Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə10/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   6   7   8   9   10   11   12   13   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Dialektizm termini dilçilikdə iki mənada anlaşılır; birincisi, 
bədii ədəbiyyatda işlənən dialekt sözləri, ikincisi də yalnız dia-
lektə xas olan sözlər ( buna spesifik dialekt sözləri, özünəməxsus 
sözlər də deyilir). Bədii ədəbiyyatda dialektizmlər müəllifin təh-
kiyəsində və surətlərin nitqində işlədilir. Ədiblər real şəraiti təsvir 
edərkən, üslubi əlvanlıq yaradarkən, təkrara yol verməmək üçün 
nisbətən anlaşılan dialektizmlərdən istifadə edirlər. H.Həsənov 
bədii əsərlərdə dialektizmlərdən istifadənin aşağıdakı səbəblə-
rini müəyyən etmişdir: 1) Azərbaycanın müxtəlif guşələrindəki 
yerlərin koloritini yaratmaq; 2) xalqın xüsusi həyat tərzini, adət- 
ənənəsini, əmək fəaliyyətini real təsvir etmək; 3) dialektlərdə 
təsadüf olunan ayrı- ayrı milli əşya və məfhumları ifadə etmək; 
4) əsərdəki personajların nitqini bir- birindən ayırmaq, fərdiləş-
dirmək; 5) üslubi rəngarənglik yaratmaq məqsədi ilə dialekt söz-
lərini ədəbi dil sözləri ilə paralel işlətmək və s. (47,s.175). Dia-
lektizmlərdən yerliyersiz istifadə bədii əsərin dilini ağırlaşdırsa 
da zərurət nəticəsində işlədilən dialektizmlər bədii dili daha da 
oxunaqlı edir. Ə.Dəmirçizadənin fikrincə, “bədii əsərdə bu və 
ya digər surətin, surətlər kompleksinin müəyyən yerli- məhəlli 
şəraitlə üzvi bağlılığını bildirmək belə məhəlli çalarlıqla onları 
canlandırmaq zərurəti olduqda tipik şivə sözlərinin işlədilməsi 
məqsədəuyğun sayılır və ümumiyyətlə, bədii əsərin dilini məzəli, 
duzlu edir” (32, s.89). Müəllif dilində və personajların nitqində 


14
15
Dialektologiyanın vəzifə və metodları
Dialektologiyanın əsas vəzifəsi şivələrin sistemli təsviri və di-
alekt faktlarının sərhədlərinin müəyyənləşdirilməsidir. 
Bu vəzifələr təsviri dialektologiya və dilçilik coğrafiyası me-
todları ilə yerinə yetirilir. Dialektoloji ədəbiyyatda təsviri metod 
əvəzinə «monoqrafik tədqiqat» ifadəsindən istifadə olunur. Mo-
noqrafik təsvir konkret bir şivə və ya şivələr qrupu üzərində apa-
rıla bilər. 
Azərbaycan dili şivələrinin tədqiqi 1956-cı ildə çap olunmuş 
«Azərbaycan dili dialekt və şivələrinin monoqrafik tədqiqinə dair 
proqram» əsasında aparılmışdır. Proqramda şivələrin fonetik, 
qrammatik, leksik xüsusiyyətləri öz əksini tapmışdır. Dialektlərin 
təsviri metodla öyrənilməsində dilçinin müstəqil müşahidəsinə, 
anket üsuluna və başqasının qeydlərinə əsaslanmaq olar. Bunla-
rın içərisində ən səmərəlisi dilçinin müstəqil müşahidə üsuludur. 
Müstəqim müşahidə aparmaqla şivələrin təsviri həm fərdi, həm 
də ekspedisiya yolu ilə həyata keçirilə bilər. Tədqiqat üçün bir 
şivə və ya şivələr qrupu seçilə bilər. Tədqiqatçı həmin bölgənin 
tarixinə, coğrafiyasına, etnoqrafiyasına, əhalinin məşğuliyyət 
sahələrinə aid material toplayır. Bölgənin dörd coğrafi cəhəti-
nin hər birindən 10-12 yaşayış məntəqəsi müəyyənləşdirir. Hər 
kənddən əhalinin yerli, nisbətən yaşlı savadsız və ya azsavadlı 
nümayəndələri informator kimi seçilir. Onlara yaşlarına, cinsinə, 
məşğuliyyətinə uyğun suallar verilir. Məsələn, kəndin tarixinə
adət- ənənələrə, heyvandarlığa, əkinçiliyə, bağçılığa, pambıqçılı-
ğa, baramaçılığa aid suallar verilə bilər. İnformatorun danışığı əl 
ilə yazılmalı və ya diktofona yazılır. Ekspedisiya başa çatandan 
sonra tədqiqatçı həmin mətnləri diktofondan olduğu kimi köçür-
məlidir. Bu zaman dialektoloji mətnlərdə fonetik transkripsiyaya 
riayət edilməli, materiallar sənədləşdirilməlidir. Tədqiqatın möv-
zusuna uyğun xüsusiyyətlər qruplaşdırılır. Bu prosesdə şübhəli 
hallar meydana çıxarsa, tədqiqatçı həmin bölgə ilə əlaqə saxlayır, 
Tarixən Azərbaycanda məskunlaşmış türk tayfalarının izləri 
toponimlərdə və dildə qorunub saxlanmışdır. Respublikamızın 
müxtəlif bögələrindəki Kəngərli (Naxçıvan, Kürdəmir), Biçənək 
(Naxçıvan), Koman (Lerik), Quşçu (Şamaxı, Kürdəmir, Yevlax, 
Daşkəsən, Laçın), Bıçaqçı (Zərdab), Qıpçaq (Qax), Qovlar (To-
vuz, Sabirabad), Xəzəryurd (Ordubad), Qırıqlı (Tərtər, Göygöl), 
İmirli (Gədəbəy, Bərdə), Düyərli (Şəmkir), Oğuz (Qəbələ, Şərur), 
Bayandırlı (Göygöl), Salur (Şəmkir) və s. toponimlər xalqımızın 
və dilimizin təşəkkülündə iştirak etmiş tayfalarla bağlıdır.
Hazırda Azərbaycan dili şivələrinin qərb və cənub qruplarında 
əsasən oğuz, şimal- qərb və Quba şivələrində qıpçaq, şimal- şərq, 
Lənkəran və keçid şivələrində isə oğuz- qıpçaq xüsusiyyətləri ya-
yılmşdır (194,s.191). Dialektlərdə oğuz- qıpçaq xüsusiyyətləri ilə 
yanaşı, digər türk tayfalarının dil elementləri də mühafizə olun-
muşdur. Azərbaycan dilinin Naxçıvan, Təbriz, Cəbrayıl (Sirik 
kənd şivəsi), Gədəbəy, Qarakilsə, Zəngibasar, şivələrində sözün 
əvvəlində və ortasında ç samitinin mövqeyində işlənən dilönü
qovuşuq, kar ц (ts) səsi (цay, цöp, цənə, alцa); -ad,- əd indiki za-
man şəkilçisi (aladam, aladu)- ıtdı nəqli keçmiş zaman şəkilçisi 
(alıtdı, diyitdi)- ı indiki zaman şəkilçisi (alı, gəli, duru və s.) və 
s. xüsusiyyətlər türkologiyada sabir- xəzər tayfalarının element-
ləri sayılır (40, s.64). 
Azərbaycan və uyğur dilləri arasındakı uyğunluqları (a~e, 
a~ə, e~ə, e~ö, d~ç b~v, h~x səs dəyişmələri, yaxşı, çöl, ot, ət, 
bava, büvi, xana, qamçı, saman, soraq, tiş, tor, tüz, uçmaq, uzun, 
ver və s. leksik vahidlər) tarixi oğuz- uyğur birlyi və ya uyğur 
tayfalarının Azərbaycan ərazisində yaşaması ilə əlaqələndirilir.
T.Hacıyevin fikrincə, bu gün də, tarixən də ədəbi forma kimi 
fəal olanmış mış feili sifət şəkilçisi bulqar dilinin xüsusiyyətidir 
və o, oğuz elementi olan- an şəkilçisi ilə bərabər işlənmişdir (44, 
s.60).
Diaklektlologiya etnoqrafiya və folklorşünaslıq elmləri ilə 
əlaqəli şəkildə inkişaf edir. 


16
17
yaradır. Dialektlərin təsnifində qarşıyaqoyulan fərqlər əsas kimi 
nəzərə alınır. Qarşıya qoyulmayan fərqlər daha çox leksikada bir 
və ya bir neçə şivədə müşahidə edilir. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin