178
179
bir, üç, beş, on, yüz və min saylarının ibtidai türkün təfəkküründə
“çoxluq” anlayışının inkişafı ilə birbaşa bağlı
şəkildə adlardan
ayrılmasını göstərir. Alim
bir, beş saylarının əl, “barmaq” mənası
bildirən sözdən, əl və
on anlayışlarının eyni sözlə ifadə olunması-
nı sübut etmişdir (79, s.348, 363).
Azərbaycan dili şivələrində miqdar saylarından sonra isimlər
cəm şəkilçisini iki məqamda qəbul edir: 1) Konkret kəmiyyət an-
lamı müəyyən miqdar sayları ilə isimlərdən ibarət birləşmələr-
lə bildirilir. Türk dillərinin qanunauyğunluqlarına görə, konkret
miqdar saylarından sonra isimlər kəmiyyət şəkilçisi qəbul etmir.
Lakin şivələrin əksəriyyətində miqdar saylarından sonra isimlərə
-
lar, - lər şəkilçisi əlavə olunur; məs.: - İki
Müseyiblər su suvarır-
lar (Nax.); - İki
xatunnar gəlib (Dər.); - Zübeydənin iki
qızdarı da
oxu:r (Ş.); - İki
Ariflər işdən gəlillər (Zər.); - Üç
qızdar gəldilər;
- İki
ebeçilər dedilər (Dm.);-Əlli
qoyunnarı var; - Hökümətdə yüz
adamlari var (Qərb.) (94, s.154).
Qədim türk yazılı abidələrində miqdar saylarından sonra isim-
lər həm cəm şəkilçili, həm də şəkilçisiz işlənmişdir; məs.: - tört
bin
atlarım, yılkım (Yenisey, Tele abidəsi, №46); - üç
teqinlar
“üç şahzadələr” (Altun yaruk 609-cu bənd); - Ol qırq
namərdlər
bunı tuydılar; - Beş yüz Oğuz
yigitləri şəhid oldı (KDQ, s.37,50);
- Satın aldıvü on
atlar gətirdi; - Yedi dəxi
qız oğlannar ay üzlü,
Dişi inci kibi, gül şəhd sözlü (Dastani-Əhməd Hərami, s.28,30); -
Yüz igirmi min geyimlü kecimlü
bəhadirlər (Şühədənamə); - Bu
dörd
kitabların mənasını həm, özün bilib olasan yolda möhkəm
(Xətai); Doqquz
fələkləri tikdim bir-birə (Nəbati, s.27).
Bu xüsusiyyət türk ədəbi dilində sabitləşmiş söz birləşmələ-
ri
kırk vezirler, kırk haramiler, üç
yolkesenler; xüsusi ad kimi:
yedikardeşler (Sürəyya-Ülkər ulduzu),
Besteneler (cobrafi yer
adı), İkievler (Ankarada rayon) şəklində öz əksini tapmışdır (183,
s.80). Buna Tuva, karaim, yakut və qaqauz dillərində mikroareal-
da rast gəlinir.
M.Cəfərzadə folklor nümunələrindəki bu tipli sabit söz birləş-
mələrini belə izah edir: “Yeddi atlılar, qırx namərdlər o
deməkdir
Türkologiyada -
gil, şəkilçisinin müstəqil sözdən əmələ gəldiyi,
türkmən və çuvaş dillərində “ev”, “mənzil” mənalarında işləndiyi
XIX əsrə qədər qədim yazılı abidələrdə həmin sözlə ifadə olundu-
ğu izah olunur (106, s.20). Hazırda şivələrimizdə -
gil şəkilçisi ilə
paralel
ev sözü də həmin mənanı ifadə edir; məs.: - Bi avam kətdi
bir gün varlı
dossunun evinə qonağ gedey (Yar.); - Qo:m qədaşı
çağırıb həmin toy parçasın aparıllar
qız öyünə (Nax.).
M.Şirəliyevə görə,
gil vaxtilə “ev” mənası bildirən müstəqil
söz olmuş və daha sonralar öz müstəqilliyini itirərək Azərbay-
can və turk dillərində qoşma vəzifəsində işlənmiş və işlənməkdə-
dir. Bu qoşmanı şəkilçiyə yaxınlaşdıran sözə bitişik yazılmasıdır
(89,s.284). Lakin qoşmalar yalnız şəxs şəkil- çisi qəbul edərək
formasını dəyişir, -
gil şəkilçisinin əlavə olunduğu sözlər bütün
hal şəkilçilərini qəbul edir; məs.: Keçmiş zamanda bir kişi
dossu-
gilə qonağ gedey (Yar.); - Paccaxnan
Müseyifgildən öyə gəlillər
(Ş.) və s. Qoşmalar özündən əvvəlki sözün ismin yiyəlik, yönlük
və çıxışlıq hallarında işlənməsini tələb edir, -
gil şəkilçili sözlər
ifadə olunan topluluğun mənsubiyyətini
bildirmək üçün müva-
fiq şəkilçilərlə işlənir; məs.: əmimgil, əmingil, əmisigil və s. Bu
xüsusiyyətlərinə görə, müasir Azərbaycan dilində və şivələrində
-
gil isimdən toplu isim əmələ gətirən leksik şəkilçi funksiyası
yerinə yetirir.
Dostları ilə paylaş: