Adiak imtahan suallarinin cavablari


  İşgüzar kommunikasiya etikasının norma və



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə15/42
tarix21.06.2023
ölçüsü0,6 Mb.
#133708
1   ...   11   12   13   14   15   16   17   18   ...   42
ADİAK - İMTAHAN SUALLARININ CAVABLARI

17. 
İşgüzar kommunikasiya etikasının norma və 
prinsipləri. 
İşgüzar kommunikasiya etikası mənəvi cəhətdən əsaslandırılmış 
məqsədlər naminə əlaqələndirmə, maraqların uyğunlaşdırılmasına 
xidmət etməlidir. Ona görə də işgüzar ünsiyyət daim danışığın 
mənasını, məzmununu motivləşdirən etik reflekslərlə yoxlanmalıdır. 
İşgüzar kommunikasiyada etikanın qızıl qaydası belədir: Başqalarına 
sizə necə diqqət yetirildiyi kimi münasibət göstərməlisiniz! Və ya: 
Özünə rəva bilmədiyini başqalarına da qıyma!
İşgüzar ünsiyyətdə yuxarıdan aşağıya etikası mövcuddur: 
Tabeliyinizdə olanlara, rəhbərliyin sizə necə münasibət göstərmək 
istədiyi kimi yanaşın. İşgüzar əlaqələrdə uğurlar məhz bu etik norma 
ilə müəyyən edilir. Rəhbərin tabeliyində olanlara münasibəti işgüzar 
ünsiyyətin bütün xarakterinə təsir edir, əksər hallarda onun mənəvi-
psixoloji mühitini müəyyənləşdirir, mənəvi etalonlar və davranış 
nümunələri məhz belə formalaşır. Onlardan bəzilərini qeyd edək: 
– Təşkilatınızı yüksək mənəvi ünsiyyət normaları olan birləşmiş 
kollektivə çevirməyə çalışın. 
– Əməkdaşa göstərilən qeydlər etik normalara uyğun olmalıdır.
– Şəxsiyyətini deyil, gördüyü işi və hərəkətlərini tənqid edin. 
İşgüzar ünsiyyətin aşağıdan yuxarı etikası. İşgüzar ünsiyyətdə 
“aşağıdan yuxarı”, yəni rəhbərinə tabe olan şəxsin ümumi etik 
davranış qaydasını aşağıdakı kimi ifadə etmək olar: rəhbərinizə sizə 
göstərilən münasibətə uyğun yanaşın. 
İşgüzar ünsiyyətin horizontal etikasını belə ifadə etmək olar: işgüzar 
ünsiyyətdə istədiyiniz kimi həmkarlarınız sizə münasibət göstərsinlər. 
Əgər bu və ya digər vəziyyətdə özünüzü necə aparmaqda çətinlik 
çəkirsinizsə, özünüzü həmkarlarınızın yerinə qoyun. 


18. 
İşgüzar kommunikasiyada internet-ünsiyyət etikası. 
İnternet etikasının özünəməxsus prinsipləri və fəaliyyət sferası 
mövcuddur, əsas prinsipləri aşağıdakılardır: 
– Şəxsi həyat sirrinin qorunması – şəxsi həyatın muxtariyyəti 
və azadlığı; 
– Xüsusi mülkiyyətin toxunulmazlığı – informasiyaya sahiblik 
hüquqlarına və müəlliflik haqlarına riayət edilməsi. 
İnternet etikasının fəaliyyət sferasına, yəni onun tətbiq sahəsinə 
bunlar aiddir: 
Elektron poçtda, çatda, telekonfranslarda ünsiyyət; 
– Şəbəkə-etiket qaydaları. 
Bu sferaların hər birində, onun iştirakçı auditoriyasında müvafiq 
özünəməxsus qaydalar mövcuddur. Məsələn, elektron poçt vasitəsilə 
yazışmalar zamanı müəyyən qaydaların gözlənilməsi 
məqsədəuyğundur:
– Qısa izah vermək; 
– Savadlı yazmaq; 
Nəzakətli olmaq;
– Cavabı ləngitməmək. 
İnternet fiziki hadisə kimi müstəqil inkişaf edir, yəni öz-özünü 
tənzimləyir. Ona görə də burada etik məsələlərin meydana gəlməsi 
təbiidir. Sosial şəbəkələr özünün unikal keyfiyyətləri ilə digər 
kiberməkan istifadəçilərindən fərqləndiyinə görə, şəbəkələrdəki 
şəxslər üçün aşağıdakı etik qaydalar qəbul edilmişdir: 
Dərk edin ki, siz insanla ünsiyyətdəsiniz; 
– Anlayın ki, siz kiberməkandasınız; 
– Digər şəxslərin vaxtına və imkanlarına hörmət edin; 
– İmicinizi qoruyun; 
– Konfliktlərə imkan yaratmayın; 
– Şəxsi yazışmalar hüququna hörmətlə yanaşın. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin