarlıqlar məlum olur. 
Azərbaycan dili yazısında işlənən durğu işarələrinin sayı ondur: 
nöqtə, vergül, sual işarəsi, nida işarəsi, qoşa nöqtə, nöqtəli vergül, çox 
nöqtə, tire, mötərizə, dırnaq. 
 
(Qeyd: Azərbaycan dilinin durğu işarələri haqqında əlavə mənbəyə 
müraciət edib öyrənə bilərsiniz.) 


48. 

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin