Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə97/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   93   94   95   96   97   98   99   100   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

- t şəkilçisi. Azərbaycan dili şivələrində bu şəkilçinin izlə-
ri ağıtlar “ağı lar” (İt.), bavat (Çəm.) - insan dəstəsi, yortmaq, 
ağartı və göyərti sözlərində saxlanmışdır. Yortmaq sözü istisna 
olmaqla, digər sözlər - t şəkilçisinin topluluq semantikası arxaik-
ləşdiyindən - lar, - lər şəkilçisini qəbul edir.
M.Kaşğari yaşadığı dövrdə türk tayfa dillərində - 
t şəkilçisi-
nin çoxluq bildirməsini müşahidə etmişdir: teğit - teğin sözünün 
cəmidir, “xaqan oğulları” deməkdir; (MK, I c., s.355).
Qədim - şəkilçisi monqol dilinin təsiri ilə yakut dilində arxa-
ikləşməkdə olan toyot “cənablar”, xotut “xanımlar” sözlərində 
mühafizə olunmuşdur. - t şəkilçisi həmin sözlərdə kəmiyyət funk-
siyasını itirdiyindən - lar, lər şəkilçisi qəbul edir; məs.: toyottor, 
xotutnar (189, s.102). Lakin yakut dilinin şi- mal-qərb şivələrində 
müstəqil - lar, - dar, - nar şəkilçisi də işlənməkdədir. Yakut dia-
lektoloqları - t şəkilçisinin mərkəzdən uzaq şivələrdə məhsuldar 
olmasını monqol dilinin təsirində görürlər (222, s.181).
 
z şəkilçisi müasir türk dillərində və şivələrində birinci və 
ikinci şəxs cəm mənsubiyyət (-ımız
4
, - ınız
4
), şəxs (-sınız
4
) şəkil-
çilərinin tərkibində təza- hür edir.
c//ç>ş şəkilçisi. Kəmiyyət kateqoriyasının qədim - ç//ş şə-
kilçisinə Şəki şivəsində anaş “damazlıq qoyunlar”, alaş “qarışıq 
rəngli it”, Borçalı şivəsində kürüş “toyuğun qabıqlanmamış yu-
murtacıqları” sözlərində rast gəlinir. Şivələrin əksəriyyətində tək-
də ana qoyun, cəmdə ana qoyunlar ifadələri işlədilir. Şəki şivə-
sində isə cəmdə - lar, - lər şəkilçisini -ş şəkilçisi əvəz edir; məs.: 
- Sürü anaşı:n biri ölütdü; - Süriə anaş gətiritdi. Bu söz Quba, 
Şamaxı və İsmayıllı şivələrində anac, Gəncə, Qazax və Şuşa şi-
vələrində anaş şəklində “qocalmış, qartlaşmış (toyuq)” mənası 
ifadə edir (ADDL., 1964, s.36). Tovuz şivəsində anaş sözünün 
“bir neçə övladı olan ana” mənasına da rast gəlinir; məs.: - Bizim 
Mehribana mən anaş diyirəm (Tov.) və s.


178
179
bir, üç, beş, on, yüz və min saylarının ibtidai türkün təfəkküründə 
“çoxluq” anlayışının inkişafı ilə birbaşa bağlı şəkildə adlardan 
ayrılmasını göstərir. Alim bir, beş saylarının əl, “barmaq” mənası 
bildirən sözdən, əl və on anlayışlarının eyni sözlə ifadə olunması-
nı sübut etmişdir (79, s.348, 363).
Azərbaycan dili şivələrində miqdar saylarından sonra isimlər 
cəm şəkilçisini iki məqamda qəbul edir: 1) Konkret kəmiyyət an-
lamı müəyyən miqdar sayları ilə isimlərdən ibarət birləşmələr-
lə bildirilir. Türk dillərinin qanunauyğunluqlarına görə, konkret 
miqdar saylarından sonra isimlər kəmiyyət şəkilçisi qəbul etmir. 
Lakin şivələrin əksəriyyətində miqdar saylarından sonra isimlərə 
- lar, - lər şəkilçisi əlavə olunur; məs.: - İki Müseyiblər su suvarır-
lar (Nax.); - İki xatunnar gəlib (Dər.); - Zübeydənin iki qızdarı da 
oxu:r (Ş.); - İki Ariflər işdən gəlillər (Zər.); - Üç qızdar gəldilər; 
- İki ebeçilər dedilər (Dm.);-Əlli qoyunnarı var; - Hökümətdə yüz 
adamlari var (Qərb.) (94, s.154).
Qədim türk yazılı abidələrində miqdar saylarından sonra isim-
lər həm cəm şəkilçili, həm də şəkilçisiz işlənmişdir; məs.: - tört 
bin atlarım, yılkım (Yenisey, Tele abidəsi, №46); - üç teqinlar 
“üç şahzadələr” (Altun yaruk 609-cu bənd); - Ol qırq namərdlər 
bunı tuydılar; - Beş yüz Oğuz yigitləri şəhid oldı (KDQ, s.37,50); 
- Satın aldıvü on atlar gətirdi; - Yedi dəxi qız oğlannar ay üzlü, 
Dişi inci kibi, gül şəhd sözlü (Dastani-Əhməd Hərami, s.28,30); - 
Yüz igirmi min geyimlü kecimlü bəhadirlər (Şühədənamə); - Bu 
dörd kitabların mənasını həm, özün bilib olasan yolda möhkəm 
(Xətai); Doqquz fələkləri tikdim bir-birə (Nəbati, s.27).
Bu xüsusiyyət türk ədəbi dilində sabitləşmiş söz birləşmələ-
ri kırk vezirler, kırk haramiler, üç yolkesenler; xüsusi ad kimi: 
yedikardeşler (Sürəyya-Ülkər ulduzu), Besteneler (cobrafi yer 
adı), İkievler (Ankarada rayon) şəklində öz əksini tapmışdır (183, 
s.80). Buna Tuva, karaim, yakut və qaqauz dillərində mikroareal-
da rast gəlinir.
M.Cəfərzadə folklor nümunələrindəki bu tipli sabit söz birləş-
mələrini belə izah edir: “Yeddi atlılar, qırx namərdlər o deməkdir 
Türkologiyada - gil, şəkilçisinin müstəqil sözdən əmələ gəldiyi, 
türkmən və çuvaş dillərində “ev”, “mənzil” mənalarında işləndiyi 
XIX əsrə qədər qədim yazılı abidələrdə həmin sözlə ifadə olundu-
ğu izah olunur (106, s.20). Hazırda şivələrimizdə - gil şəkilçisi ilə 
paralel ev sözü də həmin mənanı ifadə edir; məs.: - Bi avam kətdi 
bir gün varlı dossunun evinə qonağ gedey (Yar.); - Qo:m qədaşı 
çağırıb həmin toy parçasın aparıllar qız öyünə (Nax.).
M.Şirəliyevə görə, gil vaxtilə “ev” mənası bildirən müstəqil 
söz olmuş və daha sonralar öz müstəqilliyini itirərək Azərbay-
can və turk dillərində qoşma vəzifəsində işlənmiş və işlənməkdə-
dir. Bu qoşmanı şəkilçiyə yaxınlaşdıran sözə bitişik yazılmasıdır 
(89,s.284). Lakin qoşmalar yalnız şəxs şəkil- çisi qəbul edərək 
formasını dəyişir, - gil şəkilçisinin əlavə olunduğu sözlər bütün 
hal şəkilçilərini qəbul edir; məs.: Keçmiş zamanda bir kişi dossu-
gilə qonağ gedey (Yar.); - Paccaxnan Müseyifgildən öyə gəlillər 
(Ş.) və s. Qoşmalar özündən əvvəlki sözün ismin yiyəlik, yönlük 
və çıxışlıq hallarında işlənməsini tələb edir, - gil şəkilçili sözlər 
ifadə olunan topluluğun mənsubiyyətini bildirmək üçün müva-
fiq şəkilçilərlə işlənir; məs.: əmimgil, əmingil, əmisigil və s. Bu 
xüsusiyyətlərinə görə, müasir Azərbaycan dilində və şivələrində 
gil isimdən toplu isim əmələ gətirən leksik şəkilçi funksiyası 
yerinə yetirir.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin