Azerbacan dialektologiyasi-2019. indd


ağıla qoy- du (KDQ);- Dedim ki, əya, səba indi, Asudə otur çözüb kəməndi  (Xətai);- Bu dənli  xəznəyi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə13/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   9   10   11   12   13   14   15   16   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

ağıla qoy-
du (KDQ);- Dedim ki, əya, səba indi, Asudə otur çözüb kəməndi 
(Xətai);- Bu dənli 
xəznəyi bağışlayan kim (Dastani- Əhməd Hə-
rami);- Uçmağ ilə rizvan bənəm, 
tamu ilə söbən bənəm (Nəsi-
mi);- Ol menə söz aydı (M.Kaşğari);- Həsrətin çəkməkdən yanıb 
odlara, 
Görginən düşübdür nə hala Vaqif (Vaqif) və s.
Keçmiş dövrlərin yazılı abidələri olmadıqda tarixi dialekto-
logiya şivələri müqayisəli və retrospektiv üsulla öyrənir. Bu halda 
tədqiqatçı müasir şivələrin strukturunu təhlil edərək, ondan yeni 
layları kənar edir, innovasiyalar arxasında şivənin qədim dövr-
dəki nitq sistemini aşkar edir. Belə araşdırmada bir şivə ilə məh-
dudlaşmaq olmaz, qohum dillər və dialektlər də tədqiqata cəlb 
olunmalıdır. Müqayisəli- tarixi üsula əsaslanıb yazılı abidələrdə 
əks olunmamış və ya hələlik aşkar edilməmiş dialekt fərqlərindən 
də danışmaq olar (40,s.10).
Tarixi dialektologiyanın mənbələrindən biri də şifahi xalq ya-
radıcılığıdır. Dialektlərə xas fonetik, qrammatik və leksik xüsu-
siyyətlər folklor nümunələrində mühafizə olunur. Həmin dialekt 
faktları əsasında folklor nümunəsinin yarandığı bölgəni müəy-
yənləşdirmək mümkündür:
Baxcədən bar yaxşidi,
Həybədən nar yaxşidi
Sağ olsun qo:m- qərdəş
Hamıdan yar yaxşidi (Şəki şivəsi)
Laylay çallam irağdan
Kür souğdu balağdan
Yoxuna gedə bilmərüg
Qadoyi allam irağdan (Muğan)
Dialektlərin yaranması, etnolinqvistik əsasının müəyyənləş-
dirilməsi, tarixi inkişafının izlənilməsi tarixi dialektologiyanın 
Tarixi dialektologiya 
Tarixi dialektologiya yeni yaranmış dilçilik sahəsidir. Dilçili-
yin bu sahəsi həm dialektologiya, həm də tarixi baxımdan mühüm 
əhəmiyyət daşıyır. Xalqın təşəkkülü, mənsub dilin formalaşma-
sında qəbilə- tayfa dillərinin rolu, ədəbi dillə dialektlərin tarixi 
əlaqəsinin inkişafı, məhəlli xüsusiyyətlərin yaranmasını şərtlən-
dirən amillər, dialekt fərqlərinin yaranması, qədim türk leksik 
qatının inkişafı, dilin dialekt bölünməsi və s. məsələlər tarixi 
dialektologiyanın tədqiqat obyektini təşkil edir. Təsviri dialekto-
logiyadan fərqli olaraq tarixi dialektologiya aşağıdakı vəzifələri 
yerinə yetirir: a) dilin dialekt üzvlənməsinin xarakterinin aşkar 
edilməsi; b) izoqlosların əmələ gəlməsinin və inkişafının öyrənil-
məsi; c) dialekt əlamətlərinin etnolinqvistik əsasının müəyyən-
ləşdirilməsi; ç) dialekt sistemlərinin qarşılıqlı əlaqəsinin tarixinin 
araşdırılması; d) innovasiyaların öyrənilməsi (40, s.5). 
Dilçilik ədəbiyyatında tarixi dialektologiyanın iki tədqiqat 
üsulu müəyyənləşdilir: a) həqiqi tarixi üsul (qədim yazılı abidələ-
rin kifayət qədər saxlanıldığı hallarda) b) müqayisəli- tarixi üsul 
(yazılı mənbələr olmadıqda). 
Yazılı abidələr və müasir şivələr tarixi dialektologiyanın əsas 
mənbələridir. Bunlarla yanaşı, dilçilik coğrafiyası, onomastika, 
etnik tarix və folklor da tarixi dialektologiya üçün mənbə sayılır. 
Tarixi dialektologiyanın əsas mənbəsi qədim və orta yüzillik-
lər yazılı abidələrdir. Orxon- Yenisey, uyğur abidələri, M.Kaş-
ğarinin “Divanı”, “Kitabi- Dədə Qor- qud”, “Dastani-Əhməd 
Hərami” poeması, klassiklərin əsərləri və s. mənbələrdə dialekt 
faktları mövcuddur. Fonetik və qrammatik dialekt fakrlarını 
müəyyənləşdirmək çətindir. Uzun yüzilliklər ərəb əlifbasından 
istifadə olunduğundan dövrün orfoqrafiyasının nəzərə alınma-
sı olduqca vacibdir. Dialekt faktının tarixi forma və mənasının 
müəyyən olunması üçün işlənmə kəmiyyəti də nəzərə alınmalıdır. 
Yəni abidədə bir dəfə deyil, bir neçə dəfə işlənməsi, tarixi in-
kişafı əsas kimi götürülməlidir. Sonrakı mərhələdə müasir ədəbi 


24
25
«Cənub türkcəsinin səciyyəsinə dair Azərbaycan etüdləri» adlı 
iki məqaləsində Təbriz, Urmiya, qismən də Ərzurum şivələrinin 
xüsusiyyətlərini araşdırılmışdır. 
Azərbaycan dili şivələrinin sistemli şəkildə öyrənilməsinə 
XX əsrin əvvəllərindən başlanmışdır. Bu dövrdə N.İ.Aşmarinin 
fəaliyyəti xüsusi qeyd olunmalıdır. Onun rəhbərliyi ilə 1930-31-
ci illərdə «Azərbaycan-türk xalq şivələri lüğəti»nin I cildinin bi-
rinci (A hərfi) və ikinci buraxılışı (B hərfi) çap olunmuşdur. 1926-
cı ildə N.Aşmarinin «Nuxa şəhəri türk xalq şivələrinin ümumi 
xülasəsi» əsəri çap olunur ki, bu, Azərbaycan dili şivələrinə dair 
ilk monoqrafik tədqiqatdır. N.Aşmarin 1924- cü ilin yayında və 
1925- ci ilin payızında Nuxa (indiki Şəki) şəhərinin mərkəzindən 
(Arxüstü, Ağvannar məhəlləsi, Bazar, Çökək məhəllə, Çayqırağı, 
Dodı, Davaxana, Gəncəli məhəlləsi, Giləhli məhəlləsi, Savınçı, 
Qullar məhəlləsi, Qışlaq, Yuxarıbaş) topladığı material əsasında 
bu şivənin fonetik xüsusiyyətlərini tədqiq etmişdir. Kitab Ön söz 
əvəzi, Nuxa haqqında qısa məlumat, Nuxa şivəsinin səsləri, Səs-
lərin başqa şəkildə işlənməsi, Türk sözlərinin quruluşu bölmələ-
rindən və ixtisarların siyahısından ibarətdir. “Ön söz əvəzi”ndə 
Şəki şivəsinin səciyyəvi cəhətləri və beş məhəllənin (Qışlaq, 
Gəncəli, Yuxarıbaş və Savınçı, Dodı, Güləhli) dialekt fərqləri 
qeyd olunmuşdur. “Səslərin başqa şəkildə işlənməsi” bölməsin-
də saitlərin burun, qısa variantları, samitlərin variantları, “Türk 
sözlərinin quruluşu” bölməsində ahəng qanunu, damaq və dodaq 
ahəngi, saitlərin söz köklərində dəyişməsi, saitlərin düşümü, söz 
əvvəlinə sait artımı, uzun saitlər, diftonqlar, söz ortasında qoşa sa-
itlər ( diftonqlardan fərqli olaraq, ayrı- ayrı hecalarda tələffüz olu-
nur), samitlərlə saitlərin ardıcıllığı, assimilyasiya, söz ortasında 
samitlərin qoşalaşması, samitlərin yerdəyişməsi (torpax, tərpən, 
körpi, yarpax, dorğa, örqən, irəli, əsqix`), sözlərin qovuşması 
(sacayax/ sacax, a:qədə, ə:də, harə: < hara qədə, nayniyim, bur-
suyun, i:sreyin, nağaraceyıx), vurğu və s. məsələlərdən bəhs olu-
nur. Şəki şivəsinin xüsusiyyətləri, yeri gəldikcə, qədim yazılı abi-
dələr, müasir türtk dilləri ( osmanlı, Kazan- tatar, yakut, çuvaş) və 
tədqiqat obyektinə daxildir. Türk dillərinin dialektləri müxtəlif 
inkişaf yolu keçmişdir. Azərbaycan dilinin dialektləri qumuq, 
qaraçay- balkar, karaim, tatar, türk, çuvaş, yakut, yeni uyğur 
dillərində olduğu kimi, qəbilə- tayfa bölünməsinin izlərini tama-
milə itirmiş və məhəlli əlamətlər əsasında əmələ gəlmişdir. Tarixi 
dialektoloji araşdırmalara görə, Azərbaycan dilinin dialektləri iki 
inkişaf mərhələsi keçmişdir: 1. Xalqın təşəkkülündə iştirak etmiş 
tayfaların dil xüsusiyyətlərinin saxlanması dövrü (XII əsrədək); 
2. Tayfa dili xüsusiyyətlərini itirməklə şivələrin məhəlli müəy-
yənləşməsi dövrü (XII- XVIII əsrlər). E.Əzizovun fikrincə, Azər-
baycan dili şivələrinin izoqlos təşkil edən xüsusiyyətləri artıq orta 
əsrlərdə formalaşmışdı və şübhə yoxdur ki, bu proses XII əsrdən 
əvvəl başlanmışdı. Aydın olur ki, dialektlər uzun tarixi inkişaf 
yolu keçmiş, tədricən qəbilə- tayfa dili xüsusiyyətlərini itirmiş, 
bir- birinə qarışmış və məhəllə mənsubiyyəti qazanmışdır, yəni 
Azərbaycan dili dialektləri tayfa dili xüsusiyyətlərinin müəyyən 
ərazidə saxlanması yolu ilə yaranmışdır.
Tarixi dialektologiya nisbətən az tədqiq olunsa da, onun köklə-
ri dilçilikdə çoxdan mövcud olmuşdur. Azərbaycan dilinin tarixi-
nin və dialektlərin öyrənilməsində tarixi dialektologiya məsələlə-
rinə də yer verilmişdir. M.Şirəliyev, M.Cahangirov, M.Rəhimov, 
T.Hacıyev, M.İslamov və b. alimlər tədqiqatlarında bu sahənin 
problemləri ilə bağlı fikir və mülahizələr irəli sürmüşlər.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin