Adiak imtahan suallarinin cavablari


  Nitq mədəniyyəti konsepsiyası, onun əsasını təşkil



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə25/42
tarix21.06.2023
ölçüsü0,6 Mb.
#133708
1   ...   21   22   23   24   25   26   27   28   ...   42
ADİAK - İMTAHAN SUALLARININ CAVABLARI

32. 
Nitq mədəniyyəti konsepsiyası, onun əsasını təşkil 
edən komponentlər. 
İşgüzar kommunikasiyada nitq mədəniyyəti, sadəcə, danışıq 
etiketlərindən, bəlağətli çıxışlardan ibarət deyil, həm də cəmiyyətdə 
baş verən bütün proseslərin proyeksiyası, təzahürüdür. Nitq 
mədəniyyəti hər bir konkret dilin orfoepik, orfoqrafik, leksik, 
qrammatik və s. normalarını, ekspressiv imkanlarını, eləcə də yaxşı 
danışmaq və yazmaq yollarını müəyyənləşdirən nəzəri və təcrübi 
biliklər kompleksidir. 
İşgüzar və akademik kommunikasiyada nitq mədəniyyəti 
konsepsiyasının əsasını dörd komponent təşkil edir: 
I Dil komponenti ünsiyyətə, hər şeydən əvvəl, nitqin düzgünlüyünə, 
yəni ədəbi dilin yazılı və şifahi normalarına riayət etməyi tələb edir. 
II Əlaqə komponenti adresatın danışıq situasiyasının və reallığın 
nəzərə alınmasıdır. Adresat dil vasitəsi seçərkən həmsöhbətinin onu 
başa düşə biləcəyini nəzərə almalıdır. Əks halda, kommunikasiya 
prosesi nitq mədəniyyəti faktoru hesab edilə bilməz. 
III Etik komponent dil və nitq vasitələri, yəni nitq etiketinə riayət 
etmək və münasib danışıq tərzi ilə əxlaq qaydaları kodeksini və 
mədəni ənənələr anlamını müəyyən edir. Yaxşı, təsirli, orijinal danışıq 
kommunikasiyada etik etalondur.
IV Estetik komponent gözəllik qanunlarına əsaslanır; məzmun və 
forma gözəlliyi vəhdət təşkil edir. Daha çox bədii, publisistik üslublar 
üçün xarakterikdir.
Bütün bu amillər bir-biri ilə sıx əlaqəlidir. Funksionallıq, yəni işgüzar 
kommunikasiya üçün müvafiq dil vasitəsi, obyektiv variantı seçmək və 
onu tətbiq etmək nitq mədəniyyəti konsepsiyasının əsasını təşkil edir. 


33. 
Norma və variantlılıq. 
Norma təkcə fikirləri düzgün ifadə edən söz axtarmaq yox, eyni 
zamanda üslubi baxımdan tez başa düşülən, dolğun ifadə tərzi və 
vəziyyətə uyğun daha münasib ifadələr işlətməkdir; Norma – bütün 
dil materialını əhatə edir və mövcud variantlığın qarşısını alır. 
Variantlıq mənaya xələl gətirmir, dil sistemini dəyişmir, lakin nitq 
mədəniyyətində yüksək ədəbi dilə, leksik-semantik normaya, məna 
dəqiqliyinə riayət olunması tələb edilir. Norma dil quruculuğu üçün 
ictimai kommunikativ təcrübə prosesində seçilmiş, möhkəmlənmiş və 
ənənəvi reallaşan elementlərin – qəbul olunmuş, dil daşıyıcılarının 
nitqində sabitləşən, müəyyən dövr ərzində ədəbi dildə məcburi 
(qanuni) sayılan linqvistik hadisələrin məcmusudur. 
Norma – dil vasitələrinin məcmusu və müvafiq dövrdə cəmiyyətdə 
qəbul edilmiş işlənmə qaydasıdır. Dilçilikdə norma anlayışı geniş və 
dar mənada başa düşülür. Geniş mənada norma ənənəvi və kortəbii 
surətdə yaranan, bu və ya digər növ müxtəlifliyi ilə digərlərindən 
fərqlənən nitq üsullarıdır (dialekt, sosiolekt, ədəbi dil və s.). Bu 
mənada norma uzus anlayışına yaxındır, bu və ya digər dil vahidindən 
ənənəvi şəkildə istifadə edilməsi nəzərdə tutulur. Dar mənada norma 
ədəbi dildə qanuna salınmış və hamı tərəfindən qəbul edilməsi 
məcburi olan linqvistik qaydalardır; hazırda mövcud olan, keçmiş 
passiv ehtiyatlardan götürülən və ya dil elementlərinin (leksik, 
morfoloji, sintaktik və s.) geniş mənada – sosial qiymətləndirmə 
prosesində seçim nəticəsində yeni əmələ gələn, cəmiyyətə xidmət 
etməsi üçün daha əlverişli olan dil vasitələri məcmusudur. Dialektlər 
və sosiolektlərdə bu əlamətlər olmadığı üçün onlara normanın dar 
mənası aid edilmir.
Variantlılıq ədəbi dilin funksional-üslubi diferensiasiyasını təmin 
edir, ona görə də ədəbi dil norması ümumi halda imperativ (ciddi), 
məcburi (məsələn, əlifba) və dispozitiv (qeyri-ciddi) variantlı ola bilər. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin