Adiak imtahan suallarinin cavablari



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə31/42
tarix21.06.2023
ölçüsü0,6 Mb.
#133708
1   ...   27   28   29   30   31   32   33   34   ...   42
ADİAK - İMTAHAN SUALLARININ CAVABLARI

44. 
Nitqin ifadəliliyi. 
İşgüzar ünsiyyətdə ifadəlilik nitqin uyğun, uğurlu və effektli olması 
kimi qiymətləndirilir, əsas şərt orijinal olması, təkrarsızlığı, 
gözlənilməzliyi, yeniliyi və yaradıcı olmasıdır. Nitqin ifadəliliyi, bir 
qayda olaraq, ifadəli danışmağa (yazmağa, oxumağa, dinləməyə) 
şüurlu cəhdin nəticəsidir. İfadəlilik nəyisə yüksək səviyyədə, obrazlı 
təsvir etməkdir, bu, işgüzar ünsiyyətə yüksək tələblər verir, onlardan 
asılı olaraq, danışıqlar bir qədər intensivləşir, cavablar aktivləşir, o da 
öz növbəsində ekspressivliyə və təəssürata çevrilir. 
İfadəlilik yüksək nitq intensivliyi, neytral mətnlərin fonunda 
ekspressivliyi, gözlənilməzliyi, qeyri-standartlığı, orijinallığı, adət 
etdiyimiz çərçivələrdən, təsəvvürlərdən kənara çıxması ilə seçilir, 
bunların əksi standart, şablon, klişe, ştamp və s.-dir. 
İfadəlilik həm də adekvat düşünülmüş cavabda da özünü göstərə 
bilər, bu, bir qədər sərt və ya aktiv cavab reaksiyası təsiri bağışlayır, 
adresantı məlumatı qəbul etməyə məcbur edir, nəticədə tərəflərin 
reaksiyasına görə hökm vermək olar. 
İfadəlilik elə bir kommunikativ keyfiyyətdir ki, özünü yalnız dil və 
nitq vasitələrinin imkanlarında göstərir: ifadəli nitq bacarığı 
mədəniyyət və ritorik nitq səviyyəsi ilə bağlıdır. Ona görə ifadəlilik 
üçün hazır resept, konkret məsləhət yoxdur və ola bilməz. 


45. 
Nitqin düzgünlüyü. 
Nitqin düzgünlüyü mədəniyyət nöqteyi-nəzərindən yalnız dil 
normalarına uyğunluq yox, həm də rasionallıq, məqbulluq, 
dəqiqlikdir.
Düzgünlük sözü geniş və dar mənada işlənir; geniş mənada ünsiyyət 
mədəniyyətində nitqə istinad olunur, dar mənası dil normalarına 
aiddir, başqa sözlə, düzgünlük nitq və dil səviyyəsində 
qiymətləndirilir. 
Nitqin düzgünlüyü – doğruluqdur, etik və kommunikativ normalara 
uyğundur: ictimai ünsiyyətdə kommunikativlik nöqteyi-nəzərdən 
düzgünlüyün pozulmaları müxtəlif səbəblərdən ola bilər; əvvəla, fikrin 
tam və ya qismən hissəsini anlamadıqda, ikinci, ünsiyyət zamanı 
maneələr yarandıqda, üçüncü, dil normalarına laqeyd yanaşdıqda, 
dördüncü, tərəflərdən birinin və ya hər ikisinin qeyri-
professionallığında, beşinci, nitqdə təsadüfi-parazit sözlərdən istifadə 
etdikdə, altıncı, variantları düzgün seçmədikdə, yeddinci, səhvin hansı 
şəraitdə, ünsiyyətin hansı məqamında buraxılmasında, səkkizinci, 
adresatın bu səhvləri necə qəbul etməsində, yəni günahın, qəbahətin 
bağışlanıb-bağışlanmamağında, doqquzuncu, nitqin hansı: şifahi və ya 
yazılı formasında səhvin buraxılmasında. Əgər pozuntular zamanı 
anlaşma baş verərsə və kommunikativ maneələr aradan qaldırılarsa, 
işgüzar ünsiyyət də təmin olunacaq. 
Nitq düzgünlüyü konkret vəziyyətdə fərqli variantlardan düzgün 
olanı seçməkdir, dil düzgünlüyündə, yuxarıda gördüyümüz kimi, 
variantların hər ikisi normativdir, lüğətlərdə təsbit olunub. 
Azərbaycan dilində həm defislə, həm də bitişik yazılan təkrarlar 
vardır, onların yazılışı fonetik qanunla bağlıdır. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin